Məhkəmə qərarları › İş №e-2(075)-1244/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1244/2025

03.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1244/2025 03.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı “URAL İ» MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı MMCnin xeyrinə 697 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir) həcmində 174 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə borcu olmaqla, cəmi 871 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 35 manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi məhkəməyə 2 iyun 2025-ci il tarixdə elektron ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və tələblərinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli, HHA 19674 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, cavabdeh satış qiyməti 714 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləği 714 ABŞ dolları) “Samsung S23 256 gb”markalı 1 (bir) ədəd telefonu ödəniş qrafikinə əsasən nisyə almışdır. Adıçəkilən müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 17 ABŞ dollarını ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Lakin cavabdeh müqavilənin şərtlərini pozmaqla, ödəniş qrafiki üzrə ödəməli olduğu pul məbləğini ödəməmiş və öhdəliklərini vaxtında və lazımi qaydada icra еtməmişdir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmışdır. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilməsinə baxmayaraq, ödənişlərin icrası təmin edilmədiyindən kreditor İddiaçı MMC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət etmək hüququndan istifadə etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Lakin Cavabdeh 12 may 2025-ci ildə məhkəməyə teleqram göndərərək iddia tələbini qəbul etdiyini, maddi imkanının olmaması səbəbindən banka olan borcunu ödəyə bilmədiyini bildirmiş, cərimə məbləğinin azaldılmasını və qanuni qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosesual Məcəllənin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilməklə məhkəmə baxışında tədqiq edilmiş, HHA 19674 saylı, 29 noyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən URAL İ” MMC tərəfindən Cavabdeh ümumi məbləği 714 ABŞ dolları olan “Samsung S23 256 gb”markalı 1 (bir) ədəd telefon verilmişdir. xx/xx-18924 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh HHA 19674 saylı, 29 noyabr 2024-cü il tarixli nisyə alqı-satqı müqaviləsinə əsasən İddiaçı MMC -yə ödənilməmiş 697 ABŞ dolları əsas borc və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1% (bir) həcmində 174 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 871 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) borcu vardır. Nisyə alqı-satqı müqaviləsi əsasında cavabdeh ödəniş qrafikinə əsasən ödənişləri həyata keçirməyə dair öhdəlik götürməsinə baxmayaraq, bu öhdəliklərə əməl etməmişdir. 29 noyabr 2024-cü il tarixli ödəniş qrafikindən görünür ki, Cavabdeh İddiaçı MMC-dən aldığı “Samsung S23 256 gb”markalı 1 (bir) ədəd telefonun pulunu ödəniş qrafikinə əsasən 12 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. 29 noyabr 2024-cü il tarixli qəbzdən görünür ki, Cavabdeh 1216 manat dəyərindən olan“Samsung S23 256 gb”markalı 1 (bir) ədəd telefonu imza edərək İddiaçı MMC-dən təhvil almışdır. 22 mart 2025-ci il tarixli, xx/xx-18924 nömrəli son xəbərdarlığın surətindən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxıb sonra bu sübutlara tətbiq edilməli hüquq normaların tətbiq edib qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı MMC tərəfindən cavabdehə nisyə alqı-satqı müqaviləsi əsasında telefon verilərək müqavilə ilə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh nisyə alqı-satql müqaviləsi üzrə uzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış müqavilə borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının MM-nin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 174 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır və azadılmalıdır. Beləliklə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423, 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək, Cavabdeh ilə xx.xx.2024-cü il tarixə bağlanmış HHA 19674 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 697 ABŞ dolları əsas borc, 70 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 767 ABŞ dolları borc qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və ödənilmiş 35 AZN dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəllənin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosesual Məcəllənin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə xx.xx.2024-cü il tarixə bağlanmış HHA 19674 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 697 ABŞ dolları əsas borc, 70 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 767 ABŞ dolları borc qətnamənin icra olunduğu günə Azərbaycan manatına olan məzənnəsi ilə və ödənilmiş 35 AZN dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı MMCyə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar