Məhkəmə qərarları › İş №e-2(075)-1202/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1202/2022

21.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1202/2022 21.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, TP-LİNK Modem, 4G MİFİ üçün 53.8 (əlli üç manat səksən qəpik) manat ödənilməmiş hissə, 5.2 (beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqavilyə əsasən, Kombi ARİSTON, Seksiya HOFFMANN, Samsung LED Tv üçün 2224 (iki min iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, 222 (iki yüz iyirmi iki) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei Kodu **********81813 olan X1 9 markalı telefon üçün 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, 27 (iyirmi yeddi) manat cərimə borcu olmaqla ümumilikdə 2804 manat borcun və 48.04 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı "xxxx" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə iddiaçı "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı "xxxx" MMC iddia ərizəsində iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, TP-LİNK Modem, 4G MİFİ, Kombi ARİSTON, Seksiya HOFFMANN, Samsung LED Tv, İmei Kodu **********81813 olan X1 9 markalı telefon almış və nəticədə 2804 (iki min səkkiz yüz dörd) manat borcu yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 214.8 (iki yüz on dörd manat səksən qəpik) manat (12 ay x 17.9 manat + 0 manat ilkin ödəniş) olan TP-LİNK Modem, 4G MİFİ üçün ümumilikdə, 59 (əlli doqquz) manat olmaqla ondan, 53.8 (əlli üç manat səksən qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 5.2 (beş manat iyirmi qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqısatqı 2988 (iki min doqquz yüz səksən səkkiz) manat (18 ay x 166 manat + 0 manat ilkin ödəniş) olan Kombi ARİSTON, Seksiya HOFFMANN, Samsung LED Tüvçün ümumilikdə 2446 (iki min dörd yüz qırx altı) manat olmaqla ondan, 2224 (iki min iki yüz iyirmi dörd) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 222 (iki yüz iyirmi iki) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 612 (altı yüz on iki) manat (12 ay x 51 manat + 0 manat ilkin ödəniş) olan İmei Kodu **********81813 X1 9 markalı telefon üçün ümumilikdə, 299 (iki yüz doxsan doqquz) manat olmaqla ondan, 272 (iki yüz yetmiş iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 27 (iyirmi yeddi) manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1265 manat təşkil edir. Cavabdeh qızı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 20293390 saylı müqavilədən görünür ki, cavabdeh satış qiyməti 214.8 manat olan TP-LİNK Modem, 4G MİFİ əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay x 17.9 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21262180 saylı müqavilədən görünür ki, cavabdeh satış qiyməti 2988 manat olan Kombi ARİSTON, Seksiya HOFFMANN, Samsung LED TV əldə etmiş, borc məbləğini 18 ay müddətinə ödəməyi (18 ay x 166 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, 21105540 saylı müqavilədən görünür ki, cavabdeh satış qiyməti 612 manat olan İmei Kodu **********81813 olan X1 9 markalı telefon əldə etmiş, borc məbləğini 12 ay müddətinə ödəməyi (12 ay x 51 manat + 0 manat ilkin ödəniş) öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü məişət avadanlıqlarının dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü məişət avadanlıqlarının dəyərini hər ay hissə-hissə ödəməklə 18 ay müddətinə qaytarmalı olmuşdur. İş materiallarında olan xx.xx.2020-ci il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Cavabdeh götürdüyü məişət avadanlıqlarının dəyərini hər ay hissə-hissə ödəməklə 12 ay müddətinə qaytarmalı olmuşdur. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bаğlаnmış 21 may 2020-ci il tarixli, 20293390 saylı və 20 oktyabr 2020-ci il tarixli, 21262180 saylı müqaviləyə və 24 avqust 2020-ci il tarixli, 21105540 saylı müqavilələrə əsasən, cavabdeh məişət avadanlıqları əldə etmiş, borc məbləğini hissə-hissə ödəməyi öhdəsinə götürmüşdür. Lakin ödəmə qrafikləri üzrə ödəməli olan pul məbləğlərini ödəməmiş və bununla da müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddiaçı tərəfdən təqdim edilmiş 29 aprel 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 21 may 2020-ci il tarixli, 20293390 saylı müqaviləyə əsasən 53.8 manat ödənilməmiş hissə, 5.2 manat dəbbə borcu, 20 oktyabr 2020-ci il tarixli, 21262180 saylı müqaviləyə əsasən 2224 manat ödənilməmiş hissə, 222 manat dəbbə borcu və 24 avqust 2020-ci il tarixli, 21105540 saylı müqaviləyə əsasən 272 manat ödənilməmiş hissə, 27 manat dəbbə borcu olmaqla, cəmi 2804 manat borcu vardır. Cavabdehin cəmi ödədiyi məbləğ 1265 manat təşkil edir. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 20 oktyabr 2020-ci il tarixli, 21262180 saylı müqavilə üzrə 222 manat məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 53.8 (əlli üç manat səksən qepik) manat əsas borc, 5.2 (beş manat iyirmi qepik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2224 (iki min iki yüz iyirmi dörd) manat əsas borc, 30 (otuz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 272 (iki yüz yetmiş iki) manat əsas borc, 27 (iyirmi yeddi) manat cərimə olmaqla, ümumilikdə 2612 manat borc və 48.04 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən, Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 53.8 (əlli üç manat səksən qepik) manat əsas borc, 5.2 (beş manat iyirmi qepik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2224 (iki min iki yüz iyirmi dörd) manat əsas borc, 30 (otuz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 272 (iki yüz yetmiş iki) manat əsas borc, 27 (iyirmi yeddi) manat cərimə olmaqla, ümumilikdə 2612 manat borc və 48.04 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-yə ödənilsin. İddianın qalan hissəsi təmin edilməsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar