Məhkəmə qərarları › İş №e-2(075)-1320/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1320/2025

24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1320/2025 24.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi ilə İddiaçı “Azsığorta» ASC-nin Cavabdeh qarşı «subroqasiya tələbi üzrə vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi İddia tələbinin dəlilləri : İddiаçı «Azsığorta” Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1.500 (bir min beş yüz) manat məbləğində əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 35,40 (otuz beş manat qırx qəpik) manat olmaqla, ümumilikdə 1.535,40 (bir min beş yüz otuz beş manat qırx qəpik) məbləğində pul vəsaitinin iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2017-ci il tarixində İddiaçı ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta” üzrə sığorta təminatı almış “Chevrolet Niva” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Əhmədov Elçin Oktay oğlunun yol nəqliyyat hadisəsi törətməsi nəticəsində sərnişin X19 az ağır xəsarət almışdır. Həmçinin Şəki ŞRPŞ tərəfindən tərtib olunmuş “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə ARAYİŞ” (Forma 4)-də göstərilir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi zaman avtomobili idarə edən Əhmədov Elçin Oktay oğlu sərxoş olmuşdur. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Chevrolet Niva” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əhmədov Elçin Oktay oğlu hadisə yerində vəfat etmişdir. Şəki Şəhər-Rayon PŞ-nin İstintaq Bölməsinin xx.xx.2019-cu il tarixli, “cinayət işinin xitam edilməsi haqqında” Qərarından görünür ki, Əhmədov Elçin Oktay oğlunun barəsində olan ********* saylı cinayət işi xitam edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il 497 nömrəli rəyinə əsasən, “Chevrolet Niva” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əhmədov Elçin Oktay oğlunun hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X39 Oktay oğlu avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Hadisəsi nəticəsində X13 yol nəqliyyat hadisəsi nəticəsində aldığı az ağır xəsarətə görə 1.500 (bir min beş yüz) manat məbləğində sığorta ödənişi İddiaçı ASC tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Elektron notariat” informasiya sistemindəki araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mərhum E.Əhmədov barəsində xx.xx.2019-cu il tarixində Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisində vərəsəlik işi açılmışdır. Sözügedən vərəsəlik işi üzrə Cavabdeh xx.xx.2019-cu ildə həmin notariat ofisində vərəsəlik üzrə şəhadətnamə təqdim olunmuşdur. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı «Azsığorta” ASC xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərində məhkəməyə elektron ərizə ünvanlayaraq bütün məhkəmə iclaslarının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda iddiaçının nümayəndəsi X23 məhkəmə iclaslarında iştirak edərək, iddianı müdafiə etmiş, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında çıxış edərək iddianı qəbul etdiyini, borcu hissə-hissə ödəyə biləcəyini bildirmiş, iddianı qəbil etməsinə dair məhkəməyə ərizə təqdim etmiş, növbəti məhkəmə iclaslarının iştirakı olmadan keçirilməsini və qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə tərəflərin Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: İş materiallarına əlavə edilməklə məhkəmə iclasında tədqiq edilmiş; Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin 26 noyabr 2018-ci il tarixli, cinayət işini başlama və icraata qəbul etmə haqqında qərarından aydın olur ki, hadisə yerinin müayinəsi protokolundan və iş üzrə toplanmış materialdan göründüyü üzrə X39 Oktay oğlu xx.xx.2018-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Chevrolet Niva” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəki Rayonu Sarıca kəndi istiqamətindən Bolludərə kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək idarə etdiyi avtomaşını yolun kənarına çıxararaq aşırmış, nəticədə özü hadisə yerində ölmüş, avtomaşında olan sərnişinlər X9, X17, X10, X19 və X20 müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Toplanmış materialda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin tərkib əlamətləri olduğundan fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ********* № li cinayət işinin başlanılması və icraata qəbul edilərək ibtidai istintaq aparılması qərara alınmışdır. Şəki ŞRPŞ-nin İstintaq Bölməsinin müstəntiqi, polis baş leytenantı Ayaz Bayramovun xx.xx.2018-ci il tarixdə təqdim etdiyi raportda göstərilir ki, 26 noyabr 2018-ci il tarixdə Şəki MRX-nin 112 xidmətindən Şəki ŞRPŞ-nə Bolludərə kəndi ərazisində yol nəqliyyat hadisəsinin baş verməsi və bir neçə nəfərin xəsarət alması barədə məlumat daxil olmuşdur. Hadisə yerinə baxış keçirilmiş, baxış zamanı aydın olmuşdur ki, X39 Oktay oğlu xx.xx.2018-ci il tarixdə saat 18 radələrində idarə etdiyi “Chevrolet Niva” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şəki Rayonu Sarıca kəndi istiqamətindən Bolludərə kəndi istiqamətində hərəkətdə olarkən idarəetməni itirərək idarə etdiyi avtomaşını yolun kənarına çıxararaq aşırmış, nəticədə özü hadisə yerində ölmüş, avtomaşında olan sərnişinlər X9 “boynun və sağ bud çanaq oynağının qapalı travması”, X17 “qarının qapalı travması”, X10, “burunun cüt travması”, X19 “sol ayağın sıyrıntıları” və X20 “sağ qabırğaltı nahiyyəsinin cüt travması” xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına müraciət etmişlər. Şəki Şəhər-Rayon PŞ-nin İstintaq Bölməsinin xx.xx.2019-cu il tarixli, “cinayət işinin xitam edilməsi haqqında” Qərarından görünür ki, Əhmədov Elçin Oktay oğlunun barəsində olan ********* saylı cinayət işi xitam edilmişdir. xx.xx.2019-cu il tarixli, 978489 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, Əhmədov Elçin Oktay oğlu xx.xx.2018-ci ildə ölmüşdür. Reyestrdə 712623 nömrəsi ilə qeyd edilmiş 17 dekabr 2017-ci il tarixli etibarnamənin surətindən görünür ki, X7 AA seriyalı, 119610 nömrəli şəhadətnamə əsasında ona məxsus olan “Chevrolet Niva” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı minik avtomobilini 17 dekabr 2018-ci il tarixinədək nəqliyyat vasitəsini sürücülük hüququ olduqda idarə etməyi Əhmədov Elçin Oktay oğluna etibar etmişdir. 18 mart 2019-cu il tarixli avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın surətindən görünür ki, xx.xx.2018-cü il tarixində, saat 15-də Şəki rayonu, Bolludərə kəndi ərazisində Əhmədov Elçin Oktay oğlu tərəfindən idarə edilən ”Chevrolet Niva” minik markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi törətmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 yanvar 2019-cu il tarixli, 497 № li rəyindən görünür ki, “Chevrolet Niva” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əhmədov Elçin Oktay oğlunun hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X39 Oktay oğlu avtomobili sərxoş vəziyyətdə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur Məhkəmə tibbi-ekspertizasının 26 noyabr 2018-ci il tarixli, 48 nömrəli rəyində göstərilmişdir ki, Əhmədov Elçin Oktay oğlunun meyitinin məhkəmə tibbi-ekspertizası zamanın aşkar edilmişdir ki: həyatla bir araya sığmayan travma, açıq kəllə beyin travması, alın nahiyyəsinin əzilmiş-cırılmış yarası, kəllə tağı, kələ əsası və üz sklet sümüklərinin çox saylı, basılmış, dağılmış sınıqları, baş beyin maddəsinin və baş beyin qişalarının əzilib dağılması. Əhmədov Elçin Oktay oğlunun meyitində aşkar edilmiş xsarətlər həyatidir, ölümündən az əvvəl bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi mümkündür. Əhmədov Elçin Oktay oğlunun ölümünə səbəb açıq kəllə beyin travması, baş beyinin və qişalarının ağır dərəcəli əzilib-dağılması olmuşdur. Dərəcəsinə görə ölümünə səbəb olduğundan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmanın əlamətlərinə malıkdirlər və ölüm meyitinin məhkəmə tibbi-ekspertizasından 2-3 saat əvvəl baş vermişdir. Əhmədov Elçin Oktay oğlunun meyiti üzərində qarşılıqlı mübarizə və özünü müdafiə xarakterli xəsarətlər aşkar edilməmişdir. Əhmədov Elçin Oktay oğlunun meyitindən götürülmüş qanda məhkəməkimya təhqiqatı nəticəsində 1,2% qatılığında etil spirti aşkar edilmişdir ki, bu da canlı şəxslərdə yüngül dərəcəli alkohol sərxoşluğu kimi qiymətləndirilir, narkotik maddə aşkar edilməmişdir. X39 Oktay oğlu avtomobili sərxoş vəziyyətdə idarə etmişdir. Eyni zamanda, mövcud şəraitdə hərəkətin təhlükəsizliyinin təmin olunması və hadisənin qarşısının alınması məqsədilə hadisə vaxtı sürücü E.Əhmədov “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini rəhbər tutaraq diqqətini daim dəyişən yol şəraitindən və avtomobilindən ayırmamalı, yol şəraitinə uyğun sürətlə hərəkət etməli və avtomobilin idarə olunmaz vəziyyətə düşməsinə, yoldan çıxaraq aşmasına səbəb olan təhlükəsizlıiyi təmin etməyən hərəkətlərə yol verməməli idi. Lakin istintaqın qərarında da göstərildiyi kimi, mövcud şəraitdə hadisənin baş verməsi sürücü E.Əhmədovun hərəkət təhlükəsizliyini təmin etməyən öz idarə etmə hərəkətləri ilə bağlı olmuşdur. Beləliklə, Chevrolet Niva” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Əhmədov Elçin Oktay oğlunun hərəkətlərində tədqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla, hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Əlavə məhkəmə tibbi-ekspertizasının 736/2 nömrəli xx.xx.2019-cu ul tarixli rəyində göstərilmişdir ki, zərərçəkmiş şəxs 1992-ci il təvəllüdlü X11 məhkəmə-tibbi ekspertizası zamanı sol bazu sümüyünün köhnə sınığından sonrakı vəziyyət, sol körpücük akrominal birləşməsinin çıxığı xəsarətləri aşkar olunmuşdur. Həmin xəsarətlər bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti zərərçəkənin tibb müəssisəsinə müraciət etdiyi vaxtdan bir qədər əvvəl olmaqla qərarda göstərilən xx.xx.2018-ci il tarixə uyğundur, xəsarətin yol nəqliyyat hadisəsi zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətli pozulmasına səbəb olan az ağır zərər vurmaya aiddir. «Azsğorta” ASC ilə X7 arasında bağlanmış xx.xx.2017-ci il tarixli sığorta müqaviləsi göstərir ki, ona məxsus “Chevrolet Niva” markalı, **-MG-*** dövlət qeydiyyat nişanlı minik avtomobili “Azsığorta» ASC-də xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilə qədər “əmlaka vurulan zərərə görə 5000 manat, sağlamlığa vurulan zərərə görə bir şəxs üçün 5000 manat və bir hadisə üçün 50000 manat məbləğində olmaqla sığortalanmışdır. xx.xx.2019-cu il tarixli, 1136/CML 0762/2019 nömrəli sığorta aktından görünür ki, «Azsığorta” ASC-də 5000 manat dəyərində sığortalanmış “Chevrolet Niva” markalı, **-MG- *** dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2018-ci il tarixdə yol nəqliyyat hadisəsi törətməsi nəticəsində zərərçəkmiş şəxs X2 vurulan az ağır xəsarətə görə sığorta məbləğinin 30%-i olaraq hesablanmaqla, 1500 manat sığorta ödənişi verilmişdir. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından da aydın olur ki, X2 vurulan az ağır xəsarətə görə sığorta məbləğinin 30%-i olaraq hesablanmaqla, 1500 manat sığorta ödənişi “Azsığorta ASC” tərəfindən X11 hesabına köçürülmüşdür. “Aqrolizinq ASC” ilə Əhmədov Elçin Oktay oğluarasında bağlanmış xx.xx.2015-ci il tarixli №2547-GL/15 nömrəli lizinq müqaviləsinə əsasən ban nömrəsi 0005830, mühərrikin nömrəsi D243 №909643 və buraxılış ili 2015 olan “Traktor MTZ-82.1” markalı, AZ 90-TT- 997 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi “Aqrolizinq ASC” tərəfindən Əhmədov Elçin Oktay oğluna lizinqə verilmişdir. Ban nömrəsi 0005830, mühərrikin nömrəsi D243 №909643 və buraxılış ili 2015 olan “Traktor MTZ-82.1” markalı, AZ 90-TT- 997 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin təsdiq edilmiş surətindən də görünür ki sözügedən traktor xx.xx.2015-ci ildə Şəki rayonu, Bolludərə kənd sakini Əhmədov Elçin Oktay oğluna lizinqə verilmişdir. Əhmədov Elçin Oktay oğlunun qardaşı Cavabdeh X45 Xidmət Mərkəzində Notariat Ofisinə xx.xx.2019-cu il tarixdə ərizə ünvanlayaraq bildirmişdir ki, Əhmədov Elçin Oktay oğlu xx.xx.2018-ci il tarixdə ölmüşdür. Onun Cavabdeh başqa vərəsələri arvadı X17, atası Əhmədov Oktay Əhməd oğlu, anası X14 və bacısı X8r. Göstərilən miras əmlaka qanun üzrə (vəsiyyətnamə məcburi paya) vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Əhmədov Elçin Oktay oğlunun arvadı X12 təqdim edilmiş vərəsəlik haqqında arayışda bildirilmişdir ki, onun xx.xx.2018-ci il tarixdə vəfat etmiş əri Əhmədov Elçin Oktay oğlu öldüyü günədək Şəki Şəhəri Bolludərə kəndində yaşamışdır. X41 Oktay oğlunun vəfat etdiyi günədək onunla birlikdə (və ya mirasın tərkibinə daxil olan əmlakda) qeydiyyatda olan və ya yaşayan varisləri arvadı X18, qızı X20, oğulları X24 və X25r. Əhmədov Elçin Oktay oğlunun arvadı X5 Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə xx.xx.2019-cu ildə ünvanladığı ərizədə yazıb bildirmişdir ki, əri Əhmədov Elçin Oktay oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mirasın onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Ərinin ölümündən sonra ona çatası mirası, yəni AZ **-TT-*** qeydiyyat nişanlı traktor belarusdan ona düşən payı qəbul etməmişdir və qəbul etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. Əhmədov Elçin Oktay oğlunun anası X3 Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə xx.xx.2019-cu ildə ünvanladığı ərizədə yazıb bildirmişdir ki, oğlu Əhmədov Elçin Oktay oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mirasın onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Oğlunun ölümündən sonra ona çatası mirası, yəni AZ **-TT-*** qeydiyyat nişanlı traktor belarusdan ona düşən payı qəbul etməmişdir və qəbul etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. Əhmədov Elçin Oktay oğlunun atası X6 Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə xx.xx.2019-cu ildə ünvanladığı ərizədə yazıb bildirmişdir ki, oğlu Əhmədov Elçin Oktay oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mirasın onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Oğlunun ölümündən sonra ona çatası mirası, yəni AZ **-TT-*** qeydiyyat nişanlı traktor belarusdan ona düşən payı qəbul etməmişdir və qəbul etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. Əhmədov Elçin Oktay oğlunun bacısı X4 Regional Asan Xidmət Mərkəzində Notariat Ofisinə xx.xx.2019-cu ildə ünvanladığı ərizədə yazıb bildirmişdir ki, qardaşı Əhmədov Elçin Oktay oğlu xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Mirasın onun tərəfindən qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət ötürülmüşdür. Qardaşının ölümündən sonra ona çatası mirası, yəni AZ **-TT-*** qeydiyyat nişanlı traktor belarusdan ona düşən payı qəbul etməmişdir və qəbul etmir. Gələcəkdə bununla bağlı heç bir iddiası olmayacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən «Azsığorta” ASC-nin xx.xx.2024-cü il tarixli, 2193 nömrəli sorğusuna cavab olaraq göndərilmiş məktubda qeyd edilmişdir ki, “Elektron notariat” informasiya sistemindəki araşdırma nəticəsində müəyyən olunmuşdur ki, mərhum E.Əhmədov barəsində xx.xx.2019-cu il tarixdə Şəki Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisində vərəsəlik işi açılmışdır. Sözügedən vərəsəlik işi üzrə xx.xx.2019-cu ildə Cavabdeh həmin notariat ofisində vərəsəlik üzrə şəhadətnamə təqdim olunmuşdur. xx.xx.2019-cu il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədə qeyd edilmişdir ki, xx.xx.2018-ci il tarixdə ölmüş Əhmədov Elçin Oktay oğlunun vərəsəsi Cavabdeh miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak “Aqrolizinq ASC” tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, 027315 nömrəli qeydiyyat şəhadətnaməsinə əsasən ban nömrəsi 0005830, mühərrikin nömrəsi 0243 №909643 və buraxılış ili 2015 olan “Traktor MTZ-82.1” markalı, AZ 90T997 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi “Aqrolizinq ASC-nin xx.xx.2015-ci il tarixli №2547-GL/15 nömrəli müqaviləsinə əsasən traktorun istifadə hüququndan ibarətdir. Tətbiq edilən hüquq “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinə əsasən, yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. 81-ci maddəsinə əsasən, bu Qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır 925.1-ci maddəsinə əsasən Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. 925.2-ci maddəsinə əsasən Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. 925.3-cü maddəsinə əsasən Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. 925.4-cü maddəsinə əsasən Sığorta hadisəsinin araşdırılması və zərərin qiymətləndirilməsi üçün təyin olunan müstəqil ekspertlər və sığorta sahəsində yardımçı fəaliyyət göstərən şəxslər bununla bağlı sığortaçının malik olduğu bütün hüquqlardan istifadə edə bilərlər. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər. 926.1-ci maddəsinə əsasən, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 936.2-ci maddəsinin tələblərinə əsasən, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin maddi hüquq normasının mənasına görə, sığorta məbləğini sığortalıya ödəmiş sığortaçı «Azsığorta” ASC sığorta hadisəsinin törədilməsində təqsirli şəxsdən ödənilmiş məbləğini tələb etməyə haqlıdır. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 37.1-ci maddəsinə əsasən Sığortalının təqsirkar şəxsə zərərin əvəzini ödəmək tələbi hüququ (iddiası) əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya reqres qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari sığortaların əsas prinsiplərindən biri də sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır. 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. 25.1.2-ci maddəsinə əsasən sığortalanmış avtonəqliyyat vasitəsini idarə edən şəxsin hadisə anında sərxoş vəziyyətdə olması müəyyən edilərsə, sığortaçıda subroqasiya hüququ yaranır. 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır Məhkəmənin mövqeyi Məhkəmə mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Məhkəmə işin hallarını hərtərəfli araşdıraraq və təqdim olunmuş sübutları dəyərləndirərək müəyyən etmişdir ki, Əhmədov Elçin Oktay oğlu 26 noyabr 2018-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi, "xxxx" ASC-də icbari qaydada sığortalanmış “Chevrolet Niva” markalı, ** MG *** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə etmiş və yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Hadisə nəticəsində sürücü - Əhmədov Elçin Oktay oğlu hadisə yerində vəfat etmiş, nəqliyyat vasitəsində sərnişin qismində olan şəxslər, o cümlədən X19 isə müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. X1 vurulmuş sağlamlığa zərərə görə "xxxx" ASC tərəfindən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq az ağır xəsarət kateqoriyası üzrə nəzərdə tutulan sığorta ödənişinin 30 faizi həcmində – 1500 (min beş yüz) manat məbləğində sığorta kompensasiyası ödənilmişdir. Araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, sığorta hadisəsinin birbaşa baş vermə səbəbi nəqliyyat vasitəsinin sürücüsü – X41 Oktay oğlunun qanunvericiliklə qadağan olunmuş – sərxoş vəziyyətdə avtomobil idarə etməsi olmuşdur. Bu fakt hadisənin baş verdiyi tarixdə tərtib olunmuş protokollar, şahid ifadələri, ekspertiza rəyləri və digər sübutlarla yanaşı, həmçinin Əhmədov Elçin Oktay oğlu barəsində başlanmış cinayət işi üzrə toplanmış materiallarla da təsdiqlənmişdir. Qeyd olunan hallar əsasında X41 Oktay oğlu sığorta hadisəsinin baş verməsində təqsirli şəxs kimi qiymətləndirilməlidir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə olunması sığorta ödənişinin sığortaçı tərəfindən geri alınması hüququnu yaradır. Beləliklə, nəqliyyat vasitəsi sərxoş vəziyyətdə idarə edilərkən baş vermiş sığorta hadisəsi üzrə sığortaçı tərəfindən ödənilmiş məbləğ təqsirkar şəxsə və ya onun hüquqi varisinə qarşı regres qaydasında geri tələb oluna bilər. Bu baxımdan, X41 Oktay oğlunun hüquqi varisi qismində çıxış edən Cavabdeh həmin hüquqi öhdəlikləri qəbul etməli və sığortaçı "xxxx" ASC tərəfindən zərərçəkmişə ödənilmiş 1500 manat məbləğində kompensasiya məbləğini geri qaytarmalıdır. Yuxarıda qeyd olunan halları, təqdim edilmiş sübutları və qanunvericiliyin müvafiq müddəalarını rəhbər tutaraq, məhkəmə hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir. Nəticə etibarilə, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 1500 manat məbləğ və 35,40 manat dövlət rüsumu tutulmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 1.500 (bir min beş yüz) manat məbləğində əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 35,40 (otuz beş manat qırx qəpik) manat, ümumilikdə, 1.535,40 (bir min beş yüz otuz beş manat qırx qəpik) məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1(bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ceyhun Əhmədov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar