Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1199/2022 30.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə, cavabdeh Quliyeva (Aslanova) Həmidə Eldəniz qızının iştirakları ilə İddiaçı cavabdeh Quliyeva (Aslanova) Həmidə Eldəniz qızına qarşı «kompensasiya ödənilməklə yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 5000 (beş min) manat kompensasiya verilməklə cavabdeh X2 istifadə hüququna xitam verilməsi, həmin mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona verilməsi bardə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 ünvanında yerləşən mənzil onun mülkiyyətindədir. X4 onun gəlini olmuş 24 oktyabr 2008-ci ildə onun oğlu X5 ilə rəsmi nikah qeyd etdirməklə ailə qurmuş və onun mülkiyyətində olan mənzilə gəlin köçmüşdür. Lakin sonradan Şəki Rayon Məhkəməsinin 16 mart 2015-ci il tarixli qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Bundan sonra Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli 2(075)-1891/2015 nömrəli qətnaməsi ilə (hakim İ.F.Quliyev) İddiaçı cavabdeh X3 qarşı sonuncuya məxsus olan, iddia ərizəsində qeyd etdiyi 64 adda müxtəlif əşya və dəstlərin onun mülkiyyətində olan Şəki rayonu, Qoxmux kəndi 2 nömrəli binanın 6 nömrəli mənzilindən çıxarılması tələbinə dair iddiası əsassız olduğundan təmin edilməmiş, qarşılıqlı iddia isə təmin edilərək X2 azyaşlı uşağı X7 ilə birlikdə İddiaçı mülkiyyətində olan Şəki rayonu Qoxmux kəndi 2 nömrəli binanın 6 nömrəli mənzilindən istifadə hüququnun tanınaraq həmin mənzilə köçürülməsi qət edilmişdir. O Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli 2(075)-1891/2015 nömrəli qətnaməsindən narazı qalaraq apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli 2(107)- 888/2015 saylı qətnaməsi ilə tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli 2(075)-1891/2015 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Həmidə Aslanova hələ nikahı pozulmamışdan mənzili tərk edərək başqa yerə getmiş, mənzildə sadəcə olaraq əşyaları qalmışdır. Bundan sonra o həmin əşyaların çıxarılması ilə bağlı məhkəməyə müraciət etdikdən sonra o da qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və Həmidə Aslanovanın onun mülkiyyətində olan mənzildən istifadə hüququ tanınmışdır. Lakin hal-hazırda da cavabdeh X4 onun mülkiyyətində olan mənzildə yaşamır. O işi ilə əlaqəli Zaqatala rayonunda yaşayır. Cavabdehin onun mülkiyyətində olan mənzildən istifadə hüququnun olması onun mülkiyyət hüququnun həyata keçirilməsinə maneə törədir. Ona görə də o hazırki tələblə Mediasiya Şurasına müracət etmişdir. Lakin mediasiya prosesində Cavabdeh ilə heç bir razılıq əldə edə bilməmişlər. Ona görə də, o, kompensasiya verilməklə cavabdeh X2 onun mülkiyyətində olan mənzildən istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi və cavabdehin mənzildən çıxarılması barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, Cavabdeh boşandığı müddətdən həmin mənzildə yaşamır. Lakin bir otaq onun əşyaları ilə dolu olduqdan evə yerləşə bilmirlər. Cavabdeh hətta nəvələrini onlara göstərmir. İddia tələbini müdafiə edərək iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh göstərdi ki, o, 5000 manat məbləğində kompensasiyanı qəbul etmir. Çünki, iddiaçının ona təklif etdiyi kompensasiya məbləği çox aşağı həddədir. O, hesab edir, mübahisə predmeti olan mənzildən istifadə hüququna xitam verilməsi üçün iddiaçı tərəfindən ona ən azı 10000 manat məbləğində kompensasiya ödənilməlidir. Kompensasiyanın əvəzinə 3 sot həyətin alınıb ona verilməsinə də razıdır. Hazırda işi ilə əlaqədar Zaqatalada kirayədə yaşayır. Özünün yaşamağa evi toxdur. Bütün bunları nəzərə alaraq iddianı qəbul etmir. İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamalayan, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxaraq hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, işdə olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən 14 dekabr 2013-cü il tarixdə verilmiş RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətindən görünür ki, ünvan 3 ünvanında mülkiyyətində olan 76.8 kv/m ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 43.4 kv/m yaşayış, 33.4 kv/m köməkçi sahədən ibarət mənzil tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan, Şəki Apellyasiya Məhkəməsinin 16 sentyabr 2015-ci il tarixli, 2(107)- 88/2015 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı tərəfindən Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli 2(075)-1891/2015 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməmişdir. Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X7 ilə birlikdə İddiaçı mülkiyətində olan Şəki rayonu Qoxmuq kəndi 2 nömrəli binanın 6 nömrəli mənzilindən istifadə hüquqları tanınaraq onların həmin mənzilə köçürülməsi qət edilmişdir. İşdə olan, «Kristal-MM» Qiymətləndirmə tərəfindən 20 iyun 2022-ci il tarixdə verilmiş qiymətləndirmə rəyindən görünür ki, İddiaçı məxsus ünvan 4 ünvanında yerləşən 3 otaqlı mənzilin təqribi icarə haqqı 50.00-70.00 AZN aralığındadır. İşdə olan, 13 aprel 2018-ci il tarixli, AZ-İ-290330 seriyalı nikahın pozulması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X5 və X4 arasında nikah pozulmuşdur. İşdə olan, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərfindən xx.xx.2022-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşən mülkiyyətində X6, X8, X10, X5, Nümayəndə Mustafa qızı, X12, X9, X7, Nümayəndə və Cavabdeh qeydiyyatdadırlar. Məhkəmə iclasında tərəflərin izahatları və işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, ünvan 4 ünvanında 76.8 kv/m ha torpaq sahəsində yerləşən 2 mərtəbəli, 3 otaqlı, 43.4 kv/m yaşayış, 33.4 kv/m köməkçi sahədən ibarət mənzil İddiaçının mülkiyyətindədir. X5 və X4 arasında nikah pozulmuşdur. Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X7 ilə birlikdə mübahisə predmeti olan evdə istifadə hüququ tanınmışdır. İddiaçı mülkiyyətində olan evdə yaşamasına maneələr yarandığını göstərərək Cavabdeh qızına 5000 manat kompensasiya ödənilməklə ünvan 4 ünvanında yerləşən və onun mülkiyyətində olan evindən istifadə hüququna xitam verilməsini və Cavabdeh əmlakları ilə birlikdə mülkiyyətində olan evindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçı iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə edilir. Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən də hər bir fiziki və hüquqi şəxsin öz mülkiyyətindən maneəsiz istifadə hüququ (nəzərdə tutulmuşdur) müəyyən edilmişdir. Azərbaycan Respublikası «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ili aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq, o cümlədən insan Hüquqları üzrə Avropa Məhkəməsinin həmin hüquqların təmininə yönəlmiş qərarlarının icrası məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı «Marks Belçikaya qarşı» işdə şərh verərək göstərmişdir ki, «əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüquqlarına təminat verir». Göründüyü kimi Şəki Rayon Məhkəməsinin 23 iyul 2015-ci il tarixli qətnaməsi ilə Cavabdeh azyaşlı uşağı X7 ilə birlikdə İddiaçı mülkiyətində olan Şəki rayonu Qoxmuq kəndi 2 nömrəli binanın 6 nömrəli mənzilindən istifadə hüquqları tanınmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinə və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına əsasən 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 31 mart 2006-cı il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, Mənzil Məcəlləsinin 123-cü maddəsi bir tərəfdən mülkiyyətçiyə, ona məxsus olan yaşayış sahəsindən ailə üzvlərinin və başqa şəxslərin istifadə etmək hüquqlarına xitam verməyə qadağa qoymur, digər tərəfdən isə yaşayış sahəsindən istifadə etmək hüquqlarının kompensasiya verilməklə xitamını da istisna etmir. Məhkəmə hesab edir ki, kompensasiya ödənilməklə yaşayış evinin tərkib hissəsindən istifadə hüququna xitam verilməsi ilə bağlı fərdi xüsusiyyətinə görə kompensasiyanın məbləğinin müəyyən edilməsində hər bir işin konkret xüsusiyyəti, özünə məxsusluğunu şərtləndirən müxtəlif meyarlar nəzərə alınmalıdır. Belə ki, istifadə hüququna kompensasiya verilməsi yolu ilə xitam verilməsini tənzimləyən Azərbaycan Respublikası MM-nin 228.2-ci maddəsində həmin hüququn əldə edilməsi əsasları fərqləndirilmir. Bu isə o qənaətə gəlməyə əsas verir ki, istifadə hüququnun hansı əsasla əldə edilməsindən asılı olmayaraq, həmin hüquqa məhkəmə qaydasında kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. R. Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 sentyabr 2007-ci il tarixli qərarında göstərilir ki, kompensasiya İnstitutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququ verməsə də o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamı deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. İddiaçı cavabdehə cəmi 5000 manat kompensasiya ödənilməklə onun həmin evdən istifadə hüquqlarına xitam verilməsini tələb edir. Məhkəmə qeyd edilənlərə əsaslanaraq iddiaçının cavabdehə həmin evdən istifadə hüquqlarına xitam verilməsi ilə bağlı təklif etdiyi 5000 manat kompensasiya məbləği ilə razılaşmır, hesab edir ki, təklif olunan kompensasiya məbləği cavabdehin davamlı surətdə müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı verməyəcəkdir və həmin məbləğ cavabdehin qeyd edilən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi üçün yetərli deyildir. Buna görə də «Kristal-MM» Qiymətləndirmə tərəfindən 20 iyun 2022-ci il tarixdə verilmiş rəydə qeyd etdiyi qiymətlər hazırki iş üzrə əsas kimi qəbul edilə bilməz. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı tərəfindən Cavabdeh 5000 (beş min) manat məbləğində kompensasiya ödənilməklə İddiaçı mülkiyyətində olan ünvan 4 ünvanında yerləşən mənzildən Cavabdeh istifadə hüququna xitam verilməsi və həmin mənzildən çıxarılması tələbinə dair iddiası təmin edilməməlidir. İddiaçı iddiasının təmin edilməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə Qətetdi: İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən mənzildən 5000 (beş min) manat kompensasiya verilməklə cavabdeh X2 istifadə hüququna xitam verilməsi, həmin mənzildən çıxarılması və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1199/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1199/2022
30.08.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver