Məhkəmə qərarları › İş №e-2(075)-1373/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1373/2022

30.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1373/2022 30.06.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" BOKT MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" BOKT MMC Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə "xxxx" BOKT MMC arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli OMD-027-0052-21 saylı nisyə alqı-satqı müqaviləsinin ləğv edilməsi, cavabdehdən 1914 (bir min doqquz yüz on dörd) manat əsas borc, 72 (yetmiş iki) manat cərimə borcu olmaqla, cəmi 1984 (bir min doqquz yüzsəksən dörd) manat borcun, həmçinin 39,84 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı "xxxx" BOKT MMC-nin nümayəndəsi Nümayəndə məhkəməyə elektron qaydada tələbin azaldılması barədə ərizə göndərərək, 14 dekabr 2021-ci il tarixli OMD- 027-0052-21 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1914 (bir min doqquz yüz on dörd) manat əsas borc, 72 (yetmiş iki) manat cərimə borcu olmaqla, cəmi 1984 (bir min doqquz yüzsəksən dörd) manat borcun, həmçinin 39,84 manat ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" BOKT MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Tələbin dəqiqləşdirilməsi və azaldılması barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdehlər tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, iddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 14 dekabr 2021-ci il tarixli OMD- 027-0052-21 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı həmin müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən təhvil-təslim aktında qeyd edilmiş malları cavabdehə satmağı, cavabdeh isə həmin malların 1914 (bir min doqquz yüz on dörd) manat məbləğində olan dəyərini 12 (on iki) ay müddətində iddiaçıya ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən müqavilə üzrə iddiaçı malları cavabdehə təqdim edərək müqavilə üzrə müvafiq öhdəliyini yerinə yetirsə də, cavabdeh öhdəliklərin icrasından yayınmaqdadır. 14 dekbar 2021-ci il tarixli OMD-027-0052-21 saylı nisyə alqı-satqı müqaviləsi üzrə öhdəliklərini iddiaçı qarşısında icra etməyən cavabdehin 04 aprel 2022-ci il tarixinə 1914 (bir min doqquz yüz on dörd) manat əsas borc, 72 (yetmiş iki) manat məbləğində cərimə borcu olmaqla, cəmi 1984 (bir min doqquz yüzsəksən dörd) manat borcu qalmaqdadır. Cavabdehə dəfələrlə müraciət edilməsinə baxmayaraq, cavabdeh müqavilədən irəli gələn öhdəliklərini icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, 14 dekabr 2021-ci il tarixli OMD-027-0052-21 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1914 (bir min doqquz yüz on dörd) manat əsas borc, 72 (yetmiş iki) manat cərimə borcu olmaqla, cəmi 1984 (bir min doqquz yüzsəksən dörd) manat məbləğində borc və 39,84 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" BOKT MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 14 dekabr 2021-ci il tarixli OMD-027-0052-21 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən 1914 (bir min doqquz yüz on dörd) manat əsas borc, 72 (yetmiş iki) manat cərimə borcu olmaqla, cəmi 1984 (bir min doqquz yüzsəksən dörd) manat məbləğində borc və 39,84 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq "xxxx" BOKT MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar