Məhkəmə qərarları › İş №e-2(075)-1274/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1274/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1274/2022 30.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********58789 HOFFMANN X Ultra, İMEİ kodu **********25622 HOFFMANN X Ultra markalı telefonlar üçün 286.4 (iki yüz səksən altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 28.6 (iyirmi səkkiz manat, altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********90738 Samsung Galaxy A21s markalı telefon üçün 193 (yüz doxsan üç) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə,xx.xx.2020-ci iltarixli müqaviləyə əsasən, İMEİ kodu **********08022 X1 9 markalı telefon üçün 452 (dörd yüz əlli iki) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə ümumilikdə, 1024 manat borc və 30.24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2019-cu il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il tarixli müqavilələrinə əsasən İMEİ kodu **********58789 HOFFMANN X Ultra, İMEİ kodu **********25622 HOFFMANN X Ultra, İMEİ kodu **********90738 Samsung Galaxy A21s, İMEİ kodu **********08022 X1 9 markalı telefonlar almış və nəticədə 1024 (min iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2019cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 742 (yeddi yüz qırx iki) manat (18 ay x 41 manat + 4 manat ilkin ödəniş) İMEİ kodu **********58789 HOFFMANN X Ultra, İMEİ kodu **********25622 HOFFMANN X Ultra markalı telefonlar üçün ümumilikdə, 315 (üç yüz on beş) manat olmaqla ondan, 286.4 (iki yüz səksən altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 28.6 (iyirmi səkkiz manat, altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 471.2 (dörd yüz yetmiş bir manat, iyirmi qəpik) manat (12 ay x 17.6 manat + 260 manat ilkin ödəniş) İMEİ kodu **********90738 Samsung Galaxy A21s markalı telefon üçün ümumilikdə, 212 (iki yüz on iki) manat olmaqla ondan, 193 (yüz doxsan üç) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 19 (on doqquz) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 594 (beş yüz doxsan dörd) manat (18 ay x 30 manat + 54 manat ilkin ödəniş) İMEİ kodu **********08022 X1 9 markalı telefonüçün ümumilikdə, 497 (dörd yüz doxsan yeddi) manat olmaqla ondan, 452 (dörd yüz əlli iki) manat ödənilməmiş hissə, müştəriyə güzəşt olunaraq 45 (qırx beş) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 875.8 təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikasının MPM-nin 284-4-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti iki min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 20 (iyirmi) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********58789 HOFFMANN X Ultra, İMEİ kodu **********25622 HOFFMANN X Ultra markalı telefonlar üçün 286.4 (iki yüz səksən altı manat, qırx qəpik) manat ödənilməmiş hissə, 28.6 (iyirmi səkkiz manat, altmış qəpik) manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********90738 Samsung Galaxy A21s markalı telefon üçün 193 (yüz doxsan üç) manat ödənilməmiş hissə, 19 (on doqquz) manat cərimə,xx.xx.2020-ci iltarixli müqaviləyə əsasən, İMEİ kodu **********08022 X1 9 markalı telefon üçün 452 (dörd yüz əlli iki) manat ödənilməmiş hissə, 45 (qırx beş) manat cərimə , ümumilikdə, 1024 manat borc və 30.24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********58789 HOFFMANN X Ultra, İMEİ kodu **********25622 HOFFMANN X Ultra markalı telefonlar üçün 286.4 manat ödənilməmiş hissə, 28.6 manat cərimə, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********90738 Samsung Galaxy A21s markalı telefon üçün 193 manat ödənilməmiş hissə, 19 manat cərimə,xx.xx.2020-ci iltarixli müqaviləyə əsasən, İMEİ kodu **********08022 X1 9 markalı telefon üçün 452 manat ödənilməmiş hissə, 45 manat cərimə , ümumilikdə, 1024 manat borc və 30.24 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar