Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1145/2023 29.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 31 dekabr 2000-ci il təvəllüdlü X3nun fəaliyyət qabiliyətsiz hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək göstərmişdir ki, o, X14 ilə 29 mart 2000-ci ildə nikahlarını rəsmi qaydada qeyd etdirməklə ailə qurmuşdur. Birgə nikahlarından 31 dekabr 2000-ci il tarixdə X11 və 19 noyabr 2004-cü il tarixdə X10 adlı uşaqları anadan olmuşdur. X3 doğulduğu vaxtdan ağir dərəcəli əqli gerilik səbəbindən özünə xidmət və sərbəst hərəkət qabilliyəti yoxdur və İDİOTİYA səviyyəsi davranış pozğunluğundan əziyyət çəkir. Doğulduğu andan Seymur Əliyevə o və atası tərəfindən zəruri qulluq göstərilmişdir. Lakin 20 dekabr 2008-ci ildə yoldaşı vəfat etdiyindən onun qulluğuna tək özü qalır. X11 ağır dərəcəli əqli gerilik diaqnozu və İdiotiyya səviyyəsi davranış pozğunluğu ilə Şəki Rayon Psixiatriya Xəstəxanasında qeydiyyatdadır. Uzun illərdir ki, oğlu ağır dərəcəli əqli gerilik və İdiotiyya səviyyəsi davranış pozğunluğundan əziyyət çəkir və xəstəliyinə görə hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Bundan əlavə, 037665 nömrəli vəsiqənin surətindən göründüyü kimi X3 ümumi xəstəlik ilə İ qrup əlildir. 24 may 2019-cu ildə Tibbi-Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair məlumat aktında da göstərildiyi kimi X11 hemiplegik spastik serebral iflic, spastik tetraplegiya, başqa rublikalarda təsnif edilən, digər dəqiqləşdirilmiş, xəstəliklər zamanı demensiya, qeyri iraqi sidik və nəcis ifrazı ilə kənar şəxslərin qulluğuna ehtiyacı var. Bu səbəbdən də o, X3na qəyyum təyin olunmağı üçün Şəki Rayon İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətinə cavab olaraq Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyası məktubunda X3nun məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin komissiyaya təqdim olunduqdan sonra qəyyum təyin edilməyi məsələsinə baxılacağını bildirmişdir. Odur ki, 31 dekabr 2000-ci il təvəllüdlü X3nun fəaliyyət qabiliyətsiz hesab olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs Qəyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 izahat verərək, ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 08 aprel 2023-cü il tarixli, 134 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır, onun ailə tərkibi X11 və X2 ibarətdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 08 aprel 2023-cü il tarixli, 136 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 03 aprel 2000-ci il tarixli, Vİİ-ЖГ 412812 seriya nömrəli nikahln bağlanması haqqında şəhadətnamədən görünür ki, X14 ilə X4 arasında 03 aprel 2000-ci il tarixdə bağlanmış nikah, nikahın bağlanması haqqında akt qeydləri kitabında 53 nömrə ilə qeyd edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 17 yanvar 2001-ci il tarixli, AZ-İ 061606 seriya nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 31 dekabr 2000-ci il təvəllüdlü X5 atası X14, anası Ərizəçidır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş ƏƏSMN yanında DSMF-nin Şəki şəhər şöbəsi tərəfindən verilmiş 13 yanvar 2020-ci il tarixli, 037665 saylı vəsiqədən görünür ki, X11 İ qrup əlil hesab edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş SX ******* saylı hərbi biletdən görünür ki, X11 22 yanvar 2019-cu il tarixdən xəstəlik səbəbli hərbi xidmətə yararsız hesab edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarında əlavə edilmiş 17 aprel 2023-cü il tarixli, 327 saylı arayışdan görünür ki, X11 13 noyabr 2010-cu il tarixdən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X18 tərəfindən verilmiş 22 iyun 2023-cü il tarixli, 2567 saylı rəyindən görünür ki, X7 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. Bunu anamnestik məlumatlar və hal-hazırkı psixitarik müayinənin nəticələri (anamnestik məlumatlara görə asfıksiya, doğuş travması ilə anadan olması, körpəlikdən serebral iflic müəyyən edilməsi, yaşıdlarına nəzərən psixo-fiziki inkişafda geri qalması, nitqinin zəif inkişaf etməsi, tək-bir sözlərdən ibarət olması, qıcolma tutmaları biruzə verməsi, bununla əlaqədar əvvəl nevropatoloqun müalicəsini qəbul etməsi, Şəki Rayonlarası Psixiatriya Xəstəxanasında xx.xx.2010-cu il tarixdən “Tez-tez baş verən epilepsiya səbəbi ilə ağıl zəifliyi F-02.8” diaqnozu ilə Şəki Rayonlararası Psixiatriya Xəstəxanasında dispanser qeydiyyatda olmaqla müalicədə olması, əqli geriliyi, narahatlığı, fizioloji ifrazatları ilə natəmiz olması, xəstəliyi ilə əlaqədar İ qrup əlil olması, qıcolma tutmalarının biruzə verməsi, hər-hansı bir işi müstəqil yerinə yetirməməsi səbəbi ilə əlaqədar daim kənar şəxsin himayəsi və nəzarətinə ehtiyacının olması, hazırda yaşayış yeri üzrə poliklinikada qeydiyyatda olmaqla müalicə qəbul etməsi, hazırki müayinə zamanı ağır dərəcəli əqli gerilik əlamətlərinin biruzə verməsi və s.) sübut edir. X7 Uşaq serebral iflicinin qalıq əlamətləri, ağır dərəcəli əqli geriliklə müəyyən edilir. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X11 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X11 onda müəyyən edilən uşaq serebral iflici, ağır dərəcəli əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X5 xroniki psixi xəstəlikləri ilə əlaqədar öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X5 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı olan müvafiq rəy də vardır. Ərizəçi X5 psixi qüsuruna görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 31 dekabr 2000-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azəbaycan Respublikası MPM-nin 216-220 və 360-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: Ərizə təmin edilsin. 31 dekabr 2000-ci il tarixdə ünvan 2 ünvanında yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1145/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1145/2023
29.08.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver