Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1310/2025 29.09.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Ərizəçi, etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X10 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 28 iyun 1965-ci il tarixdə Şəki rayonu, Cunud kəndində anadan olmuş, Şəki rayonu, Cunud kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X5 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, X2 uşaqlıqdan xəstə olmuşdur. Buna görə də, ağır dərəcəli əqli gerilik xəstəliyindən əziyyət çəkməkdiyi üçün X2na birinci qrup əlillik dərəcəsi verilmişdir. X2 öz hərəkətlərinin mənasını başa düşmək və onları idarə etmək iqtidarına malik şəxs olmamışdır. X4 xx.xx.1998-ci ildə, anası X8 isə xx.xx.2005-ci il tarixdə vəfat etmişlər. Buna görə də X2 onun öz himayəsində yaşamışdır. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi və etibarnamə üzrə nümayəndəsi Nümayəndə izahat verərək göstərmişdir ki, X11 ərizəçinin bacısı, etibarnamə üzrə nümayəndənin isə bibisi olmuşdur. X11 uşaqlıq dövründən əqli cəhətdən xəstə, eyni zamanda, həm eşitmə, həm anlama, həm də dil qabiliyyətində qüsurlu olmuşdur. X11 təhsil almaq üçün məktəbə göndərilsə də, qüsurlu olduğuna görə 5-6 ay sonra geri qaytarılmış, təhsil ala bilməmişdir. Valideynləri bu məsələyə vaxtında diqqət yetirməmiş, xəstəliyini müalicə etdirmək üçün səy göstərməmişlər. Ərizəçi özü təhsil alıb evlərinə qayıtdıqdan sonra X2nı müalicəyə aparmış, lakin ona, bacısının xəstəliyinin anadangəlmə olduğu və müalicəsinin mümkün olmadığı bildirilmişdir. Buna görə də X2 onun öz himayəsində yaşamış, o və ailə üzvləri xəstə olan bacısı Mahizər Məmmədovaya baxış qulluq etmişlər. Xəstəliyinə görə X7 əlillik dərəcəsi verilmiş və hal-hazıra kimi də əlilliyinə görə pensiya almışdır. X1 fəaliyyət qabiliyyətinin olmaması, barəsində hüquqi nəticələr yaradan hərəkətlərin yerinə yetirlməsində, qulluq edən şəxslərin rəsmiləşməsi və zəhmətlərinin dəyərləndirilməsində zəruri və mühüm əhəmiyyətli olmuş, lakin fəaliyyət qabiliyyətli olub-olmadığının müəyyənləşməməsi qeyd olunanlara imkan verməmişdir. Qeyd edilənləri nəzərə alaraq, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X13 məhkəmə iclası zamanı verdiyi izahatında göstərmişdir ki, Ərizəçi X2na qəyyum təyin edilməsi ilə bağlı Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmişdir. X3 məhkəmə qətnaməsi ilə fəaliyyət qabiliyyəti olmayan hesab edilmədiyindən komissiya tərəfindən ərizəçiyə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Məhkəmə tərəfindən ərizəçinin ərizəsi təmin edilərək X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilərsə ərizəçiyə qəyyum təyin ediləcəkdir. İş materiallarında olan; 25 iyul 1965-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 28 iyun 1965-ci ildə Şəki rayonu, Cunud kəndində anadan olmuşdur. Anası qrafasında X8 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 25 iyuı 1965-ci ildə 268№ ilə qeyd edilmişdir. Şəki rayonu, Cunud kənd səkizillik məktəbi tərəfindən verilmiş 23 mart 1987-ci il tarixli, 28 №-li arayışın təsdiq edilmiş surətindən görünür ki, həqiqətən də, X11 1971-1972ci dərs ilində Cunud kənd səkkizillik məktəbinin birinci sinfinə qəbul edilmiş, 1972-1973-cü dərs ilində zehin cəhətdən zəif olması səbəbi ilə ikinci sinifdə oxuya bilmədiyi üçün məktəbdən uzaq edilmişdir. Arayış onun məktəbdəki sənədlərinə əsasən tərtib edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinənin verilməsi haqqında xx.xx.1993-cü il tarixli arayışdan görünür ki, 28 iyun 1965-ci il təvəllüdlü X11 ikinci dərəcə əlildir, əmək qabiliyyətsizdir, ona ümumi xəstəlik səbəbi ilə oliqofreniya, orta dərəcəli debillik səviyyəsi, emosional pozğunluq diaqnozu qoyulmuşdur. Dövlət Sosial Müdafiə Fondu tərəfindən verilmiş 09 aprel 2009-cu il tarixli, 1035 saylı vəsiqənin surətindən görünür ki, X7 09 aprel 1987-ci ildən etibarən “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq ikinci qrup əlilliyə və ailə başçısını itirməsinə görə müddətsiz olaraq 134,45 manat miqdarında pensiya təyin edilmişdir. Maraqlı şəxs Başçısının Aparatı tərəfindən Nümayəndə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, ona 28 iyun 1965-ci il təvəllüdlü X5 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi yanında Şəki Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2025-ci il tarixli arayışından və ambulator xəstənin 685/25 saylı tibbi vərəqindən görünür ki, Şəki rayonu, Cunud kəndində yaşayan 28 iyun 1965-ci il təvəllüdlü X11 həqiqətən də xx.xx.2025-ci il tarixdən orta dərəcəli əqli gerilik diaqnozu ilə Şəki Şəki Rayon Psixiatriya Xəstəxanasının dispanser müşahidəsinə götürülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 3792 saylı rəyindən görünür ki, 28 iyun 1965ci il təvəllüdlü X6 yüngül kəmağıllılıq (kəskin debillik dərəcəsində oliqrofenta) davranış pozuntuları ilə müəyyən edilir. X11 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X5 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. 26 aprel 1989-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə xx xxxx 1989-cu ildə Şəki rayonu, Cunud kəndində anadan olmuşdur. Atası qrafasında Ərizəçi, anası qrafasında isə X14 qeyd edilmişdir. 8 oktyabr 1972-ci il tarixli İ-ЖГ №-414958 seriya nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1955-ci ildə Şəki rayonu, Cunud kəndində anadan olmuşdur. Anası qrafasında X8 qeyd edilmişdir. 02 noyabr 1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X12 ürək-damar çatışmamazlığı səbəbi ilə 12 oktyabr 1998-ci ildə Şəki rayonu, Cunud kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 noyabr 1998-ci ildə 31 № ilə qeyd edilmişdir. 23 mart 2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 ürəyin işemik xəstəliyi səbəbi ilə 02 mart 2005-ci ildə Şəki rayonu, Cunud kəndində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 02 mart 2005-ci ildə 13 № ilə qeyd edilmişdir. xx.xx.2025-ci il tarixli ********** saylı ödəniş qəbzinin surətindən görünür ki, ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Göründüyü kimi X6 demensiya (ağıl zəifliyi) psixi xəstəliyi müəyyən edilir. X5 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin də müvafiq rəyi vardır. Ərizəçi X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 28 iyun 1965-ci il tarixdə Şəki rayonu, Cunud kəndində anadan olmuş, Şəki rayonu, Cunud kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 28 iyun 1965-ci il tarixdə Şəki rayonu, Cunud kəndində anadan olmuş, Şəki rayonu, Cunud kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X11 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-1310/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1310/2025
29.09.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver