Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1314/2022 19.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 12 sentyabr 2019-cu il tarixli, R126500 nömrəli akt əsasında hesablanmış 658.99 manat və 30 yanvar 2020-ci il tarixli, R166470 nömrəli akt əsasında hesablanmış 878.76 manat borun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 17-18 may 1992-ci il tarixində Laçın rayonunun işğal olunması ilə bağlı Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında məskunlaşmış, ən son Şəki rayonu ərazində Çələbixan qəsəbəsi yaxınlığında Dəmiryol vağzalının binalarından birində məskunlaşmışlar. Qeyd olunan ərazidə məskunlaşarkən Dəmiryol stansiyasının elektrik enerjisi xətlərindən istifadə etmişlər. Məcburi köçkün kimi elektrik enerjisi və digər komunal xidmətlərin xərclərindən azad edilmişlər və bundan "xxxx" ASC-nin ərazi üzrə bütün əməkdaşlarının xəbəri olmuşdur. 12 fevral 2019-cu il tarixdə "xxxx" ASC-nin əməkdaşları ona yaxınlaşaraq X2 ilə bağlı elektrik sayğacı qoymalı olduqlarını bildirmişlər. O, da onların tələbi ilə razılaşmışdır. "xxxx" ASC-nin əməkdaşları tərəfində elektrik sayğacı quraşdırılmışdır. Müəyyən müddət keçdikdən sonra "xxxx" ASCnin əməkdaşları sayğaca baxış keçirmiş, sayğacın yanması ilə bağlı akt tərtib etmişlər. Sayğacı yenisi ilə əvəz etmişlər. Yeni quraşdırılmış sayğac smart tipli olduğundan həmin karta ekeltrik enerjisindən istifadə ilə bağlı pul yükləndikdə və yüklənən pulun yarısı borc kimi çıxdıldıqda "xxxx" ASC-nin Şəki rayon Sahəsinə müraciət etdikdə barəsində 12 sentyabr 2019-cu il tarixli AKT R 126500 və 30 yanvar 2020-ci il tarixli AKT R 166470 nömrəli aktların yazıldığını bilmişdir. Sayğac quraşdırılan zamandan bu günədək hər bir vətəndaş kimi pulunu ödəyərək, X2 etmişdir. Sayğacda başvermiş yanmada heç bir günahı olmadığı halda "xxxx" ASC-nin əməkdaşları tərəfindən barəsində cərimənin tətbiq edilməsi anlaşılan deyildir. Bu səbəbdən də 12 sentyabr 2019-cu il tarixli AKT R 126500 saylı atk əsasında hesablanmış 658,99 manat və 30 yanvar 2020-ci il tarixli AKT R 166470 saylı akt əsasında hesablanmış 878,76 manat borcla razı deyil. "xxxx" ASC-yə müraciət etsə də nəticəsi olmamışdır. Bu səbəbdəndə hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sonradan iddiaçı, iddianın həcminin artırılması barədə ərizə təqdim edərək cavabdeh "xxxx" ASC tərəfindən yazılmış 20 fevral 2018-ci il tarixli, R090451 nömrəli akt əsasında hesablanmış 581.40 manat, 12 sentyabr 2019-cu il tarixli, R126500 nömrəli akt əsasında hesablanmış 658.99 manat və 30 yanvar 2020-ci il tarixli, R166470 nömrəli akt əsasında hesablanmış 878.76 manat olmaqla, cəmi 2119 manat borun hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın həcminin artırılması barədə ərizə məhkəmə tərəfindən qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, o, Dəmir yolu stansiyasınn Ambar binasında yaşayır. Sayğac onların yaşadığı binadan kənarda quraşdırılmış və onun ümumiyyətlə sayğac qoyulmasından xəbəri olmamışdır. Dəmiryol stansiyasının elektrik enerjisi xətlərindən istifadə etmişlər. Yazılan aktlar barədə məlumatı və borcunun olmasını yalnız smart tipli sayğac quraşdırıldıqdan sonra, yəni 2020-ci ildən sonra məlumatı olmuşdur. İddianın təmin olunaraq borcunun silinməsini məhkəmədən xahiş edir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində göstərmişdir ki, İddiaçı cavabdeh "Azərişıq” ASC-yə qarşı “xx.xx.2019-cu il tarixli R126500 saylı akt əsasında hesablanmış 658.99 manat və 30.01 2020-ci il tarixli R166470 saylı akt əsasında hesablanmış 878.76 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Çələbixan qəsəbəsində yaşadığı fərdi yaşayış evi “Azərişıq" ASC-nin enerji satış bazasında İddiaçı adına olmaqla **********00397 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2019-cu il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları İ.Bağırov və S.Xəlilov tərəfindən Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "X2 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin sayğacdan kənar xətt vasitəsilə birbaşa X2 etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydaları"nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2019-cu il tarixli, R126500 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2019-cu il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur xx.xx.2019-cu il tarixli, R126500 saylı akta əsasən “Azərişıq" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 60 gün üçün 0.07 manatla 600 kvt.s (dəyəri 42.00 manat) və 0 11 manatla 5609 kvt.s (dəyəri 616.99 manat) toplamda 658.99 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Təkrar olaraq xx.xx.2020-ci il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları V.Cəlilov və F.Cavadov tərəfindən Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına iddiaçının nümayəndəsi Kamil Şərifovun iştirakı ilə “X2 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin ünvanına quraşdırılmış elektrik sayğacının yanaraq sıradan çıxdığı və abonentin kənar xətt vasitəsilə bir başa X2 etdiyi aşkar edilmişdir. Tərtib edilmiş aktı iddiaçının nümayəndəsi Kamil Şərifov öz imzasıyla təsdiq etmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydaları”nın 8.17.1 bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2020-ci il tarixli, R166470 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2020-ci il tarixində Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yenisi ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı ******* saylı protokol tərtib olunmuşdur. xx.xx.2020-ci il tarixli, R166470 saylı akta əsasən “Azərişıq" ASC-nin Şimal-Qərb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan kənar xəttən keçən yükə uyğun 90 gün üçün 0.07 manatla 900 kvt.s (dəyəri 63.00 manat) və 0.11 manatla 7416 kvt.s (dəyəri 815.76 manat) toplamda 878.76 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır Müəyyən edilmiş qüsurların xarakteri təsadüfi olmamış, iddiaçını faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləğ istehlak etdiyi lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Göstərmişdir ki, iddiaçının “abunə haqqında" məlumatına nəzər saldıqda açıq-aşkar görünür ki, abonent iddia ərizəsində qeyd etdiyi kimi həmin ünvanda mütəmadi yaşamış, X2 etmiş, lakin heç bir sərfiyyatı olmamışdır. İddiaçı iddia ərizəsində “X2 Qatdalarf’nın 8.33-cü bəndinə istinad etmişdir. Qeyd etməyi zəruri hesab edirəm ki, "X2 Qatdaları”nın 8.33-cü bəndi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli 155 saylı qərarı ilə ləğv edilmişdir. “EEİQ"-nın 8.17-1. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1 -ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. “EEİQ''-nın 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır, istehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrim təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Həmin qaydaların 7.11 -ci bəndinin tələbinə görə "...Mənzildə, yaxud xüsusi yaşayış evində quraşdırılmış hesablaşma elektrik sayğacının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanmasına görə mənzil (xüsusi yaşayış evinin) mülkiyyətçisi cavabdehlik daşıyır”. Bildirmişdir ki, İddiaçı tərtib olunmuş xx.xx.2019-cu il tarixli, R126500 saylı akta əsasən tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə 2022-ci ilin may ayında məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia ərizəsi üzrə iddia müddəti ötmüş borc tələbi 658,99 manat təşkil edir kı, həmin məbləğ üç illik müddət tətbiq edilməklə rədd edilməlidir. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra -Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı ış üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovskı Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyun 2013-cü il tarixli qərarına əsasən, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Bu səbəbdən, İddiaçı yaşadığı Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2019-cu il tarixli, R126500 saylı və 30 01 2020-ci il tarixli, R166470 saylı aktlar “EElQ”-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin aktlara müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2019-cu il tarixli R126500 saylı akt əsasında hesablanmış 658.99 manat və xx.xx.2020-ci il tarixli R166470 saylı akt əsasında hesablanmış 878.76 manat borcun hesabından silinməsi” tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa cavabdeh 19 iyul 2022-ci il tarixdə məhkəməyə etiraz ərizəsinə əlavə ünvanlayaraq göstərmişdir ki, İddiaçı cavabdeh "Azərişıq” ASC-yə qarşı “xx.xx.2019-cu il tarixli R126500 saylı akt əsasında hesablanmış 658.99 manat, 30.01 2020-ci il tarixli R166470 saylı akt əsasında hesablanmış 878.76 manat və iddia həcminin artırılmasına dair ərizəsinə əsasən xx.xx.2018-ci il tarixli R090451 saylı akt əsasında hesablanmış 581.40 manat borcun hesabından silinməsi”nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Hesab edir ki, iddiaçının iddia tələbi əsassızdır və buna görə də rədd olunmalıdır. Belə ki, iddiaçının iddianın həcminin artırılmasına dair ərizəsinə əsasən bildirmişdir ki, xx.xx.2018-ci il tarixdə “Azərişıq" ASC-nin əməkdaşları İ.Bağırov və S.Xəlilov tərəfindən Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən İddiaçı yaşadığı fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına “X2 Qaydaları”na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin elektrik enerjisindən elektrik sayğacı olmadan bir başa qoşularaq istifadə etdiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ilə əlaqədar “X2 Qaydaları”nın 8.32ci bəndinin tələbinə uyğun olaraq yuxarıda adları qeyd olunan əməkdaşlar tərəfindən xx.xx.2018-ci il tarixli, R090451 saylı akt tərtib olunmuşdur. xx.xx.2018-ci il tarixli, R090451 saylı akta əsasən “Azərişıq" ASC-nin Şimal-Qərb RETSl-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə elektrik sayğacından kənar xəttən keçən yükə uyğun 6 ay üçün 0.07 manatla 1800 kvt.s (dəyəri 126.00 manat) və 0.11 manatla 4140 kvt.s (dəyəri 455.40 manat) toplamda 581.40 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Göstərmişdir ki, İddiaçı tərtib olunmuş xx.xx.2018-ci il tarixli, R090451 saylı akta əsasən tələb etmə üzrə iddia müddəti başa çatmış və iddiaçı iddia müddətini ötürməklə 2022-ci ilin iyul ayında məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia ərizəsi üzrə iddia müddəti ötmüş borc tələbi 581,40 manat təşkil edir ki, həmin məbləğ üç illik müddət tətbiq edilməklə rədd edilməlidir. Mülki dövriyyənin sabitliyinin qorunması tərəflərin əsaslandırılmış tələblərinin məhkəmə qaydasında həll edilməsinin müəyyənləşdirilməsi ilə yanaşı, həmçinin hüquqi tənzimetməyə şəxsin hüququnun pozulduğunu bilməsindən xeyli müddət keçdikdən sonra onun müdafiəsi üçün məhkəməyə müraciət etdikdə, qarşı tərəfə mübahisənin mahiyyəti üzrə baxılmamasını tələb etmək imkanı verən maddi hüquq normalarının daxil edilməsidir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 373.3-ci maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra -Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları). Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 3 iyun 2013- cü il tärixli qərarına əsasən, müqavilə tələbləri və vaxtaşırı icra edilməli öhdəliklərdən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373 2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Hesab edir ki, İddiaçı yaşadığı Şəki rayonu Çələbixan qəsəbəsində yerləşən fərdi yaşayış evinə tərtib edilmiş xx.xx.2018-ci il tarixli, R090451 saylı akt “EEİQ"-nın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna görə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesab|anmış məbləğ enerjitəchizatı müəssisəsinə ödənilməlidir. İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “xx.xx.2019-cu il tarixli R126500 saylı akt əsasında hesablanmış 658 99 manat, 30 01 2020-ci il tarixli R166470 saylı akt əsasında hesablanmış 878 76 manat və iddia həcminin artırılmasına dair ərizəsinə əsasən xx.xx.2018-ci il tarixli R090451 saylı akt əsasında hesablanmış 581.40 manat borcun hesabından silinməsi" tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddia ərizəsində, eyni zamanda iddia tələbinin həcminin artırılması barədə ərizədə R126500 nömrəli aktın tarixi “12 fevral 2019” əvəzinə “12 sentyabr 2019” kimi yazılmışdır. Lakin məhkəmə iclaslarında iddiaçı, sözügedən aktın tarixini 12 fevral 2019 kimi qeyd etmişdir. Ona görə də məhkəmə, bunu mexaniki səhv kimi qəbul edir. Məhkəmə, bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğundan təmin edilməlidir. Abunə haqqında məlumatdan görünür ki, X1 EŞ-nin enerji satış bazasında **********00397 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. 30 yanvar 2020-ci il tarixli, R166470 nömrəli aktın surətindən görünür ki, "xxxx" ASCnin əmkdaşları tərəfindən İddiaçı ünvanında quraşdırılmış elektrik sayğacına baxış keçirilən zaman sayğacın yanaraq sıradan çıxması, istehlakçının elektrik enerjisindən sayğacsız istifadə etməsi müəyyən olunmuşdur. Şimal-Qərb RETSİ-nin Alt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş 27 fevral 2020-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə 166470 nömrəli akt əsasında iddiaçıya ümumilikdə dəyəri 878.76 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. 12 fevral 2019-cu il tarixli, R126500 nömrəli aktın surətindən görünür ki, "xxxx" ASCnin əmkdaşları tərəfindən uçot dəstinə baxış keçirilən zamanı istehlakçı İddiaçı tərəfindən elektrik enerjisindən sayğacsız istifadə edildiyi müəyyən olunmuşdur. Şimal-Qərb RETSİ-nin Alt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş 11 mart 2019-cu il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə 126500 nömrəli akt əsasında iddiaçıya ümumilikdə dəyəri 658.99 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. 14 fevral 2018-ci il tarixli, R090451 nömrəli aktın surətindən görünür ki, "xxxx" ASCnin əmkdaşları tərəfindən uçot dəstinə baxış keçirilən zamanı istehlakçı İddiaçı tərəfindən elektrik enerjisindən sayğacsız istifadə edildiyi müəyyən olunmuşdur. Şimal-Qərb RETSİ-nin Alt Komissiyasının sədri R.M.Əfəndiyev tərəfindən təsdiq edilmiş 19 fevral 2018-ci il tarixli əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, itirilmiş enerjinin bərpası məqsədilə 090451 nömrəli akt əsasında iddiaçıya ümumilikdə dəyəri 581.40 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”na 06 yanvar 2010-cu il tarixdə 3 nömrəli qərarla təsdiq edilmiş 2.4.2-ci əlavədə göstərilir ki, “Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qaydalarının” 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və s. Qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. Həmin Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğacla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qaydalarının 7.11-ci bəndində deyilir ki, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Həmin qaydaların 8.32-ci bəndinə əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X2 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikası Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində eletrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Bundan başqa, həmin Qaydaların 8.33-cü maddəsində deyilir ki, məişət abonenti tərəfindən X2də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Qeyd olunan normalardan görünür ki, ilk növbədə enerjitəchizatı idarəsinin nümayəndəsi X2yə məişət abonenti tərəfindən pozuntuya yol verdiyini aşkar etməli, daha sonra bu pozuntuya dair aktı iki nəfər hal şahidinin və abonentin iştirakı ilə tərtib etməlidir. Qeyd olunan normadan görünür ki, hazırki vəziyyətdə elektrik sayğacının qorunması və işçi vəziyyətdə saxlanılmasına abonent deyil enerjitəhcizat müəssisəsi cavabdehlik daşımalıdır. Müəyyən olunmuşdur ki, mübahisə predmeti olan aktlarda elektrik enerjisindən sayğacdan kənar istifadə edilməsi, həmçinin sayğacın yanaraq sıradan çıxdığı yazılsa da, sayğaca abonent tərəfindən müdaxilə edilməsi aşkar edilməmişdir. İddiaçının elektrik enerjisinin sayğacına hər hansı müdaxilənin olması sübuta yetirilməmişdir. Buna görə də, iddia təmin edilməlidir. Həmçinin müəyyən olunmuşdur ki, İddiaçı ünvanına qoyulmuş işıq sayğacı onun yaşayış sahəsindən çöl tərəfdə quraşdırılmışdır. Yaşayış sahəsinə qoyulmuş işıq sayğacının işlək vəziyyətdə saxlanılmasına görə iddiaçı cavabdehlik daşımır. Belə ki, işıq sayğacına cavabdehlik fiziki şəxs olan istehlakçıya münasibətdə enerji paylayıcısının hesabına həyata keçirilməlidir. İşin müəyyən edilmiş hаllаrındаn göründüyü kimi, iddiaçı tərəfindən sаyğаcа hər hаnsı müdаxilə edilməsi, iddiаçının təqsirli hərəkət və hərəkətsizliyi nəticəsində sаyğаcın zədələnməsi, sayğacdan kənar X2 etməsi müəyyən edilmədiyi halda iddiаçıya əsаssız olаrаq ümumilikdə 2119 manat məbləğində borc hesablanmışdır. Eyni zamanda cavabdeh "xxxx" ASC etiraz ərizəsində xx.xx.2019 və xx.xx.2018-ci il tarixli aktlar üzrə iddia müddəti ötürüldüyündən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 374.1-ci maddəsinə əsasən əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 374.2-ci maddəsinə əsasən iddia müddətləri axımının dayandırılması və kəsilməsi əsasları bu Məcəllə ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə cavabdehin üç illik iddia müddətinin tətbiq edilməsinə dair tələbinə münasibətdə qeyd edir ki, xx.xx.2019 və xx.xx.2018-ci il tarixlərində "xxxx" ASC-nin Şəki EŞ-nin əməkdaşları tərəfindən iddiaçının yaşadığı yerdə X2 qaydalarına riayət edilməsinin yoxlanılması məqsədi ilə baxış keçirilmiş, həmin vaxt iddiaçının sayğacdan kənar xətt vasitəsi ilə X2 etməsi müəyyən edilmişdir. Lakin hər iki aktın tərtibində iddiaçının iştirakı təmin edilməməklə yanaşı onun nüsxəsinin iddiaçıya verilməsinə dair cavabdehin nümayəndələri tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmiş, iddiaçı isə məhkəmə iclasında akt və akt əsasında hesablanmış borc barəsində məlumatın 2020-ci ildə əldə edildiyini bildirmişdir. Lakin cavabdeh qeyd edilən aktların iddiaçıya daha əvvəl təqdim edilməsi ilə bağlı hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Bundan başqa etiraz ərizəsində qüsur aşkar olunduqdan sonra abonentə 126500 nömrəli akt əsasında 658.99 manat, 090451 nömrəli akt əsasında 581.40 manat məbləğində hesabat aparılması göstərilmişdir. Lakin itirilmiş enerjinin bərpası üçün müəyyən olunan məbləğin məhz göstərilən qədər olması əsaslandırılmır, faktiki olaraq cərimə kimi qiymətləndirilir və məhkəmə də bunu cərimə kimi qəbul edir. Buna görə də iddiaçıya hesablanan itirilmiş enerjinin bərpasına dair məbləğlər əsaslı olması sübuta yetirilmədiyindən, faktiki olaraq cərimə kimi qəbul olunmalı, həmin məbləğlərin silinməsinə dair üç illik iddia müddəti də tətbiq olunmamlıdır. Belə ki, MM-nin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddiaçıya yazılan məbləğlər müqavilə tələblərindən irəli gəlməsinə dair sübutlar təqdim olunmur, vaxtaşırı icra olunmalı öhdəliklərdən irəli gələn tələblərə aid edilmir və bu səbəbdən də on illik ümumi iddia müddəti tətbiq olunmalıdır. Belə olan halda isə müəyyən olunur ki, iddiaçı iddia müddətini ötürməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilərək "xxxx" ASC-nin əməkdaşlarının İddiaçı abonent koduna itirilmiş elektrik enerjisinin bərpası olaraq yazılmış 2119 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mübahisə sübutetmə yükü ilə bağlı olduğundan, bu məsələyə dair İnsan hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsi də mühüm əhəmiyyət kəsb edir. Belə ki, Mahmudov Rusiyaya qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında həmin məhkəmə xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm-mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda, Qavazov Bolqarıstana qarşı iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi mövqeyini ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq, «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§ 93). Məhkəmə hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstərcisi olduğunu nəzərə alaraq, bu institut xüsusi əhəmiyyət kəsb edir. Avropa Məhkəməsinin istifadə etdiyi standart və prinsipləri, habelə məhkəmənin mülki prosessual qanunvericilikdən (MPM-in 14.2 və 77.1-ci maddələri) irəli gələn statusunun hazırkı işə tətbiqi baxımından görünür ki, cavabdeh qaz sayğacına məhz iddiaçı tərəfindən müdaxilə olunmasını kifayətedici aydınlıqla sübut edə bilməmiş, bu barədə hər hansı mötəbər sübutlar təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir Həmin Məcəllənin 560.2-ci maddəsinə görə hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.3-cü maddəsinə görə, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, "xxxx" ASC tərəfindən İddiaçı abonent koduna itirilmiş elektrik enerjisinin bərpası olaraq yazılmış ümumilikdə 2119 manat məbləğində borc silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307-311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış AR 126500 nömrəli akt üzrə 658.99 manat, R 090451 nömrəli akt üzrə 581,40 manat, R 166470 nömrəli akt üzrə 878.76 manat olmaqla, ümumilikdə 2119 manat məbləğində borc İddiaçı hesabından silinsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 41,19 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1314/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1314/2022
19.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver