Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1339/2023 07.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi İddiaçı və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum əri X1 qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət nömrə nişanlı avtomobildən ibarət miras əmlakın tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə 10 may 2023-cü il tarixdə məhkəmənin icraatına qəbul edilmiş, məhkəmə hazırlıq iclasları keçirilmiş, mülki işin növbəti məhkəmə hazırlıq iclası bu günə, yəni 07 iyul 2023-cü il tarixə saat 14:30-a təyin edilmişdir. Məhkəmə iclasında ərizəçi İddiaçı onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iddianı müdafiə etdiklərini və buna görə iddianın baxılmamış saxlanılmasına etirazlarının olduğunu bildirdilər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gərir ki, ərizə baxılmamış saxlanılmalıdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 10.1 və 10.2-ci bəndlərində göstərilir ki, Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olubolmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi hazırkı işə xüsusi iddia icraatı qaydasında baxılır. Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinə əsasən hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsində ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Yuxarıda şərh edilənlərdən aydın olur ki, X1 miras qalmış “VAZ 2106” markalı **-MS-*** dövlət qeydiyyat nişanlı avtomaşından ibarət miras əmlakına dair hüquq barədə mübahisə mövcuddur. Buna görə də məhkəmə hesab edir ki, qeyd edilən mülki işə xüsusi icraat qaydasında baxılması yolverilməzdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.10, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Ərizəçi İddiaçı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizənin məhkəməyə verilməsi üçün ödənilmiş 50 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən ərizəçi İddiaçı qaytarılsın Ərizəçi İddiaçı izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1339/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1339/2023
07.07.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver