Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1243/2025 12.05.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin cavabdeh X2 qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqavilə üzrə XİAOMİ POCO PAD 8 markalı planşet, ZƏMANƏT + 3 il xidməti, PAKET XXXL xidməti üçün 903.9 (doqquz yüz üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 90.39 (doxsan manat otuz doqquz qəpik) manat cərimə, ümumilikdə 994.29 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun cavabdeh X1 alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2024-cü il tarixli müqaviləsinə əsasən XİAOMİ POCO PAD 8 markalı planşet, ZƏMANƏT + 3 il xidməti, PAKET XXXL xidmətai lmış və nəticədə 994.29 (doqquz yüz doxsan dörd manat, 29 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 971.96 (doqquz yüz yetmiş bir manat, 96 qəpik) manat (yəni 18 ay x + 50.22 manat + 68 manat ilkin ödəniş) olan XİAOMİ POCO PAD 8 markalı planşet, ZƏMANƏT + 3 il xidməti, PAKET XXXL xidmətiüçün ümumilikdə, 994.29 (doqquz yüz doxsan dörd manat, 29 qəpik) manat olmaqla ondan 903.9 (doqquz yüz üç manat, 90 qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 90.39 (doxsan manat, 39 qəpik) manat cərimə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 68.06 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1 %-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2024-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 258.01-1, 258.01-5.1 və 258.01-5.3-cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan - sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı Ütü Braunu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya 903.9 manat əsas borcu, müqavilənin 2.6-cı bəndinə əsasən 90.39 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 462.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən XİAOMİ POCO PAD 8 markalı planşet, ZƏMANƏT + 3 il xidməti, PAKET XXXL xidməta üçün 903.9 manat əsas, 90.39 manat cərimə borcu olmaqla, cəmi 994.29 manat borc cavabdeh X1 alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli müqavilə üzrə XİAOMİ POCO PAD 8 markalı planşet, ZƏMANƏT + 3 il xidməti, PAKET XXXL xidməta üçün, 903.9 (doqquz yüz üç manat doxsan qəpik) manat ödənilməmiş hissə, 90.39 (doxsan manat otuz doqquz qəpik) manat cərimə, ümumilikdə 994.29 (doqquz yüz doxsan dörd manat iyirmi doqquz qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi cavabdeh X1 tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1243/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1243/2025
12.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver