Məhkəmə qərarları › İş №e-2(075)-1423/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1423/2025

04.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1423/2025 04.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc tələbi”nə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan HOFFMANN üçün 525.14 manat ödənilməmiş hissə, 52.51 manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, KRİSTAL-2YERLİ divan üçün 342.46 manat ödənilməmiş hissə, 34.25 manat cərimə, ümumilikdə 954.36 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh, "xxxx" MMC ilə bağlanmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrə əsasən, Paltaryuyan HOFFMANN , KRİSTAL-2YERLİ divan almış və nəticədə 954.36 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqısatqı qiyməti 625.14 (sltı yüz iyirmi beşmanat, 14 qəpik) manat (18 ay x 34.73 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN HOFFMANNü,çün ümumilikdə, 577.65 (beş yüz yetmiş yeddi manat, 65 qəpik) manat olmaqla ondan, 525.14 (beş yüz iyirmi beş manat, 14 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 52.51 (əlli iki manat, 51 qəpik) manat cərimə; xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 449.46 (dörd yüz qırx doqquzmanat, 46 qəpik ) manat (18 ay x 24.97 manat + 0 manat ilkin ödəniş) olan KRİSTAL - YUMSAQ - 2 YERLİ divan üçün ümumilikdə, 376.71 (üç yüz yetmiş altı manat, 71 qəpik) manat olmaqla ondan, 342.46 (üç yüz qırx iki manat, 46 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 34.25 (Otuz dörd manat, 25 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 207 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə bağlanılmış xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən iddiaçı PALTARYUYAN HOFFMANN , xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən isə KRİSTAL-2 YERLİ divan cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2024-cü il tarixli müqavilə üzrə 525.14 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 52.51 manat cərimə borcu, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 342.46 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 34.25 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıqlar göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, Paltaryuyan HOFFMANN üçün 525.14 manat əsas, 52.51 manat cərimə borcu, KRİSTAL-2 YERLİ divan üçün isə 342.46 manat əsas, 34.25 manat cərimə borcu olmaqla, cəmi 954.36 manat borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, Paltaryuyan HOFFMANN üçün 525.14 (beş yüz iyirmi beş manat on dörd qəpik) manat ödənilməmiş hissə, 52.51 (əlli iki manat əlli bir qəpik) manat cərimə, xx.xx.2024-cü il tarixli müqaviləyə əsasən, KRİSTAL-2YERLİ divan üçün, 342.46 (üç yüz qırx iki manat qırx altı qəpik) manat ödənilməmiş hissə, 34.25 (otuz dörd manat iyirmi beş qəpik) manat cərimə, ümumilikdə 954.36 (doqquz yüz əlli dörd manat otuz altı qəpik) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar