Məhkəmə qərarları › İş №e-2(075)-1203/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1203/2023

25.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1203/2023 25.06.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Led üçün 1170 (bir min yüz yetmiş) manat ödənilməmiş hissə, 117 (bir yüz on yeddi) manat cərimə ; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********15248 Samsung Galaxy A51 markalı telefon üçün 716.4 (yeddi yüz on altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 71.6 (yetmiş bir manat altmış qəpik) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********32291 Samsung Galaxy A31 markalı telefon üçün 166.5 (bir yüz altmış altı manat əlli qəpik) manat ödənilməmiş hissə, 16.5 (on altı manat əlli qəpik) manat cərimə borcu olmaqla, cəmi 2258 (iki min iki yüz əlli səkkiz) manat borcun və 42.58 (qırx iki manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2020-ci il tarixli müqavilələrə əsasən, Samsung Led, İMEİ kod **********15248 Samsung Galaxy A51 markalı telefon, İMEİ kod **********32291 Samsung Galaxy A31 markalı telefon almış və nəticədə 2258 (iki mik iki yüz əlli səkkiz) borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1263 (bir min iki yüz altmış üç) manat (18 ay x 65 manat + 93 manat ilkin ödəniş) əsasən Samsung Led üçün ümumilikdə, 1287 (bir min iki yüz səksən yeddi) manat olmaqla ondan, 1170 (bir min yüz yetmiş) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 117 (bir yüz on yeddi) manat cərimə miqdarında borc yaranmışdır. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 818.4 (səkkiz yüz on səkkiz manat qırx qəpik) manat (12 ay x 59.7 manat + 102 manat ilkin ödəniş) İMEİ kod **********15248 Samsung Galaxy A51 markalı telefon üçün ümumilikdə, 788 (yeddi yüz səksən səkkiz) olmaqla ondan, 716.4 (yeddi yüz on altı manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 71.6 (yetmiş bir manat altmış qəpik) manat cərimə; xx.xx.2020ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 667.2 (altı yüz altmış yeddi manat iyirmi qəpik) manat (12 ay x 55.6 manat + 0 manat ilkin ödəniş) İMEİ kod **********32291 Samsung Galaxy A31 markalı telefon üçün ümumilikdə, 183 (bir yüz səksən üç) manat olmaqla ondan, 166.5 (bir yüz altmış altı manat əlli qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 16.5 (on altı manat əlli qəpik) manat cərimə borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 695.7 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı "xxxx" MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 117 manat, 71.6 manat və 16.5 manat məbləğində cərimələrinin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimələrin məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Led üçün 1170 (min bir yüz yetmiş) manat əsas, 50 (əlli) manat cərimə ; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********15248 Samsung Galaxy A51 markalı telefon üçün 716.4 (yeddi yüz on altı manat qırx qəpik) manat əsas, 30 (otuz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********32291 Samsung Galaxy A31 markalı telefon üçün 166.5 (bir yüz altmış altı manat əlli qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 2137.9 (iki min bir yüz otuz yeddi manat doxsan qəpik) manat borc və 42.58 (qırx iki manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, Samsung Led üçün 1170 (min bir yüz yetmiş) manat əsas, 50 (əlli) manat cərimə ; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********15248 Samsung Galaxy A51 markalı telefon üçün 716.4 (yeddi yüz on altı manat qırx qəpik) manat əsas, 30 (otuz) manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kod **********32291 Samsung Galaxy A31 markalı telefon üçün 166.5 (bir yüz altmış altı manat əlli qəpik) manat ödənilməmiş hissə, 5 (beş) manat cərimə borcu olmaqla, cəmi 2137.9 (iki min bir yüz otuz yeddi manat doxsan qəpik) manat borc və 42.58 (qırx iki manat əlli səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 25 iyun 2023-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 14:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 14:10-da qurtardı. Hakim: Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar