Məhkəmə qərarları › İş №e-2(075)-1191/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1191/2025

30.06.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1191/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X2 oğlunun katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı 6 mart 2024-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 777,12 manat borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 6 mart 2024cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 777,12 (yeddi yüz yetmiş yeddi manat on iki qəpik) manat məbləğində hesablanmış borcun onun hesabından silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi onun mülkiyyətində olmuş, həmin evdə qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı, **********6 nömrəli qaz sayğacı quraşdırılmışdır. 16 yanvar 2024-cü ildə onun istifadəsində olan G-4 markalı, **********6 nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə götürülmüş və bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 16 yanvar 2024-cü il tarixli, ******* №-li akt tərtib edilmişdir. Həmin zaman istifadəsində olan G-4 markalı, **********6 nömrəli qaz sayğacı tam saz vəziyyətdə olmuşdur. Sonradan növbəti hesab bildiriş gələrkən ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən 777,12 manat sərfiyyat borc hesablanmışdır. O, bunu dəqiqləşdirmək üçün Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər şöbəsinə müracitə etdikdə ona istifadəsində olan G-4 markalı, **********6 nömrəli qaz sayğacının Cavabdeh İB-nin nümayəndələri tərəfindən götürüldükdən sonra ARDNŞ Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli, 0183 saylı aktına əsasən sayğacdan qaz keçdiyinə, lakin hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyinə, sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində sındığına görə Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib edilmiş, həmin akt əsasında ona 777,12 manatlıq qaz sərfiyyat hesablanmışdır. Əgər sayğacdan qaz kecib, lakin hesablama mexanizmi keçən qazın həcmini qeyd etməsəydi, sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində sınsaydı Cavabdeh İB-nin nümayəndələri sayğacı yenisi ilə əvəz edən zaman bunu istehlakçıya söyləməli, bunu ona yerində göstərməli və elə həmin vaxt bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 16 yanvar 2024-cü il tarixli, ******* №-li aktda qeyd etməlidilər. Belə ki, sayğacın çıxış plastmas borusunun fiziki təsir nəticəsində sınması ilk vizual baxış nəticəsində görünə bildiyindən həmin halı müəyyən etmək üçün heç labaratoriyaya göndərilməsinə ehtiyac yoxdur. Bundan əlavə qaz sayğacını götürərkən iki hal şahidi dəvət etməli olduğu halda, barəsində tərtib edilmiş aktdan göründüyü kimi sayğacın götürülməsindən 1 ay 20 gün sonra yəni 6 mart 2024-cü il tarixdə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 6 mart 2024-cü il tarixli, ******* saylı akt tərtib edilmişdir. Buradan da görünür ki, həmin akt saxtadır və formal olaraq tərtib edilmişdir. Belə ki, hər iki aktı yəni “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında və Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlardakı məlumatları müqayisə edərkən görürük ki, hər iki aktdakı məlumatlar üst-üstə düşmür. Belə ki, istifadəsində olan sayğac 16 yanvar 2024-cü ildə dəyişdirilərək yenisi ilə əvəz edilsə də, 6 mart 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda “istehlakçıya məxsus yaşayış sahəsində” sayğaca 6.03.2024-cü ildə baxıldığı qeyd edilmişdir. Onun istifadəsində olan saygac 16 yanvar 2024-cü il tarixdə götürülmüşdürsə necə ola bilər ki, xx.xx.2024-cü il tarixdə onun yaşayış sahəsində həmin sayğaca baxış keçirilmişdir. Bundan əlavə həmin 6 mart 2024-cü il tarixli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda qeyd edilmişdir ki, “ARDNŞ Azəriqaz İB-nin 27.02.24-cü il tarixli, 0183 saylı aktına əsasən sayğacdan qaz keçir, hesab mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın çıxış plastmas borusu fiziki təsir nəticəsində sınıb”. Lakin həmin aktda qeyd edilən “0183 nömrəli AKT” “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Labaratoriyası” tərtib edilmişdir və 0183 nömrəli AKT xx.xx.2024-cü ildə deyil xx.xx.2024cü ildə tərtib edilmişdir. Göründüyü kimi 5 mart 2024-cü il tarixli, 0183 nömrəli AKT-dan göründüyü kimi həmin onun istifadəsində olan sayğac “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Labaratoriyası”nda yoxlanılmış və həmin AKT tərtib edilmişdir. “Azərbaycan Metrologiya İnstitutu” PHŞ isə ünvan 2 ünvanında yerləşir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli aktdan görürük ki, həmin aktı Zaqatala RQİİ-nin Şəki XS-i üzrə rəis müavini tərəfindən təsdiq edilmiş, həmin xidmət sahəsinin əməkdaşları Məmmədov R, İmaməliyev M və Həsənov D tərəfindən tərtib edilmişdir. xx.xx.2024-cü ildə Bakı şəhərində yerləşən “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Labaratoriyası”nda akt tərtib olunmuş, lakin həmin aktın tərtib edilməsindən heç 24 saat keçməmiş Şəki şəhərində yerləşən Zaqatala RQİİnin Şəki XS-ində həmin akt əsasında “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* nömrəli akt tərtib və təsdiq edilmişdir. Bundan əlavə o, həmin sayğaca baxış keçirilməsində iştirak etməmiş və həmin akta imza etməmişdir. Ümumiyyətlə onun həmin aktın mövcudluğundan xəbəri olmamış və növbəti hesab bildirişi təqdim edildikdən sonra ona məlum olmuşdur ki, belə akt mövcuddur. Qaz sayğacı 1 ay 20 gün sonra “Azərbaycan Metrologiya İnstitutu” PHŞ “Kommunal Labaratoriyası”na yoxlamaya göndərilmişdir. Bu müddət ərzində yəni sayğacın çıxarılmasından yəni 16 yanvar 2024-cü ildən ona baxış keçirilmiş 5 mart 2024-cü ilədək 1 ay 20 gün ərzində qaz sayğacının hansı şəraitdə saxlanılması və müdaxilə edilib edilməməsi isə məlum deyil. İstifadəsində olan sayğacın götürülməsinə qədər də Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir zədələnmə izləri aşkar etməmişdir. O, hər ay nümunəvi vətəndaş kimi təbii qazdan istifadəyə görə sayğacda göstərilən və Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. Bundan əlavə sayğac mülkiyyətində olan ərazidə yox onun istifadə belə etmədiyi küçədə və yüksəkdə quraşdırılmışdır və onun ona müdaxilə etməsi və onu kənar müdaxilələrdən güdməsi qeyri-mümkündür. Hesab edir ki, mübahisəli akt və həmin akt əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır və həmin qərarla hesablanmış məbləğ əsassız hesablanmışdır. Bu səbəbdən də, barəsində əsassız tərtib edilmiş 6 mart 2024-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 777,12 manat borcun onun hesabından silinməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə iclasında iştirak etmək üçün nümayəndə göndərməmişdir. Lakin İddiaçı 29 iyun 2025-ci ildə məhkəmə elektron qaydada ərizə göndərərək məhkəmə iclaslarında iştirak edə bilməməsinin üzürlü hesab edilərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh 14 may 2025-ci ildə məhkəməyə elektron qaydada etiraz ərizəsi göndərərək göstərmişdir ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı, **********6 nömrəli qaz sayğacı istismar müddəti bitdiyindən qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-ci il tarixli, ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə 13746792 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğcının texniki vəziyyəti ilə bağlı rəy verən Azərbaycan Metrologiya İnstitutunun aktında göstərilmişdir ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir, sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində deşilib (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-ci il tarixli, ******* saylı akt tərtib etmişdir. İtirilmiş qazın bərpası üçün hesabat aparılmaqla onun miqdarı Zaqatala RQİİ-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6480 m3 (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsd olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri olmamış və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlmişdir. İddiaçı qanunvericiliyin tələblərinə görə yaşadığı ünvan üzrə quraşdırılmış qaz sayğacının toxunulmazlığına cavabdeh olan şəxs hesab olunmaqla həmin sayğaca müdaxilə nəticəsində sayğacın sıradan çıxması nəticəsində paylayıcı Cavabdehnə dəymiş ziyana görə məsuliyyət daşıyır. Müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılma aktını və ondan olan qeydlərin mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, o, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. Digər tərəfdən, qaz sayğacı küçədə olduğuna görə onun qorunmasının mümkün olmaması barədə izahatlar istehlakçını məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsirinin olmaması nəzərə alındıqda, bu dəlilin ağlabatan olmadığını bildirən Kollegiya belə qənaətə gəlir ki, mübahisəli qaz sayğacına müdaxilə edilməsi qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir ki, bu “gəlirin” istehlakçıdan başqa hər hansı bir kənar şəxsə müsbət təsiri ola bilməz. Odur ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 777.12 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı ünvan 1 ünvanında yaşayır, ev üzrə Cavabdeh Zaqatala X5 İdarəsinin abonenti olmuşdur. Onun yaşadığı ünvanda G-4 markalı **********6 nömrəli məişət qaz sayğacı quraşdırılmış və iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçı mənzilində təbii qazdan istifadə edildiyi barədə sübutlar olmasa da, onun barəsində tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış 777,12 manat borcu mövcud olmuşdur. Həmin borc qazdan istifadə qaydalarının pozulması nəticəsində itirilmiş təbii qaza görə aparılmış hesabata əsasən yaranmış borc olmuşdur. İddiaçı da hazırkı ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən barəsində tərtib edilmiş 6 mart 2924-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 777,12 manat manat məbləğində cərimənin hesabından silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş materiallarını araşdırıb, iddiaçının izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddiası əsaslıdır. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanunun 13.6-cı maddəsinə əsasən paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən sonra 1 ay müddətində tam həcmdə ödənilməzsə, məhkəmə qərarı ilə dayandırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (krediorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublukası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tətəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalniz məhkəmə iclasında tadqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş; “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 16 yanvar 2024-cü il tarixli, ******* nömərli aktdan görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış Zenner tipli, G-4 markalı **********6 nömrəli qaz saygacı Honaywel tipli, G-4 markalı 13746792 nömrəli qaz saygacı ilə əvəz edilmiş, quraşdırılmış yeni sayğacda olan qaynaq və yivli birləşmələr, qaz xətti təzyiq altında sabun köpüyü ilə yoxlanılmış və heç bir sızma aşkar edilməmişdir. Quraşdırılmış qaz sayğacı texniki qaydalara cavab vermiş, abonentə təhvil vermişdir. Göründüyü kimi çıxarılmış sayğacda gözlə görünə bilən hər hansı bir qüsur aktda qeyd edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”-nın 4.3-cü bəndinə əsasən qaz sayğacının dövlət yoxlanılmasından keçirilməsi barədə 0183 nömrəli aktdan görünür ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında quraşdırılmış G-4 markalı **********6 nömrəli qaz sayğacına baxış keçirilmiş, baxış keçirilən zaman sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi, sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində sınması, sayğacın istismara yarasız olması göstərilmişdir. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 6 mart 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, istehlakçı İddiaçı yaşadığı fərdi yaşayış evində Cavabdeh Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmışdır. Baxış keçirilən zaman sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etməməsi, sayğacın çıxış plasmas borusu fiziki təsir nəticəsində sınması göstərilmişdir. Eyni zamanda həmin akta əsasən sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması, dəymiş ziyanın hesablanması qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli, 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Göründüyü kimi İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı **********6 nömrəli qaz saygacı Cavabdeh Zaqatala X4 İdarəsinin əməkdaşları tərəfindən çıxarılmışdır. G-4 markalı **********6 nömrəli qaz sayğacına müdaxilə edilməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Azəriqaz İB tərəfindən akt tərtib edilmişdir. Bundan başqa müdaxilə olunması göstərilən sayğac iddiaçının yaşadığı evin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Sayğaca müdaxilə olunması sonradan Cavabdeh aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da dəymiş ziyan hesablanmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcı hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən müdaxilə olunması qeyd edilən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində deyil, yol kənarında quraşdırmış olmasını və bu səbəbdən İddiaçı sayğacı kənar müdaxilələrdən qorumaqda birmənalı cavabdeh daşımaması, bunda çətinlik çəkməsini, sayğacın çıxarılaraq dövlət yoxlanılmasına göndərildiyi zaman üzərində gözlə görülə bilən hər hansı bir qüsurun olmasına dair heç bir qeydiyyatın aparılmaması, onun müdaxiləsinin mübahisəsiz sübuta ehtiyac olmasını, belə bir sübutun mövcud olmadığını, yalnız xeyrinə olduğu əsas gətirilərək ehtimal olunduğunu, ehtimalın isə təqsirin təsdiqi üçün kifayət etmədiyini, dövlət möhürü üzərində olan sayğacda qüsurun yaranmasında istehlakçının nə kimi təqsirinin olmasının əsaslandırılmamasını nəzərə alaraq İddiaçı və ya onun ailə üzvləri tərəfindən sayğaca müdaxilə edilməsi işin hər hansı halı ilə sübuta yetirilmədiyindən, iddiaçı həmin akt üzrə hesablanmış məbləğin silinməsini tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Hazırkı iş üzrə iş materialı ilə İddiaçı 777,12 manat dəymiş zərərlə bağlı hər hansı bir təqsirli hərəkətinin olduğu müəyyən edilməmişdir. Məhkəmə qeyd edilən akt və qərarda İddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh İB-nin tələb etdiyi 777,12 zərərin hesablanması barədə qərarın əsaslı olduğuna dair halları sübut etmək vəzifəsi bu qərarı qəbul etmiş orqanın üzərinə düşür. Lakin, iş üzrə cavabdeh tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmişdir. Sayğaca İddiaçı tərəfindən müdaxilə edilməsi yalnız ehtimal əsasında iddia edildiyindən qeyd edilənlərin şübhədən kənar olmadığını göstərir. Belə bir şübhənin heç olmasa azalması və reallığın mövcudluğunun mübahisə doğrumamasından ötrü sayğaca baxış, açılıb götürülməsi və müdaxilənin müəyyənləşməsi zamanı yerində istifadəçinin iştirakının təmin edilməsi üçün cavabdeh təşkilatın nümayəndələri tədbirlər görməməklə bu hallara diqqətli yanaşmamışlar, bununla bağlı hər hansı bir ağlabatan tədbir görməmişlər və nəticədə qeyd edilən sayğacın oradan sökülməsindən əvvəl və ya sonra zədələnməsinə əsaslı şübhələr aradan qalxmamışdır. Eyni zamanda sayğacda olan qüsurun sayğacdan keçən qaz sərfiyyatının doğru hesablanmasına təsir göstərib-göstərmədiyi də müəyyən edilməmişdir. Göstərilən həmin halların ehtimal və şübhə olduğu daxil olmuş etirazda etiraf edilmiş, əksinin, yəni borcun əsaslı hesablandığının ağlabatan olması isə cavabdeh tərəfindən hər hansı bir qaydada sübut edilmədi. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək, Cavabdeh Zaqatala X4 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 6 mart 2924-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 777,12 manat məbləğində borc İddiaçı hesabından silinməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 864-217, 219-220, 227 və 233-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ : İddia təmin edilsin. Cavabdeh Zaqatala X4 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 6 mart 2924-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış 777,12 manat məbləğində borc İddiaçı hesabından silinsin. Cavabdehndən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar