Məhkəmə qərarları › İş №e-2(075)-1280/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1280/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1280/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72015 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 384.1 (üç yüz səksən dörd manat on qəpik) manat əsas borc, 38.9 (otuz səkkiz manat doxsan qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOLO SOBA HOFFMANN üçün 325.6 (üç yüz iyirmi beş manat altmış qəpik) manat əsas borc, 32.4 (otuz iki manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********92273 SAMSUNG GALAXY A12 markalı telefon, üçün 227 (iki yüz iyirmi yeddi) manat əsas borc, 22 (iyirmi iki) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOLO SOBA HOFFMANN üçün 398.6 (üç yüz doxsan səkkiz manat altmış qəpik) manat əsas borc, 39.4 (otuz doqquz manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1468 manat borcun və 34.68 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kod **********72015 SAMSUNG GALAXY A12 markalı telefon, SOLO SOBA HOFFMANN, İmei kod **********92273 SAMSUNG GALAXY A12 markalı telefon, SOLO SOBA HOFFMANN almış və nəticədə 1468 (bir min dörd yüz altmış səkkiz) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 516.1 (beş yüz on altı manat on qəpik) manat (23 ay x 21.7 manat + 17 manat ilkin ödəniş) olan İmei kod **********72015 SAMSUNG GALAXY A12 markalı telefon üçün 423 (dörd yüz iyirmi üç) manat olmaqla ondan, 384.1 (üç yüz səksən dörd manat on qəpik) manat ödənilməmiş hissə, 38.9 (otuz səkkiz manat doxsan qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 473.6 (dörd yüz yetmiş üç manat altmış qəpik) manat (18 ay x 25.2 manat + 20 manat ilkin ödəniş) olan SOLO SOBA HOFFMANN üçün 358 (üç yüz əlli səkkiz) manat olmaqla ondan, 325.6 (üç yüz iyirmi beş manat altmış qəpik) manat ödənilməmiş hissə, 32.4 (otuz iki manat qırx qəpik) manat cərimə pulu; xx.xx.2021ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 379 (üç yüz yetmiş doqquz) manat (18 ay x 17.5 manat + 64 manat ilkin ödəniş) olan İmei kod **********92273 SAMSUNG GALAXY A12 markalı telefon, üçün 249 (iki yüz qırx doqquz) manat olmaqla ondan 227 (iki yüz iyirmi yeddi) manat ödənilməmiş hissə, 22 (iyirmi iki) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 480.6 (dörd yüz səksən manat altmış qəpik) manat (18 ay x 26.7 manat + 0 manat ilkin ödəniş) olan SOLO SOBA HOFFMANN üçün 438 (dörd yüz otuz səkkiz) manat olmaqla ondan 398.6 (üç yüz doxsan səkkiz manat altmış qəpik) manat ödənilməmiş hissə, 39.4 (otuz doqquz manat qırx qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 514 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021ci il, xx.xx.2021-ci il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72015 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 384.1 (üç yüz səksən dörd manat on qəpik) manat əsas borc, 38.9 (otuz səkkiz manat doxsan qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOLO SOBA HOFFMANN üçün 325.6 (üç yüz iyirmi beş manat altmış qəpik) manat əsas borc, 32.4 (otuz iki manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********92273 SAMSUNG GALAXY A12 markalı telefon, üçün 227 (iki yüz iyirmi yeddi) manat əsas borc, 22 (iyirmi iki) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOLO SOBA HOFFMANN üçün 398.6 (üç yüz doxsan səkkiz manat altmış qəpik) manat əsas borc, 39.4 (otuz doqquz manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1468 manat borc və 34.68 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********72015 SAMSUNG GALAXY A12 markalı telefon üçün, 384.1 (üç yüz səksən dörd manat on qəpik) manat əsas borc, 38.9 (otuz səkkiz manat doxsan qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOLO SOBA HOFFMANN üçün 325.6 (üç yüz iyirmi beş manat altmış qəpik) manat əsas borc, 32.4 (otuz iki manat qırx qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********92273 SAMSUNG GALAXY A12 markalı telefon, üçün 227 (iki yüz iyirmi yeddi) manat əsas borc, 22 (iyirmi iki) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, SOLO SOBA HOFFMANN üçün 398.6 (üç yüz doxsan səkkiz manat altmış qəpik) manat əsas borc, 39.4 (otuz doqquz manat qırx qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1468 manat borc və 34.68 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar