Məhkəmə qərarları › İş №e-2(075)-1184/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1184/2022

31.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1184/2022 31.05.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, 26.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********60982 olan Samsung Galaxy A32 markalı telefon üçün 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə borcu, 18.04.2021-ci il tarixli müqaviləsinə əsasən, Apple AirPods Pro üçün 589,2 (beş yüz səksən doqquz) manat 20 qəpik ödənilməmiş hissə, 58,8 (əlli səkkiz) manat 80 qəpik cərimə borcu, 18.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********91390 olan Samsung Galaxy A12 markalı telefon və aksesuar üçün 470,4 (dörd yüz yetmiş) manat 40 qəpik ödənilməmiş hissə, 47,6 (qırx yeddi) manat 60 qəpik cərimə borcu olmaqla, ümumilikdə 1694 manat borc, 36,94 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə 26.04.2021-ci il, 18.04.2021-ci il və 18.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********60982 olan Samsung Galaxy A32 markalı telefon, Apple AirPods Pro, İMEİ kodu **********91390 olan Samsung Galaxy A12 markalı telefon və aksesuar almış və nəticədə 1694 (min altı yüz doxsan dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 26.04.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 649 (altı yüz qırx doqquz) manat (12 ay x 169 manat + 40 manat ilkin ödəniş) olan İMEİ kodu **********60982 olan Samsung Galaxy A32 markalı telefon üçün ümumilikdə, 528 (beş yüz iyirmi səkkiz) manat olmaqla ondan, 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 48 (qırx səkkiz) manat cərimə miqdarında borc yaranmışdır. 18.04.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 589,2 (beş yüz səsksən doqquz) manat 20 qəpik (12 ay x 49.1 manat + 0 manat ilkin ödəniş) olan Apple AirPods Pro üçün ümumilikdə, 648 (altı yüz qırx səkkiz) manat olmaqla ondan, 589,2 (beş yüz səksən doqquz) manat 20 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 58,8 (əlli səkkiz) manat 80 qəpik cərimə, 18.04.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 470,4 (dörd yüz yetmiş) manat 40 qəpik (12 ay x 39.2 manat + 0 manat ilkin ödəniş) olan İMEİ kodu **********91390 olan Samsung Galaxy A12 markalı telefon və aksesuar üçün ümumilikdə, 518 (beş yüz on səkkiz) manat olmaqla ondan, 470,4 (dörd yüz yetmiş) manat 40 qəpik ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 47,6 (qırx yeddi) manat 60 qəpik cərimə təşkil edir. Cavabdehin cəmi ödədiyi məbləğ 169 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış 26.04.2021-ci il, 18.04.2021-ci il və 18.04.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri 24.03.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsəkdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq peniya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 26.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********60982 olan Samsung Galaxy A32 markalı telefon üçün 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə borcu, 18.04.2021-ci il tarixli müqaviləsinə əsasən, Apple AirPods Pro üçün 589,2 (beş yüz səksən doqquz) manat 20 qəpik ödənilməmiş hissə, 58,8 (əlli səkkiz) manat 80 qəpik cərimə borcu, 18.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********91390 olan Samsung Galaxy A12 markalı telefon və aksesuar üçün 470,4 (dörd yüz yetmiş) manat 40 qəpik ödənilməmiş hissə, 47,6 (qırx yeddi) manat 60 qəpik cərimə borcu olmaqla, ümumilikdə 1694 manat borc, 36,94 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 26.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********60982 olan Samsung Galaxy A32 markalı telefon üçün 480 (dörd yüz səksən) manat ödənilməmiş hissə, 48 (qırx səkkiz) manat cərimə borcu, 18.04.2021-ci il tarixli müqaviləsinə əsasən, Apple AirPods Pro üçün 589,2 (beş yüz səksən doqquz) manat 20 qəpik ödənilməmiş hissə, 58,8 (əlli səkkiz) manat 80 qəpik cərimə borcu, 18.04.2021-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********91390 olan Samsung Galaxy A12 markalı telefon və aksesuar üçün 470,4 (dörd yüz yetmiş) manat 40 qəpik ödənilməmiş hissə, 47,6 (qırx yeddi) manat 60 qəpik cərimə borcu olmaqla, ümumilikdə 1694 manat borc, 36,94 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar