Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-131/2023 13.01.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Həmidov Məhəmməd Müşviq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X8 1916-cı ildə Şəki şəhərində doğulması, valideynlərinin X13, X1 olması, o cümlədən, X8 1991-ci ilin yanvar ayında Şəki şəhərində ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı Ərizəçi məhkəməyə iddia tələbinin azaldılması barədə ərizə təqdim edərək, 1916-cı ildə Şəki şəhərində doğulmuş X8 anasının X13 olması, o cümlədən X8 1991-ci ilin yanvar ayında Şəki şəhərində ölməsi faktının müəyyən edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeydiyyatda olduğu və daimi yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və ona aid həyətyanı sahə atasının nənəsi X9 məxsus olmuşdur. Bu fakt, Azərbaycan SSRİ Kommunal Təsərrüfat Nazirliyi tərəfindən 10 avqust 1962-ci ildə Mülayim Həmzə qızının adına verilmiş 1582 inventar nömrəli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportda öz əksini tapmışdır. X13 24 avqust 1979-cu ildə Şəki şəhərində vəfat etmişdir. Bu hadisədən sonra Mülayim Həmzə qızının övladı, yəni nənəsi (atasının anası) X2 evdə pasport qeydiyyatında olmaqla orada yaşamağa davam etmişdir. Həmin ev nənəsi Ziyvər birgə atası X11 da qeydiyyat və daimi yaşayış yeri olmuşdur. Atası ilə rəsmi nikah münasibətlərinə daxil olduqdan sonra, yəni 1979-cu ildən etibarən anası X24 da həmin evə qeydiyyata düşməklə orada yaşamağa başlamışdır. X27 1991-ci ildə vəfat etmişdir. Onun vəfatından sonra da atası ailə üzvləri ilə birlikdə həmin evdə yaşamışdır. Atası 2010cu ilin mart ayının 25-də vəfat etmişdir. Atasının vəfatından sonra anası, o, həyat yoldaşı və övladları həmin evdə yaşamağa davam etmiş və hazırkı vaxtadək orada yaşayırlar. Hüquq varisi olaraq bəhsi gedən miras əmlak onun sahibliyi, istafadəsi və faktiki idarəçiliyi altındadır. Göründüyü kimi miras qoyan X9 münasibətdə varislik xətti üzrə öncə X27, daha sonra atası Abbas Abbasov, atasının vəfatından sonra isə o, miras əmlaka sahib çıxmaqla, onun idarəçiliyini həyata keçirməklə sözügedən miras əmlakı faktiki qəbul etmişdir. Qeyd etdiyi faktiki hallara və həmin hallarla bağlı olan hüquqi məqamlara əsaslanaraq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə almaq üçün cari ilin iyul ayında Şəki regional “Asan xidmət” mərkəzində notariat ofisinə müraciət etmiş, araşdırma nəticəsində miras qoyan X13 ilə övladı X16 arasında qohumluq əlaqəsini təsdiq edən sənədin, yəni doğum haqqında şəhadətnamənin, eyni zamanda sonuncunun ölüm haqqında şəhadətnaməsinin olmadığı müəyyən edilmiş və bu səbəbdən qanun üzrə vərəsəlik haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etməkmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X28 ifadəsində bildirmişdir ki, o, iş üzrə ərizəçinin dayısıdır. Həqiqətən də X3 nənəsidir. Hətta Ziyvərin anası X10 da sağlığında görmüşdür. Tarixini dəqiq xatırlamasa da, təxminən 1973-1974cü illər ərəfəsində Mülayimin yas mərasimində də iştirak etmişdir. X16 isə 1991-ci ilin yanvar ayında rəhmətə gedib və onun da yas mərasimində iştirak etmişdir. Ərizəçinin vəsatəti ilə məhkəmə iclasında şahid qismində dindirilmiş X24 ifadəsində bildirmişdir ki, o, iş üzrə ərizəçinin anasıdır. X16 onun qayınanası olmuşdur. Sağlığında onlarla birlikdə yaşayıb, 2 aya yaxın xəstə yatıb, ölən günə kimi Ziyvərə, o, qulluq edib. Ziyvər 25 yanvar 1991-ci il tarixdə vəfat etmişdir. X10 isə görməyib, çünki Mülayim, o gəlin köçməmişdən 1 il qabaq vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 26 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, X13 24 avqust 1979-cu il tarixdə Şəki şəhərində ölmüşdür. İş materiallarına əlavə edilmiş 04 sentyabr 1948-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X17 29 avqust 1948-ci il tarixdə anadan olmuş, atası X4, anası X12r. İş materiallarına əlavə edilmiş 31 mart 2010-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 25 mart 2010-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 26 iyun 1996-cı il tarixli arayışın surətindən görünür ki, X13 24 avqust 1979-cu ildə ölmüşdür. İş materiallarına əlavə edilmiş 05 sentyabr 1981-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1981-ci il tarixdə anadan olmuş, atası X17, anası X19r. İş materiallarına əlavə edilmiş Şəki regional “ASAN xidmət” mərkəzində Ədliyyə Nazirliyinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2022-ci il tarixli arayışın surətindən görünür ki, X16 barəsində Şəki rayon Qeydiyyat şöbəsinin arxivində, həmçinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində doğum haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusunun 02 iyul 2022-ci il tarixli qərarının surətindən görünür ki, X13 ilə X8 qohumluğunu təsdiq edən doğum haqqında şəhadətnamənin, eyni zamanda X8 ölüm haqqında şəhadətnaməsi olmadığından qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş fotoşəkillərdən görünür ki, X16 isə 1991-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Şəki şəhər Gəncəli məhəllə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, xx.xx.1979-cu ildə vəfat etmiş X7 aşağıda göstərilən varisləri vardır. X6 xx.xx.1991-ci ildə vəfat edib. X5 xx.xx.2020-ci ildə vəfat edib. Nəticələri Ərizəçi və X20. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının nənəsi X16 1916-cı ildə Şəki şəhərində anadan olmuşdur. X13 isə Ziyvərin anasıdır. X13 24 avqust 1979-cu ildə Şəki şəhərində vəfat etmişdir. Ziyvər 1991-ci ildə, ərizəçinin atası X17 isə 2010-cu ildə vəfat etmişlər. Atasının vəfatından sonra ərizəçi, miras qalmış əmlaka dair vərəsəlik haqqında şəhadətnamə almaq üçün Şəki regional "ASAN xidmət” mərkəzində Notariat Ofisinə müraciət etsə də, X13 ilə X8 qohumluğunu təsdiq edən doğum haqqında şəhadətnamə, eyni zamanda X8 ölüm haqqında şəhadətnaməsi olmadığından bundan imtina edilmişdir. Bu səbəbdən ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktınyəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi - şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə nəzərə alır ki, ərizəçinin xahişi hüquqi nəticə doğuran faktların müəyyən olunmasına dairdir. Bununla yanaşı, həmin faktın müəyyən olunmasının ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə ərizəçi tərəfindən lazımi sənədləri almanın mümkün olmadığı onun tərəfindən təqdim olunan sübutlarla təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli, 1916-cı ildə Şəki şəhərində doğulmuş X8 anasının X13 olması, o cümlədən X8 1991-ci ilin yanvar ayında Şəki şəhərində ölməsi hüquqi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. 1916-cı ildə Şəki şəhərində doğulmuş X8 anasının X13 olması, o cümlədən X8 1991ci ilin yanvar ayında Şəki şəhərində ölməsi hüquqi faktı müəyyən edilsin. Ərizəçi dövlət büdcəsinə ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-131/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-131/2023
13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver