Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1289/2023 07.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəriyəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 23400 manat manat borcun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Şəki rayonunun Baş Küngüt kənd sakini Cavabdeh oğlu ondan xx.xx.2022-ci il tarixdə 90 baş qoyunu 18000 manata almışdır. Razılaşmaya əsasən heyvanların pulunu xx.xx.2022-ci il tarixədək ödəməyi öz öhdəsinə götürmüşdür. Lakin təyin edilən müddətdə borc məbləği öödənilməmişdir. O, dəfələrlə borcu ödəməsini tələb etsə də cavabdeh heç bir əhəmiyyət verməmişdir. Nəticədə o, cavabdehin barəsində Şəki ŞRPŞ-yə müraciət etmişdir. Cavabdeh polis şöbəsində izahat verərkən borcu etiraf etmiş və qısa zaman ərzində qaytaracağını bildirmişdir. Onlar arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi barədə danışıqlar aparılsa da, bu danışıqlar heç bir fayda verməmişdir. Ona görə də tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclası zamanı İddiaçı iddia ərizəsini müdafiə edərək bildirdi ki, o, mal-qara alğı-satqısı ilə məşğul olur. O, Cavabdeh bir başı 200 manat olmaqla, ümumilikdə 18000 manat dəyərində 90 baş qoyun satmışdır. Cavabdeh həmin məbləği xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. O, dəfələrlə cavabdehə borcunu qaytarmasını bildirsə də, cavabdeh müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmıdır. İddiaçı Bildirmişdir ki, hazırki bazar qiymətləri ilə müqayisə edəndə cavabdehin ondan aldığı qoyunların dəyəri 23400 manat təşkil edir. Bu vaxta kimi cavabdeh ona olan borcunu qaytarmamışdır. Göstərmişdir ki, cavabdeh onun özünə yox, onun oğluna həmin borc məbləğindən 950 manatını qaytarmışdır. Qalan borcunu isə cavabdeh özü könüllü şəkildə ona qaytarmamışdır. Bu səbəbdən hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında izahat verərək göstərdi ki, o, İddiaçı bir başı 200 manat olmaqla, ümumilikdə 18000 manat dəyərində 90 baş qoyun almışdır. O, həmin qoyunların pulunu xx.xx.2022-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. Lakin maddi imkanı aşağı olduğuna görə borcunu tam olaraq ödəyə bilməmişdir. Bildirmişdir ki, bu müddət aralığında iddiaçının oğlu onun yanına gəlmiş borc məbləğini tələb etmişdir. O, iddiaçının oğluna 5000 manat məbləğində ödəniş etmək istəmiş, lakin o razılaşmayaraq borc məbləğini tam olaraq istəmişdir. Bundan başqa o, iddiaçının oğluna 7000 manat məbləğdə də ödəniş etmək istəmiş, lakin yenə də, onunla razılaşmamış, borc məbləğini tam olaraq tələb etmişdir. Aradan bir həftə keçdikdən sonra o, iddiaçıya olan borcundan 12000 manat məbləğdə ödəniş etmək istədikdə də, iddiaçı onunla razılaşmamışdır. O, iddiaçının oğluna gözləməsini, yaxın müddətə borcunu qaytaracağını bildirmişdir. Bundan bir müddət sonra da, o, Bərdə bazarında olan zaman iddiaçının oğlu ona zəng edərək təcili pul lazım olduğunu bildirmişdir. O, özü Bərdədə olduğundan başqa bir tanışına demiş, həmin şəxs iddiaçının oğluna 950 manat borcundan ödəniş etmişdir. O, iddianı qismən qəbul edir. Onun iddiaçıya 17050 manat məbləğdə ödənilməmiş borcu qalmışdır. Onun başqa şəxslərdə alacağı borclar var. Həmin borcları aldıqdan sonra iddiaçıya olan borcunu ödəyəcəkdir. Qanuna müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşin halları Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki şəhər İHB-nin Çeşməli kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş 18 aprel 2023-cü il tarixli, 81 saylı arayışdan görünür ki, İddiaçı Şəki rayonu Çeşməli kəndində özünə məxsus 90 baş xırdabuynuzlu heyvanı vardır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin 18 aprel 2023-cü il tarixli, 20 saylı məlumatından görünür ki, bir baç erkək, təxmini diri çəkisi 40-45 kq olan qoyunun orta satış bazar qiyməti 260 manat (90 baş x 260 man = 23400 manat) təşkil edir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh izahatından görünür ki, Cavabdeh Şəki ŞRPŞ-də vermiş olduğu izahatının məzmununda 2022-ci ilin oktyabr ayında Şəki raypnu Çeşməli kənd sakini Novruzdan 90 baş xırdabuynuzlu heyvan aldığını, həmin vaxt pulu olmadığı üçün heyvanları nisyə aldığını, lakin keçən müddət ərzində pulu olmadığı üçün heyvanların pulunu verə bilmədiyini, onun aldığı heyvanların dəyərini ümumilikdə 18000 manat təşkil etdiyini, həmin pulun 950 manatını geri qaytardığını və hal-hazırda İddiaçı 17050 manat pul borclu olduğunu qeyd etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş İddiaçı izahatından görünür ki, o, həmin izahatının məzmununda 18 oktyabr 2022-ci il tarixdə özünə məxsus 90 baş qoyunu 18000 manata Cavabdeh satdığını, xx.xx.2022-ci il tarixdə qədər həmin qoyunları nisyə olaraq Cavabdeh verdiyini və Cavabdeh heyvanların dəyəri olan 18000 manat pulu 25 dekabr 2022-ci il tarixədə qaytaracağına söz verdiyini qeyd etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Şəki ŞRPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru anar Yəhyəyev tərəfindən qəbul edilmiş 18 aprel 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Şəki Rayon Prokurorluğuna daxil olmuş müraciəti əsasında başlanılmış HK-1/576 nömrəli material üzrə cinayət işinin başlanmasının rədd edilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.2. maddəsinə əsasən əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. 601.1. maddəsinə əsasən Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4. maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. Məhkəmənin mövqeyi Məhkəmə iclasında tərəflərin izahatları nəticəsində müəyyən edildi ki, iddiaçı qarşılıqlı razılaşmaya əsasən özünə məxsus olan 90 baş xırdabuynuzlu qoyunu bir başı 200 manat olmaqla, ümumilikdə 18000 manat məbləğə cavabdehə nisyə satmışdır. Cavabdeh isə həmin xırdabuynuzlu heyvanların pulunu 25 dekabr 2022-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Bu müddət ərzində Cavabdeh iddiaçıya olan borcundan 950 manatını ödəmişdir. Lakin cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyərək iddiaçıya olan 18000 manat borcunun qalan hissəsini tam olaraq ödəməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında borc müqaviləsindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Buna görə də onlar arasındakı münasibətlərə borc müqaviləsinin müddəaları tətbiq olunmalıdır Bundan başqa öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan öz vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi cavabdeh ümumilikdə dəyəri 18000 manat təşkil edən 90 baş qoyunu nisyə şəkildə iddiaçıdan almış, həmin heyvanların pulunu 25 dekabr 2022-ci il tarixədək qaytaracağını öhdəsinə götürmüşdür. Həmin məbləğin 950 manatını qaytarmış, qalan 17050 manatını qaytarmamışdır. İddiaçının özüdə məhkəmə iclasında cavabdehə satmış olduğu qoyunların dəyərini 18000 manat təşkil etdiyini və cavabdehin onun oğluna 950 manat ödədiyini bildirmişdir. Bu baxımdan məhkəmə iddianı cavabdehin iddiaçıya borclu olduğu 17050 manat hissəsində əsaslı hesab edir. Şərh olunanaları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh cəmi 17050 manat borc pul tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, tələb etmədiyindən ödənilmiş dövlət rüsumu İddiaçınnun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 357-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh cəmi 17050 manat borc pul tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumu İddiaçınnun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, təqdim edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1289/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1289/2023
07.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver