Məhkəmə qərarları › İş №e-2(075)-1152/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1152/2024

28.06.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1152/2024 28.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2024-cü il tarixdə tərtib edilmiş 034816 nömrəli akt əsasında əsassız hesablanmış 821,67 (səkkiz yüz iyirmi bir manat, 67 qəpik) manat borcun abonent hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 19 mart 2024-cü ildə məhkəmənin icraatına daxil olmuş, iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş, növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 28 iyun 2024-cü il tarixə saat 10:30-a təxirə salınmışdır. İddiaçı və cavabdeh "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barəsində lazimi qaydada məluat göndərilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı 27 iyun 2024-cü il tarixdə elektron qaydada məhkəməyə ərizə göndərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi elektron qaydada məhkəməyə ərizə göndərək iddia ərizəsinin qaytarılmasına etirazının olmadığını bildirmişdir. İddiaçı ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə QƏRARA ALDİ : İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi geri qaytarılsın. İddiaçı yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar