Məhkəmə qərarları › İş №e-2(075)-1186/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1186/2022

09.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1186/2022 09.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs X34 nümayəndəsi X20 iştirakları ilə, Ərizəçi “hüquqi əhəmiyyətli faktların təsdiq edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri, Qazi Məmmədli küçəsi ev 35, yeni qaydalarla ünvan 1 ünvanında yerləşən evin paylı mülkiyyətçisi olan atası X5 ölmüş elan edilməsi, həmin evlə bağlı ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixdə **********13-10301 reyestr nömrəli çıxarışın payına münasibətdə atası X6 məxsus olması hüquqi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi nümayəndəsi Nümayəndə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək ona məxsus olan 14 iyun 1944-cü il tarixli AA355484 saylı doğum haqqında şəhadətnamədə atası kimi qeyd edilmiş X15 Azərbaycan Respublikası SHXÇDX-nın Şəki rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022ci il tarixli, 432 saylı məktubunda adı qeyd edilmiş X10 ilə, həmçinin ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixdə **********13-10301 reyestr nömrəli çıxarışda adı göstərilən X8 ilə eyni şəxs olması, həmin çıxarışın payına münasibətdə atası X6 məxsus olması; Həmçinin Şəki şəhəri, Qazi Məmmədli küçəsi ev 35, yeni qaydalarla Şəki şəhəri, Qazi Məmmədli küçəsi, ev 51 ünvanında yerləşən evin paylı mülkiyyətçisi olan atası X5 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasında izahat verən Ərizəçi nümayəndəsi Nümayəndə ərizəni müdafiə edərək göstərmişdir ki, o, xx xxxxx 1933-cü il tarixdə Şəki şəhərində anadan olmuşdur. Hal-hazırda Şəki şəhəri, Qazi Məmmədli küçəsi ev 35, yeni qaydalarla ünvan 1 ünvanında yaşayır. Yaşadığı ev onunla atası X5 paylı mülkiyyətindədir. Bununla bağlı ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 06 iyul 2021-ci il tarixdə **********13- 10301 reyestr nömrəli çıxarış verilmişdir. Bildirmişdir ki, hazırda onlar bir ailə olaraq həmin evlə bağlı lazımi sənədləşmə işləri aparmaq istəyirlər, lakin, atası X5 paylı mülkiyyətçi olması onlara çətinliklər yaradır. Belə ki, atası X3 rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Sovet Ordusu sıralarına göndərilmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon Şöbəsi tərəfindən verilmiş 21 fevral 2022-ci il tarixli, 342 saylı məktubda göstərilmişdir ki, atası Şəki rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmiş və X30 döyüşlərdə itkin düşmüşdür. 01 mart 1948-ci il tarixdə Şəki rayon Hərbi X1 X30 itkin düşməsi barədə SSRİ Müdafi Nazirliyindən bildiriş daxil olmuşdur. Hesab edir ki, artıq atası X10 yaşamır. Ona görə də məcburiyyət qarşısında qalaraq atası X5 ölmüş elan edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət etməli olmuşdur. Həmçinin göstərmişdir ki, ƏMDK yanında DƏDRXnin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixdə **********13- 10301 reyestr nömrəli çıxarışda atasının adı “Zaməddin” əvəzinə, mexaniki olaraq səhvən “İzaməddin” kimi yazılmışdır. O, qeyd edilən yanlışlıqların düzəldilməsi ilə bağlı aidiyyəti orqanlara müraciət etsə də, ona həmin yanlışlıqların düzəldilməsi ilə bağlı məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Ona görə də bu məsələ ilə də bağlı məcburiyyət qarşısında qalaraq hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmədən ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs X34 nümayəndəsi X29 məhkəmə iclasında izahat verərək ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 ifadə verərək göstərmişdir ki, Tacəddin onun atası, Zaməddin isə onun babasıdır. Bildirmişdir ki, onlar ailədə Çingiz, Zərnaz, Çimnaz və özü olmaqla 4 uşaq olmuşlar. Bacısı Çimnaz vəfat etmişdir. ünvan 2 ünvanında göstərilən ev atası ilə babası Zaməddinin mülkiyyətindədir. Hazırda qeyd edilən əmlakda atası Tacəddin, anası, həyat yoldaşı və uşaqları ilə birlikdə yaşayır. Həmin həyətin digər tərəfində qardaşı Çingiz ev inşa etdirmiş və ailəsi ilə birlikdə orada yaşayır. Göstərmişdir ki, hazırda qeyd edilən əmlakı qardaşı ilə öz adlarına rəsmləşdirmək istəyirlər. Lakin babası Zaməddinin adında və soy adında texniki səhvlər olduğundan bunu reallaşdıra bilmirlər. Belə ki, babasının adı evə dair çıxarışda “İzaməddin” kimi digər sənədlərdə soy adı “Kərimov” və ya “Abdulkərimov” kimi qeyd edilməsi sənədləşdirmə işinin həyata keçirilməsinə imkan vermir. Həmçinin bildirmişdir ki, babası 1941-1945-ci illərdə müharibəyə getmiş və geri qayıtmamışdır. Qeyd etmişdir ki, atası ulu babalarının “Həşim” adını soyad kimi götürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadə verərək göstərmişdir ki, Tacəddin bibisinin oğludur və onun Çingiz, İlqar, Zərnaz və Çimnaz adında uşaqları olmuşdur. Çimnaz vəfat etmişdir. Göstərmişdir ki, Tacəddinin atasının adı Zaməddindir. Həmişə böyüklər keçmişdən danışanda Tacəddinin atası “İzaməddin” kimi deyil, “Zaməddin” kmi xatırlanmışdır. Göstərmişdir ki, Zaməddin 1941-1945-ci illərdə müharibəyə getmiş və geri qayıtmamışdır Bildirmişdir ki, İlqarla Çingiz hazırda Tacəddinə aid olan evdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 və X17 digər şahid X7 ifadəsinə oxşar olan eyni məzmunlu ifadə vermişdir. Mülki iş materiallarını araşdırıb, ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, məhkəmə belə nəticəyə gəlir ki, Ərizəçi tələbi əsaslıdır. Belə ki, elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsi tərəfindən verilmiş, 06 iyul 2021-ci il tarixli, **********13-10301 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Şəki şəhəri,Qazi Məmmədli küçəsi, ev 35 (yeni qaydalarla: ünvan 3 ünvanında, 0.091 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin A, B, C yaşayış evi hissəsi tam, 0.0548 ha torpaq sahəsi Ərizəçi, 0.0362 ha torpaq sahəsi X4 adına daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 110 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşdə olan 14 iyun 1944-cü il tarixli, AA 355484 seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, xx xxxxx 1933-cü il təvəllüdlü Ərizəçi atası X26, anası X12r. İşdə olan 08 iyul 1968-ci il tarixli, АЗ ******* seriya nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, 13 noyabr 1966-cı il təvəllüdlü X13 atası Ərizəçi, anası X9r. İşdə olan İ-AZ 069442 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Nümayəndə atası X22, anası isə X18r. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 20 may 2021-ci il tarixli, 5262 invertar nömrəli, **********13-10301 reyestr nömrəli texniki pasportdan görünür ki, Şəki şəhəri, Qazi Məmmədli küçəsi, ev 35 (yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi və 548 kv.metr torpaq sahəsi Ərizəçi, 362 kv.metr torpaq sahəsi X4 mülkiyyətindədir. İşdə olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şəki rayon şöbəsinin 21 fevral 2022-ci il tarixli, 342 saylı məktubundan görünür ki, X3 rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılaraq Sovet Ordusu sıralarına göndərilmiş və X30 döyüşlərdə itkin düşmüşdür. xx.xx.1948-ci i tarixdə Şəki rayon hərbi X1 X30 itkin düşməsi barədə SSRİ Müdafiə Nazirliyindən bildiriş daxil olmuşdur. İşdə olan Şəki Rayon Qeydiyyat Şöbəsinin 06 aprel 2022-ci il tarixli, 05/Q-1379/15 saylı məktubundan görünür ki, Şəki rayon qeydiyyat şöbəsinin arxivində X5 ölümü haqqında akt qeydi aşkar edilməmişdir. Həmçinin, Şəki rayon qeydiyyat şöbəsində onun ölümünün qeydə alınması mümkün deyildir. İşdə olan ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki ərazi idarəsinin 11 aprel 2022-ci il tarixli, **********50 saylı məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə verilmiş 06 iyul 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışda X4 adının X10 göstərməklə düzəliş edilməsinə köməklik göstərilməsi barədə müraciətinizə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X40 12 saylı Şəki Ərazi İdarəsində baxılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 10.1 -ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin, hüquq sahibinin əmlakına qanun və ya vəsiyyət əsasında vərəsəlik hüququ olan şəxsin bilavasitə təqdim ediləri ərizəsi əsasında aparılır. X2 adı ********** qeydiyyat nömrəlj çıxarışa Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısımın 1.11 -ci bəndinə əsasən Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş şəxsi mülkiyyət hüquqü ilə evlərin inventarizasiya və qiymətləndirilməsinə aid 04 oktyabr 1963-cü il tarixli, 5262 inventar nömrəli texniki pasport əsasında daxil edilmişdir. Ərizəçi Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən “şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının” müəyyən edilməsi ilə bağlı məhkəmə orqanlarına müraciət etməsi tövsiyyə edilmişdir. İşdə olan 24 aprel 2022-ci il tarixli, 186 saylı arayışdan görünür ki, Ərizəçi Şəki şəhəri “Pirimlər” məhəlləsi, Q.Məmmədli küçəsi, 35 saylı evdə yaşayır. Həşimov X14 Zaməddin Həşim oğlunun vərəsəsidir. İşdə olan Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin 30 iyun 2022-ci il tarixli, 542 saylı məktubundan görünür ki, Nuxa şəhəri, VVAQ Şöbəsinin 1908-1910-cu illərin “Doğulanların qeydiyyatı” kitabları Azərbaycan Respublikası Dövlət Arxivi Şəki filialına təhvil verilməmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Milli Arxiv İdarəsi Respublika Dövlət Arxivinin 30 iyun 2022-ci il tarixli, TA-00415-2022 saylı məktubundan görünür ki, Şəki şəhəri üzrə 1910-cu ilə dair vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatına (doğum, ölüm, nikah, boşanma) dair sənədlər X42 təhvil verilmədiyi üçün ərizənin icrası mümkün olmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə görə məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.3-ci maddəsinə görə məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə görə məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 2-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur. Qohumluq münasibətində olma faktının başqa məqsədlər, məsələn yaşayış sahəsinə hüququ təsdiq etmək üçün müəyyən edilməsi yolverilməzdir. Yaşayış sahəsinə hüquqların tanınması əsasları Mənzil Məcəlləsi ilə tənzimlənir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 4-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı QƏRARİ-nın 6-cı bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikası MM-nin 41.1-ci maddəsinə əsasən əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə əsasən şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Həmin Məcəllənin 42.1-ci maddəsinə əsasən ölmüş elan edilmiş şəxs gəldikdə və ya onun olduğu yer aşkar edildikdə məhkəmə onun ölmüş elan edilməsi barədə qərarı ləğv edir. Ərizəçinin və onun nümayəndəsinin (vəkili) izahatından, şahidlərin ifadələrindən və mülki iş materialları ilə müəyyən edildi ki, ərizəçi xx xxxxx 1933-cü il tarixdə Şəkidə anadan olmuş, Kərimov (Abdulkərimov) Zaməddin Həşim oğlu, anası X12r. Ərizəçinin atası X3 rayon hərbi komissarlığı tərəfindən hərbi xidmətə çağırılmış Sovet Ordusu sıralarına göndərilmiş və X30 döyüşlərdə itkin düşmüşdür. Bununla bağlı xx.xx.1948-ci i tarixdə Şəki rayon hərbi X1 X30 itkin düşməsi barədə SSRİ Müdafiə Nazirliyindən bildiriş daxil olmuşdur. Şəki şəhəri,Qazi Məmmədli küçəsi, ev 35 (yeni qaydalarla: ünvan 3 ünvanında, 0.091 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin A, B, C yaşayış evi hissəsi tam, 0.0548 ha torpaq sahəsi Ərizəçi, 0.0362 ha torpaq sahəsi isə onun atası Abdulkərimov Zaməddin (İzaməddin) Həşim oğlunun adına qeydiyyata alınmışdır. Hazırda ərizəçi yaşlaşmış və mülkiyyətində olan əmlakla bağlı müəyyən hüququ prosedurları həyata keçirmək istəyir. Lakin ərizəçinin atası X30 itkin düşmüş, həmçinin çıxarıda atasının adı Zaməddin əvəzinə İzaməddin kimi yazıldığından o qeyd edilən prosedurları həyata keçirə bilmir. Buna görə də ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. O, ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmiş, maraqlı şəxsin nümayəndəsi isə ərizənin təmin edilməsinə etiraz etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilərək, Ərizəçi məxsus olan 14 iyun 1944-cü il tarixli, AA355484 saylı doğum haqqında şəhadətnamədə atası kimi qeyd edilmiş X15 Azərbaycan Respublikası SHXÇDX-nın Şəki rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 432 saylı məktubunda adı qeyd edilmiş X10 ilə, həmçinin X15 ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli **********13-10301 reyestr nömrəli çıxarışda adı göstərilən X8 ilə eyni şəxs olması, həmin çıxarışın payına münasibətdə Ərizəçi atası X6 məxsus olması faktı müəyyən edilməli, Şəki rayonunda anadan olmuş, Şəki şəhəri, Qazi Məmmədli küçəsi ev 35, yeni qaydalarla Şəki şəhəri, Qazi Məmmədli küçəsi, ev 51 ünvanında yerləşən evin paylı mülkiyyətçisi olan Abdulkərimov Zaməddin (İzaməddin) Həşim oğlu ölmüş elan edilməlidir. MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 216-217, 219-220, 227, 233, 307.1, 307.2.8, 307.2.11 və 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: Ərizə təmin edilsin. Ərizəçi məxsus olan 14 iyun 1944-cü il tarixli, AA355484 saylı doğum haqqında şəhadətnamədə atası kimi qeyd edilmiş X15 Azərbaycan Respublikası SHXÇDX-nın Şəki rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 432 saylı məktubunda adı qeyd edilmiş X10 ilə, həmçinin X15 ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 06 iyul 2021-ci il tarixli **********13-10301 reyestr nömrəli çıxarışda adı göstərilən X8 ilə eyni şəxs olması, həmin çıxarışın payına münasibətdə Ərizəçi atası X6 məxsus olması faktı müəyyən edilsin; Şəki rayonunda anadan olmuş, Şəki şəhəri, Qazi Məmmədli küçəsi ev 35, yeni qaydalarla Şəki şəhəri, Qazi Məmmədli küçəsi, ev 51 ünvanında yerləşən evin paylı mülkiyyətçisi olan Abdulkərimov Zaməddin (İzaməddin) Həşim oğlu ölmüş elan edilsin. Abdulkərimov Zaməddin (İzaməddin) Həşim oğlunun ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilsin. Dövlət büdcəsinə ödənilmiş 100,40 (bir yüz) manat 40 qəpik rüsum ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar