Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1314/2024 27.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, APPLE Adapter üçün 20.96 (iyirmi manat doxsan altı qəpik) manat ödənilməmiş hissə, 2.04 (iki manat dörd qəpik) manat cərimə; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MODEM TP-LİNK üçün 36 (otuz altı) manat ödənilməmiş hissə, 3 (üç) manat cərimə olmaqla, ümumilikdə 62 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-nin hesabına ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 15 aprel 2024-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin icraatına daxil olmuş, tərəflərə rəsmi qaydada bildiriş göndərilmiş və cavabdehə qanunla müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz göndərmək hüququ izah edilmişdir. Lakin 25 aprel 2024-cü il tarixdə "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə məhkəmə elektron qaydada ərizə göndərərək borclunun müqavilə üzrə borc öhdəliyini yerinə yetirdiyini, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin dövlət rüsumu ilə birlikdə geri qaytarılmasını xahiş etmişdir. Bu səbəbdən Şəki Rayon Məhkəməsinin 26 aprel 2024-cü il tarixli qərardadı ilə iş iddia icraatına keçirilmiş və mülki işin məhkəmə hazırlıq iclası bu günə, yəni 27 may 2024-cü il tarixə, saat 15:00-a təyin edilmişdir. Cavabdehməhkəmə iclasına gəlməməklə iddia ərizəsinin geri qaytarılmasına etirazının olmadığını nümayiş etdirmişdir. İddiaçı "xxxx" MMC-nin nümayəndəsinin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPMnin) 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməli, iddianın qaldırılması üçün iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddianın qaldırılması üçün iddiaçı "xxxx" MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı "xxxx" MMC-yə yenidən məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Ceyhun Əhmədov
Məhkəmə qərarları › İş №e-2(075)-1314/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1314/2024
27.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver