Məhkəmə qərarları › İş №e-2(075)-1428/2022

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1428/2022

09.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1428/2022 09.08.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim İmanov Cahid Fehruz oğlunun sədrliyi, Bəkirov Yusif Şücaət oğlunun katibliyi ilə, İddiaçı İB-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddiası üzrə mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri A.Cuma küçəsi 40-da yaşayan Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada - 126,50 manat (bir yüz iyirmi altı manat 50 qəpik) sayğac göstəricisinə əsasən aparılmış hesabata görə borc, 1632,96 manat (bir min altı yüz otuz iki manat 96 qəpik) itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə borc olmaqla, cəmi 1759,46 manat (bir min yeddi yüz əlli doqquz manat 46 qəpik) borcun, ödənilmiş 37,60 manat (otuz yeddi manat 60 qəpik) dövlət rüsumunun və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 1797,46 manat (bir min yeddi yüz doxsan yeddi manat 46 qəpik) pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İB və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, İddiaçı İB məhkəmə iclasına nümayəndənin iştirakını təmin etməmiş, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasına gəlməmişlər. Lakin, İddiaçı İB-nin nümayəndəsi Nümayəndə xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək məhkəmə iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçı İB, Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində istehlakçı kimi qeydiyyatda olan Səmədova (Musayeva) Tahirə Məmmədəli qızına məxsus mənzilində müvafiq alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsə də, qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh2 **********40000 saylı qaz hesabında ödənilməmiş 1759,46 manat borc vardır. Göstərmişdir ki, tələb olunan borcun 126,50 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 1632,96 manat hissəsi isə həmin ünvanda təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 126,50 manat həcmindəki borc Cavabdeh2 yaşadığı ünvanında hazırda istismarda olan G4T markalı **********1 nömrəli sayğacın 1350 m göstəricisi ilə müəyyən edilmişdir. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 1632,96 manat həcmindəki borc Cavabdeh2 yaşadığı ünvanında sayğacdan kənar xətt vasitəsilə qanunsuz qazdan istifadə nəticəsində müəyyən olunmuşdur. Belə ki, İddiaçı İB-nin Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh2 istifadəsində olan qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Cavabdeh2nnı Şəki şəhəri A.Cuma küçəsi 40-da yerləşən mənzilində sayğacdan kənar, qeyri-qanuni olaraq küçə xəttinə bir başa qoşulmaqla təbii qazdan istifadə olunduğu aşkar edilmişdir. Aşkarlanan fakt üzrə müvafiq qaydada video çəkiliş aparılmışdır. Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının nümayəndəsinin (Cavabdeh1) iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı akt tərtib etmiş, akt nümayəndə tərəfindən imzalanmaqla fakt təsdiq edilmişdir. Qaz işlədicilərin sutkalıq iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİ İ –nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 13608 m (və ya 1632.96 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə araşdırma çərçivəsində toplanmış materiallar inzibati icraatın başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X3 Agentliyinə tədim edilmişdir. Aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, qaz hesabı Cavabdeh2 adına olan mənzildə qanunsuz qazdan istifadəni Cavabdeh1 həyata keçirmişdir. Bununla əlaqədar olaraq X3 Agentliyinin Şəki filialı tərəfindən Səmədov X2 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməklə xx.xx.2022-ci il tarixli MN0359046 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bildirirəm ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bir məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman istehlakçı tərəfindən təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. Çünki istehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş “qazın alqı-satqısı” haqqında 22 oktyabr 2015-ci il tarixli, 7607 saylı müqavilədən görünür ki, İddiaçı ilə X4 arasında təbbi qazın alqı-satqısı barədə müqavilə imzalanmışdır. Elektron qaydada məhkəməyə göndərilərək iş materiallarına əlavə edilmiş **********40000 saylı abonent saldosundan görünür ki, X1 təbii qazdan istifadəyə görə 1645,76 manat borcu yaranmışdır. İddia üzrə məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı İB Zaqatala RQİİ-nin Şəki xidmət sahəsində **********40000 saylı qaz hesablı istehlakçı kimi qeydiyyatda olan ünvan 1 ünvanında yaşayan Cavabdeh2 mənzilində təbii qazdan istifadə edilir. İstehlakçı yaşadığı ünvanda uzun müddət təbii qazdan istifadə etsə də qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh2 **********40000 saylı qaz hesabında ödənilməmiş 1759,46 manat borc vardır, həmin borcun 126,50 manat hissəsi sayğac göstəricisinə əsasən aparılmış hesabata və 1632,96 manat hissəsi isə itirilmiş təbii qazın həcminə görə müəyyən edilmiş borc məbləğidir. Cavabdehdən tələb olunan borcun yaranmasına səbəb aylıq istehlak edilmiş təbii qazın dəyəri təqdim edilmiş bildiriş-xəbərdarlığa uyğun ödənilmədiyindən nəticədə borcun daha da artmasıdır. Keçən müddət ərzində cavabdeh xəbərdarlıq edilməsinə baxmayaraq yaranmış borc tam şəkildə ödənilmədiyindən iddiaçı "Azəriqaz" İB hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı tərəf iddianı müdafiə edir. Cavabdehlər isə məhkəməyə gəlməyərək iddiaya hər hansı münasibət bildirməmişlər. Məhkəmə hesab edir ki, iddiaçı cavabdehlərdən akt əsasında hesablanmış 1632,96 manat məbləğdə ziyanlıq məbləğini tələb etməkdə haqlı deyil. Məhkəmə iddianı bu hissədə əsassız hesab edir. Belə ki, iddiaçı hansı əsasla 1632,96 manat itirilmiş təbii qaza görə borcun cavabdehlərdən tələb etməsi müəyyən deyil. Çünki qeyd edilən ev üzrə sayğac Cavabdeh2 adınadır. Belə olan halda iddiaçı istehlak olunmuş qaz sərfiyyatının dəyərini yalnız Cavabdeh2 tələb edə bilər. Lakin itirilmiş təbii qaza görə 1632.96 manatın cavabdehlərdən tələb edilməsi qanunsuzdur. Çünki iddiaçı bununla bağlı iddia ərizəsinə müvafiq sübutlar əlavə etməmişdir. Mülki iş materiallarını araşdırıb iddiaçının nümayəndəsinin izahatını dinləyib, təqdim olunmuş sənədləri tədqiq edərək məhkəmə belə qənaətə gəlir ki, İddiaçı iddiası qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq etdilən “Qazdan istifadə qaydaları”nın 3.2.1-ci bəndinə əsasən Qazdan istifadə edən istehlakçılar qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların normativ hüquqi akta (normativ hüquqi aktın adı, maddəsi, bəndi və s. göstərilməklə) istinad edilmiş müvafiq yazılı göstərişlərinə əməl etməlidir. Həmin qaydaların 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin qaydaların 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin qaydaların 6.5-ci bənidnə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.2-ci maddəsinə görə, müqavilə onun bağlandığı vaxt qüvvədə olanqanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir. Həmin Məcəllənin 390.5-ci maddəsinə görə, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir. Tərəflər arasında bağlanılmış müqavilənin 2.3-cü bəndində, bu Müqavilənin və “Qazdan istifadə Qaydaları”nın tələblərinə əməl etməsi, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməsi, bu Müqavilə üzrə müəyyən edilmiş şərtlərin yerinə yetirilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyəti daşıması, “Qazdan istifadə Qaydaları”nda nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməsi cavabdehin müqavilə üzrə vəzifələri kimi müəyyən edilmişdir. Həmin müqavilənin 3.3-cü bəndində göstərilir ki, istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə olunmuş ARDNŞ-in Şurasının 14 mart 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Həmin qaydaların 4-cü bənində əsasən istehlakçılar tərəfindən sayğaca və plomblara hər hansı bir müdaxilə edilməklə qazdan istifadə qaydalarının pozulmasına yol verilməsi aşkar edildikdə qazın verilməsi qeyd-şərtsiz dayandırılır və təbii qazın alqı-satqı müqaviləsində göstərilən qaz cihazları üçün nəzərdə tutulan normativ hesabata müvafiq olaraq axırıncı texniki baxış müddətindən sonrakı dövr üçün və ya iddia müddəti ərzində (3 ilə qədər) qaz sərfinə bərabər qanunsuz istifadə olunmuş qazın dəyəri hesablanaraq istehlakçı tərəfindən təchizatçının hesablaşma hesabına ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci madəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək və yuxarıda şərh olunanları nəzərə alaraq belə nəticəyə gəlir ki, Cavabdeh2 yaşadığı ünvan 1 ünvanında yerləşən mənzildə təbii qazdan istifadə etsə də, qaz hesabında yaranmış qaz sərfiyyatı üzrə hesablanmış 126,50 manat borcunu tam şəkildə ödəməmişdir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh2 126,50 manat borc (pul) tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə və Cavabdeh1 münasibətdə isə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qismən təmin edildiyindən ödənilmiş 37,60 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının 30 manatı iddiaçıya aid edilməli, 7.60 manat və 0,40 manat xidmət haqqı isə Cavabdeh2 alınaraq İddiaçınə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 217, 219-220, 227 və 233-cü maddələrin tələblərini rəhbər tutub məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yaşayan Cavabdeh2 126,50 manat borc (pul), 7.60 manat rüsum və 0,40 manat xidmət haqqı tutularaq İddiaçı (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) xeyrinə ödənilsin. İddia qalan hissədə və Cavabdeh1 münasibətdə təmin təmin edilməsin. İddia qismən təmin edildiyindən ödənilmiş 37,60 manat dövlət rüsumunun 30 manatı iddiaçının özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar