Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-123/2025 08.04.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi, akt əsasında hesablanmış borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə cavabdeh Şəki EŞİ-nin xx.xx.2024-cü il tarixli aktının ləğv edilməsi ilə, həmin akt üzrə tətbiq edilmiş 771 manat cərimənin silinməsi və iddiaçının ödənilməsinə məcbur edildiyi 380 manatın qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, xx.xx.2008-ci il tarixində, **********69-06301 reyestr və ********* qeydiyyat sayı ilə verilmiş, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* saylı çıxarışa əsasən, Şəki şəhəri, Səbahəddin Kazımov küçəsində istifadədə olan, 0,0062 ha torpaq sahəsində yerləşən, 1 girişli, 43.2 kv.m əsas, 21.7 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli qeyriyaşayış binası (su dəyirmanı), tam mülkiyyət hüququ ilə, iddiaçıya məxsus mülkiyyətdir. "xxxx" ASC-nin Şəki EŞİ tərəfindən xx.xx.2015-ci il tarixində, qeyd edilən ünvandakı daşınmaz əmlaka, elektrik sayğacı quraşdırılmış, həmin sayğac xx.xx.2017-ci il tarixə qədər, yəni 25 ay anormal işləmiş, işlədiyi müddət ərzində 121 manatlıq elektrik enerjisi sərf etmiş və iş üzrə iddiaçı qeyd edilən məbləğin vaxtlı-vaxtında ödənilməsini təmin etmişdir. Ancaq, təxminən 1 il 6 ay bundan qabaq, Şəki EŞİ-nin işçiləri iddiaçının mobil telefonuna zəng edərək, Şəki şəhərinin mərkəzində yerləşən “Qafqaz restoranı”nda olduqlarını bildirmiş və onu onlara qatılmağa dəvət etmiş, qoşulmağının imkan xaricində olmasını bildirdiyində isə, həmin gün Şəki EŞİ-nin işçisi sayğaca baxış keçirmiş, loru dillə desək sayğacın ora-burasını qurdalamış və bundan təxminən 2 gün sonra, elektrik sayğacı yanmışdır. İddiaçının sayğacın yanması ilə bağlı, Şəki EŞİ-nin demək olar ki, bütün vəzifəli məmurlarına şəxsən etdiyi müraciətlər nəticə verməmiş və o, sayğacsız xətdən istifadə etməyə məcbur olmuşdur ki, hər dəfə Şəki EŞİ-nin nəzarətçiləri ilə qarşılaşdığında, sayğacsız xətdən istifadə etməyini onların yadına salmış, bununla bağlı bir tədbir görülməsini tələb etmişdir. Nəzarətçilər də, öz növbəsində, məsələnin tezliklə həll olunacağını bildirməklə uzaqlaşmışlar. Qeyd edilənlərdən sonra, yəni xx.xx.2024-cü il tarixində, Şəki EŞİ-nin bir neçə işçisi gəlmiş, sayğacın olmaması ilə bağlı, surətini iddiaçıya təqdim etmədən, xx.xx.2024-cü il tarixli akt tərtib etmiş və bundan sonra, yəni xx.xx.2024-cü il tarixində isə, qeyd edilən ünvana smart tipli yeni elektrik sayğacı quraşdıraraq getmişlər. İddiaçı quraşdırılmış sayğacın ödəmə kartını Şəki EŞİ-dən aldıqdan sonra isə, aydın olmuşdur ki, ona 771 manat cərimə tətbiq edilmişdir. Bunun adı sadə dillə desək, talançılıqdır. Sayğacın ora-burasını qurdalamaqla, hansısa şurupu boşaldaraq, sayğacın yanmasına şərait yaradan, Şəki EŞİ-nin öz işçiləridir. Bu haqda artıq Şəkidə lətifələr də danışılır. Bundan başqa, adı qeyd edilən ünvanda elektrik istehlak edən cihazların sayı nə artıb və nə də azalmayıb. 25 ay müddətində cəmi 121 manatlıq elektrik enerjisi sərf edən, abonentə hansı hesabla 771 manat cərimə tətbiq edilə bilər ki? Əgər 25 ayın ödənişləri, yəni 121,31 manat nəticəsi ilə hesablanarsa, 1 ay üçün ortalama 4,85 manat alınır ki, ondan 3 ayın ödənişləri alınarsa, bu məbləğ 14,55 manat edir. Bəs bu 771 manat cərimə hansı hesabla hesablanıb? Bundan bir qədər sonra isə, cavabdeh Şəki EŞİnin işçiləri, iddiaçıya 380 manat ödəməklə, qeyd edilən cərimənin tam silinməsini təklif etmiş və iş üzrə iddiaçı dəyirmanda işin axsamamağı xatirinə qeyd edilən məbləği ödəməyə məcbur olmuşdur. Buna görə də iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri: Cavabdeh "xxxx" ASC 01 dekabr 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək bildirmişdir ki, İddiaçı cavabdeh "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nə qarşı “qanunsuz hesablanmış 771.00 manat borcun silinməsi və iddiaçının ödənilməsinə məcbur edildiyi 380.00 manat pulun qaytarılması”na dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsi (su dəyirmanı) "xxxx" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********81178 (**********8) saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları R.Mustafayev, B.Babayev və E.Məsimov tərəfindən Şəki şəhəri S.Kazımov küçəsində yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı elektrik sayğacının yerində olmadığı və abonentin elektrik enerjisindən birbaşa sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydaları”nın 8.17-ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2024-cü il tarixli, R057379 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2024-cü il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən həmin qeyri-yaşayış sahəsinə yeni PAUD-MP106 tipli elektrik sayğacı quraşdırılaraq uçot dəsti bərpa olunmuşdur. Bundan sonra xx.xx.2024-cü il tarixli, R057379 saylı akta əsasən "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə yükə uyğun 365 gün üçün 0.10 manatla 7709 kvts, dəyəri 770.90 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. Əməkdaşları tərəfindən müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, abonenti faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. İddiaçı tərtib edilmiş qüsur aktı ilə razılaşmayaraq "xxxx" ASC-yə ərizə ilə müraciət etmiş və iddiaçının ərizəsi nəzərə alınaraq aparılmış 770.90 manat enerji hesabatından 390.70 manat azaldılmışdır (770.90- 390.70=380.20). Bundan sonra İddiaçı akt əsasında hesablanmış 380.20 manat qalıq borcunu xx.xx.2024-cü il tarixində ödəmişdir. İddiaçının xx.xx.2024-cü il tarixinə X2yə görə borcu yoxdur. “EEİQ”-nın 8.17 bəndinin tələbinə uyğun olaraq İstehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda, enerjitəchizatı müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrik qəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparmalıdır. Yenidən hesablaşmaya görə əlavə ödənişin verilməsi istehlakçıya aşkar edilmiş pozuntu aradan qaldırılmadan təkrarən elektrik şəbəkəsinə qoşulmaq hüququ vermir. Həmin qaydaların 7.7 bəndində göstərilir ki, 7.4-cü, 7.5-ci və 7.6 cı (məişət abonenti istisna olamaqla) bəndlərində göstərilən hesablaşma elektrik sayğaclarının həmçinin hesablaşma elektrik sayğaclarını (ölçü transformatorları vasitəsilə qoşulduqda) qidalandıran ikinci dövrələri və ölçü transformatorlarının qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə cavabdehlik onların quraşdırıldığı elektrik qurğusunun mülkiyyətçisinin üzərinə düşür.” Yuxarıda qeyd olunanlara əsasən belə bir nəticəyə gəlmək olar ki, İddiaçı məxsus Şəki şəhərində yerləşən qeyri-yaşayış sahəsinə tərtib edilmiş akt “EEİQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. İddiaçı "xxxx" ASC-nin Şimal-Qərb RETSİ-nin Şəki EŞ-nə qarşı “qanunsuz hesablanmış 771.00 manat borcun silinməsi və iddiaçının ödənilməsinə məcbur edildiyi 380.00 manat pulun qaytarılması” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, sayğac tüstülədikdən sonra işinin dayanmaması üçün özü elektrik enerjisini bərpa etmişdir. Yazılan borcun bir qismini ödəməsini səbəbi isə fikirləşmişdir ki, ödəsin, iş dayanmasın, daha sonra pulu geri tələb edə bilər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarına əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli, 057379 nömrəli aktdan görünür ki, EEİQ-na uyğun abonentə məxsus sayğacın uçot dəstinə baxış keçirilən zaman məlum oldu ki, sayğac yerində aşkarlanmamışdır. Abonent elektrik enerjisindən birbaşa sayğacdan kənar istifadə edir. Tərəflərindən ölçü aparılmışdır. 12 amper kənar xətt bir fazalı xətt vasitəsilə istifadə olunur. - Abonet haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********81178 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2024-cü il tarixdə X2 qaydalarının pozulması nəticəsində ona 770,90 manat borc hesablanmış, xx.xx.2024-cü il tarixində 380.31 manat ödəniş edilmişdir. - İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən Prezidentə ünvanlanmış şikayət ərizəsindən görünür ki, 18.04,2008-ci il tarixində, **********69-06301 reyestr və ********* qeydiyyat sayı ilə verilmiş, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlat Reyestrindən çıxarışa əsasən, Şəki şəhəri, Səbahəddin Kazımov kügəsində istifadədə olan, torpaq sahəsində yerləşən, 1 girişli, 43.2 kv.m əsas, 21.7 kv.m köməkçi sahədən ibarət, 1 mərtəbəli qeyri-yaşayış binası, su dəyirmanı, tam mülkiyyət hüququ ilə, ona məxsus mülkiyyətdir. "xxxx" ACS-nin şəki EŞİ tərəfindən xx.xx.2015-ci il tarixində, qeyd edilən ünvandakı daşınmaz əmlaka, elektrik sayğacı quraşdırılmış, həmin sayğac xx.xx.2017-ci il tarixə qədər, yəni 25 ay normal işləmiş, işlədiyi müddət ərzində 121 manatlıq elektrik enerjisi sərf etmiş və o, qeyd edilən məbləğin vaxtlı-vaxtında ödənilməsini təmin etmişdir. Ancaq, xx.xx.2017-ci il tarixindən təxminən 2-3 gün qabaq, Şəki EŞİ-nin işçisi sayğaca baxış keçirmiş, loru dillə desək sayğacın ora-burasını qurdalamış və bundan təxminən 1 həftə sonra, elektrik sayğacı yanmışdır. Onun sayğacın yanması ilə bağlı, Şəki EŞİ-nin demək olar ki, bütün vəzifəli məmurlarına şəxsən etdiyi müraciətlər nəticə verməmiş və o, sayğacsız xəttdən istifadə etməyə məcbur olmuş və hər dəfə Şəki EŞİ-nin nəzarətçiləri ilə qarşılaşdığında, sayğacsız xətdən istifadə etməyini onların yadına salmış, bununla bağlı bir tədbir görülməsini tələb etmişdir. Nəzarətçilər də öz növbəsində, məsələnin tezliklə həll olunacağını bildirməklə uzaqlaşmışlar. Qeyd edilənlərdən 5 il 7 ay sonra, yəni xx.xx.2024-cü il tarixində, Şəki EŞİ-nin bır neçə işçisi gəlmiş, sayğacın olmaması ilə bağlı, surətini o təqdim etmədən akt tərtib etmiş və bundan sonra, yəni 01,03.2024-cü ıl tarixində isə, qeyd edilən ünvana smart tipli yeni elektrik sayğacı quraşdıraraq getmişlər. O, quraşdırılmış sayğacın ödəmə kartını Şəki EŞİ-dən aldıqdan sonra isə, aydın olmuşdur ki, ona 771 manat cərimə tətbiq edilmişdir. Sayğacın oraburasını qurdalamaqla, hansısa şurupu boşaldaraq, sayğacın yanmasına şərait yaradan, Şəki EŞİ-nin öz işçiləridir. Bu haqda artıq Şəkidə lətifələr də danışılır və bu talançılıq nə vaxtadək davam edəcək? Bundan başqa, adı qeyd edilən ünvanda elektrik istehlak edən cihazlarının sayı nə artmayıb və nə də azalmayıb, 25 ay müddətində cəmi 121 manatlıq elektrik enerjisi sərf edən, abonentə hansı hesabla 771 manat dirimə tətbiq edilə bilər ki? Əgər 25 ayın ödənişləri, yəni 121,31 manat nəticəsi ilə hesablanarsa 1 ay üçün ortalama 4,85 manat alınır. Sayğacsız xəttən istifadə etməyinin müddəti 5 il 7 aydır ki, həmin müddətin 4,85 manat hesabı ilə hesablanması 324,95 manat edir. Bəs bu 771 manat cərimə hansı hesabla hesablanıb? Və yaxud bütün bu 5 il 7 ay müddətində, Şəki EŞİ-nin nəzarətçiləri harada yatırdılar ki, o, sayğacsız xəttən istifadə etdiyi halda, onlar da bunu görmürdülər? X1 zaman, o, onun şəxsən özünə, su dəyirmanın vəziyyəti haqqında məlumat vermiş və ondan yardım etməsini xahiş etmişdir. O rəhmətlik də, öz növbəsində, bütün rayon rəhbərliyinə su dəyirmanının tarixi abidə olmasını və ümumiyyətlə bizim milli tariximiz olmasını bildirmiş və hamıya, su dəyirmanının yaşaması üçün əİlərindən gələn hər bir yardım etmələrini tapşırmışdı. Yuxarıda qeyd edilənlərlə, mülkiyyətçisi olduğu tarixi su dəyirmanına qarşı ədalətsiz yanaşma etmiş məmurların cəzalandırılmasına və ona qarşı edilmiş ədalətsizliyin aradan qaldırılmasına dair göstəriş verilməsini xahiş etmişdir. - MXİ 0256 saylı 03 iyun 2024-cü il tarixli razılaşma protokolundan görünür ki, abonentə 3907 kvts (390,70 AZN) azalma verilmişdir. Tətbiq edilən hüquq; Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 19.16-cı maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, ötürücü və ya paylayıcı sistem operatoru qanunsuz xətti dərhal elektrik şəbəkəsindən ayırmaqla, elektrik enerjisinin verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə ötürücü və ya paylayıcı sistem operatoru bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının elektrik enerjisinin talanmasında təqsirli olması həmin orqanların (qurumların) və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə ötürücü və ya paylayıcı sistem operatoru vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində ötürücü və ya paylayıcı sistem operatoruna vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər pərakəndə satış bazarı qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İşin müəyyən edilmiş halları ondan ibarətdir ki, xx.xx.2024-cü il tarixində "xxxx" ASCnin əməkdaşları tərəfindən Şəki şəhəri, S.Kazımov küçəsində yerləşən iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu qeyri-yaşayış sahəsinə quraşdırılmış elektrik hesablaşma sayğacına baxış keçirilmiş, baxış zamanı elektrik sayğacının yerində olmadığı və abonentin elektrik enerjisindən birbaşa sayğacdan kənar istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar xx.xx.2024-cü il tarixli, R057379 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2024-cü il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən həmin qeyri-yaşayış sahəsinə yeni PAUD-MP106 tipli elektrik sayğacı quraşdırılaraq uçot dəsti bərpa olunmuşdur. xx.xx.2024-cü il tarixli, R057379 saylı akta əsasən "xxxx" ASC Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə yükə uyğun 365 gün üçün 0.10 manatla 7709 kvts, dəyəri 770.90 manat məbləğində itirilmiş enerji hesabatı aparılmışdır. İddiaçı tərtib edilmiş qüsur akı ilə razılaşmayaraq "xxxx" ASC-yə və Azərbaycan Respublikasının Prezidentinə ərizə ilə müraciət etmiş və iddiaçının ərizəsi nəzərə alınaraq aparılmış 770.90 manat enerji hesabatından 390.70 manat azaldılmışdır (770.90- 390.70=380.20). Bundan sonra İddiaçı akt əsasında hesablanmış 380.20 manat qalıq borcunu xx.xx.2024-cü il tarixində ödəmişdir. İddiaçı onun təqsiri olmadan sayğacın tüstüləməsi səbəbindən 2017-ci ilin iyul ayında məcburiyyət qarşısında qalaraq elektrik enerjisi xəttini özünün bərpa etdiyini, bundan bir neçə il sonra 2024-cü ilin yanvar ayında "xxxx" ASC-nin əməkdaşları tərəfindən akt tərtib edildiyini bildirir. İddiaçı, akta əsasən hesablanmış borcun silinməsini xahiş etsə də, məhkəmə araşdırması zamanı iddiaçının təqsirli olması, elektrik enerjisini sayğacdan kənar birləşdirildiyi, daha sonra yazılmış borcun azaldılması barədə müraciət etdikdən sonra həmin məbləği ödədiyi müəyyən edilmişdir ki, belə olan halda cavabdeh tərəfindən aktın əsaslı olaraq tərtib edildiyi, borcun silinməsi və ödənilmiş məbləğin geri qaytarılması barədə iddia tələbinin təmin edilməsi üçün əsasların mövcud olmadığı müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi, cərimənin silinməsi və ödənilmiş məbləğin geri qaytarılması” barədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “aktın ləğv edilməsi, cərimənin silinməsi və ödənilmiş məbləğin geri qaytarılması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-123/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-123/2025
08.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver