Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-135/2025 18.02.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı “mirasın qəbulu faktının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun mərhum nənəsi X15, atası X16, bibisi X17 və bibisi X1 miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi onun mərhum nənəsi xx.xx.1983-cü il tarixdə X3 xx.xx.2005-ci il tarixdə ölmüş atası X4, xx.xx.1997-ci il tarixdə ölmüş bibisi X5 və xx.xx.2008-ci il tarixdə ölmüş bibisi X1 miras qalmış evdə anadan olmuş və hal-hazırda həmin evdə qeydiyyatdadır və yaşayır. Beləliklə mərhum nənəsi X3, atası X4, bibisi X5 miras qalmış əmlakı faktiki qəbul etməmişdir. Buna görə də o, mərhum nənəsindən, atasından və bibilərindən miras qalmış həmin əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şəki Regional ASAN Xidmət mərkəzində notariat ofisinə müraciət etmişdir. Lakin notariat ofisinin xüsusi notariusu Xətai Səmədov xx.xx.2024-cü il tarixli notariat hərəkətlərinin aparılmasından imtina haqqında qərarı ilə onun ərizəsi əsasında qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətlərinin aparılmasından imtina edilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, İddiaçı mirasın açıldığı andan nə ərizə, nə də faktiki olaraq mirası qəbul etməmişdir. Qanunla müəyyən edilmiş müddət ötürülmüşdür, yəni buraxılmışdır. Hazırda mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbulu birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqınd şəhadətnamə verilməsi mümkün deyildir. Ona görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə vərəsəliyin faktiki qəbulu üçün müraciət etmişdir. İşdə iştirak edən şəxslərin mövqeyi: Cavabdeh Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdi. Məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Sübutların tədqiqi: İş materiallarına əlavə edilməklə məhkəmə iclasına tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışdan görünür ki, Şəki şəhəri, 28 May küçəsi, ev 23, yeni qaydalarla, ünvan 3 ünvanında yerləşən 0,0430 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X14, X18, X10, X17 və X6 ümumi birgə paylı mülkiyyətindədir. - Şəki Rayon Məhkəməsinin 2(075)-383/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, X7 İddiaçı bibisi olması hüquqi faktının müəyyən edilməsi qət edilmişdir. - 28 aprel 1997-ci il tarixli, V-ЖГ 258173 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X17 28 aprel 1997-ci il tarixdə vəfat etmişdir. - 02 aprel 2008-ci il tarixli, AZ-İ 290460 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X10 27 mart 2008-ci il tarixdə vəfat etmişdir. - 15 mart 2022-ci il tarixli, AZ-İİ 163141 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X15 28 aprel 1997-ci il tarixdə vəfat etmişdir. - 23 sentyabr 2008-ci il tarixli, AZ-İ 317065 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X18 10 sentyabr 2008-ci il tarixdə vəfat etmişdir. - xx.xx.2005-ci il tarixli, AZ-İ 162230 saylı ölüm haqqında şəhadətnamədən görünür ki, X16 xx.xx.2005-ci il tarixdə vəfat etmişdir. - X25 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, nənəsi X8 vəfatından sonra atası X11 düşən hissədən ona düşən payı nə ərizə ilə, nə də faktiki olaraq qəbul etməmiş və etmək niyyətində deyildir. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X25 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, bibisi X7 vəfatından sonra atası X11 düşən hissədən ona düşən payı nə ərizə ilə, nə də faktiki olaraq qəbul etməmiş və etmək niyyətində deyildir. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X25 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, bibisi X2 vəfatından sonra atası X11 düşən hissədən ona düşən payı nə ərizə ilə nə də faktiki olaraq qəbul etməmiş və etmək niyyətində deyildir. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X26 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, nənəsi X8 vəfatından sonra atası X11 düşən hissədən ona düşən payı nə ərizə ilə, nə də faktiki olaraq qəbul etməmiş və etmək niyyətində deyildir. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X26 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, bibisi X7 vəfatından sonra atası X11 düşən hissədən ona düşən payı nə ərizə ilə nə də faktiki olaraq qəbul etməmiş və etmək niyyətində deyildir. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X26 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, bibisi X2 vəfatından sonra atası X11 düşən hissədən ona düşən payı nə ərizə ilə nə də faktiki olaraq qəbul etməmiş və etmək niyyətində deyildir. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X19 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, nənəsi X8 vəfatından sonra atası X12 düşən hissədən ona düşən payı nə ərizə ilə nə də faktiki olaraq qəbul etməmiş və etmək niyyətində deyildir. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X19 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, bibisi X7 vəfatından sonra atası X12 düşən hissədən ona düşən payı nə ərizə ilə nə də faktiki olaraq qəbul etməmiş və etmək niyyətində deyildir. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X19 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, bibisi X2 vəfatından sonra atası X12 düşən hissədən ona düşən payı nə ərizə ilə nə də faktiki olaraq qəbul etməmiş və etmək niyyətində deyildir. Digər vərəsələrin qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almağına etiraz etmir. - X19 tərəfindən yazılmış ərizədə qeyd edilmişdir ki, atası X16 xx.xx.2005-ci il tarixdə ölmüşdür. Ölümündən sonra mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddət tərfindən ötürülmüşdür, yəni buraxılmışdır. Harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq atasından qalan bütün əmlaklardan ona düşən payı nə ərizə ilə, nə də faktiki qəbul etməmiş və etmək niyyətində deyil. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında Şəki Regional “Asan Xidmət” Mərkəzinin Notariat ofisinin 09 iyul 2024-cü il tarixli qərarının surətindən görünür ki, ünvan 2 ünvanında qeydiyyatda olan İddiaçı xx.xx.1983-cü il tarixində ölmüş X3, xx.xx.2005-ci il tarixdə ölmüş X4, xx.xx.1997-ci il tarixdə ölmüş X5 və xx.xx.2008-ci il tarixdə ölmüş X1 qalmış miras əmlakdan özünə çatası paya dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Lakin mirasın qanunla müəyyən edilmiş müddəti ötürüldüyündən və mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa mötəbər sübutlarla təsdiq olunmadığına görə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi barədə notariat hərəkətinin aparılmasından imtina edilmişdir. - Şəki şəhər Gəncəli Məhəllə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli 41 nömrəli arayışından görünür ki, İddiaçı ünvan 2 ünvanında yaşayır. - Şəki şəhər Gəncəli Məhəllə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 42 nömrəli arayışında qeyd edilmişdir ki, Şəki şəhəri, Gəncəli məhəlləsi Ə.Dəmirçizadə küçəsi 23 saylı evdə yaşamış X15 qeyd edilən ünvanda yaşamış, xx.xx.1983-cü il tarixdə vəfat etmiş və aşağıdakı məlum olan varisləri qalmışdır: Oğlu – X18 – xx.xx.2008-ci ildə vəfat etmişdir; nəvəsi – X25, nəvəsi – X26; qızı - X17 – xx.xx.1997-ci ildə vəfat etmişdir; qızı – X10 – 27.03.208-ci ildə vəfat etmişdir (subay vəfat edib); oğlu – X16 – xx.xx.2005-ci ildə vəfat etmişdir; nəvəsi – X19, nəvəsi – X20 – xx.xx.1982-ci ildə vəfat etmişdir (subay vəfat edib). - 17 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, Süleyman onun bibisi nəvəsidir. Bibisinin Kamal, Həsən, Rahilə və Sara adlı dörd uşağı olub. Süleymanın iki bacısı və qızı rəhmətə gedib. Süleymanın digər qızı ailəlidir. O, ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. - 17 dekabr 2024-cü il tarixində keçirilən məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Süleymanla qonşudur. Onun atası Kamal dayı dərzi olub. Reyhanə adında bacısı da var. Sara, Həsən, Rahilə onun əmisi və bibiləridir. Hamısı rəhmətə gedib. Süleyman ailəsi ilə birlikdə ünvan 2 ünvanında yaşayır. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 99,60 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. 1146. Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. 1147.1. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. 1159.1.4. Sonuncuların nəvələri, nəticələri və uşaqları, əgər onların valideynləri mirasın qəbulundan imtina etmişlərsə, vərəsə ola bilməzlər. 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan SSRİ Mülki Məcəlləsinin: 528-ci maddəsinə əsasən vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə, bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. 532-ci maddəsinə əsasən qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. 533-cü maddəsinə əsasən birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfindən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onun həm ata, həm də ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi vərəsə olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. 552-ci maddəsinin 1-ci və 2-ci hissələrinə əsasən mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 5 ünvanında yerləşən 0,0430 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X14, X18, X10, X17 və X6 ümumi birgə paylı mülkiyyətində olmuşdur. İddiaçının atasının, nənəsinin və bibilərinin vəfatından sonra qeyd olunan əmlak faktiki olaraq iddiaçının istifadəsində olmuşdur. İş materiallarında göründüyü kimi qeyd olunan əmlaka heç kim sahiblənməmiş, əmlaka dair hər hansı vərəsəlik işi olmamışdır. Eyni zaman əmlakdan irs almalı olan şəxslər tərəfindən notarial qaydada ərizələr yazılaraq qeyd olunan əmlakdan imtina etdiklərini bildirmişlər. Göründüyü kimi ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evinə iddiaçı sahiblik etməyə və idarə etməyə başlamışdır. Hal-hazıradək də həmin fərdi yaşayış evi onun istifadəsindədir və həmin evə o sahiblik edir. Beləliklə, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, İddiaçı mərhum nənəsi X15, atası X16, bibisi X17 və bibisi X1 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktı müəyyən edilməlidir. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Müli Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı mərhum nənəsi X15, atası X16, bibisi X17 və bibisi X1 miras qalmış ünvan 5 ünvanında yerləşən fərdi yaşayış evindən ibarət mirasın onun tərəfindən qəbul edilmə faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-135/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-135/2025
18.02.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver