Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1429/2022 25.07.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri M.Cabbarov küçəsi 12-də yaşayan Cavabdeh 705.75 (yeddi yüz beş manat 75 qəpik) manat sayğac göstəricisinə əsasən aparılmış hesabata görə borc, 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə borc olmaqla, cəmi 1222.15 (bir min iki yüz iyirmi iki manat 15 qəpik) manat borcun, 32.22 (otuz iki manat 22 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 1254.77 (bir min iki yüz əlli dörd manat 77 qəpik) manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 13 iyul 2022-ci il tarixdə İddiaçı İB iddia tələbinin artırılması barədə ərizə verərək cavabdeh Şəki şəhəri M.Cabbarov küçəsi 12-də yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 791.35 manat, itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 518.40 (beş yüz on səkkiz manat 40 qəpik) manat, cəmi 1309.75 manat əsas borcun, 32.22 (otuz iki manat 22 qəpik) manat dövlət rüsumu və 0.40 (qırx) qəpik bank xidmət haqqı olmaqla, ümumilikdə 1254.77 (bir min iki yüz əlli dörd manat 77 qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları: ABB, Kod 8051700, M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ddia tələbinin artırılmasına dair ərizə məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi məhkəmənin icraatına qəbul edilmiş, mülki iş üzrə məhkəmə hazırlıq iclası 13 iyul 2022-ci il tarixdə keçirilmiş, mülki işin məhkəmə baxışı iclası bu günə, yəni 25 iyul 2022-ci il tarixə saat 14:00-a təyin edilmiş, mülki proses tərəflərinə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmişdir. Lakin 25 iyul 2022-ci il tarixdə keçirilən məhkəmə iclasına mülki proses tərəfləri gəlməmiş, məhkəmə iclasına gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər və işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi işə onların iştirakı olmadan baxılmasını tələb etməmiş mülki proses tərəfləri məhkəməyə gəlməmişlər. Belə olan halda iddia ərizəsi baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçınə izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 32,22 (otuz iki manat, 22 qəpik) manat dövlət rüsumu iddiaçı X1ytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263- 264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçı Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçına izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 32,22 (otuz iki manat, 22 qəpik) manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1429/2022
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1429/2022
25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver