Məhkəmə qərarları › İş №e-2(075)-1436/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1436/2023

03.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1436/2023 03.07.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********78457 SAMSUNG GALAXY A32 markalı telefonüçün, 201.4 (iki yüz bir manat qırx qəpik) manat əsas borc, 20.6 (iyirmi manat altmış qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN SİAC kondisioner üçün 363.7 (üç yüz altmış üç manat yetmiş qəpik) manat əsas borc, 36.3 (otuz altı manat otuz qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********52638 REALME C21 markalı telefon üçün 134.68 (yüz otuz dörd manat altmış səkkiz qəpik) manat əsas borc, 13.32 (on üç manat otuz iki qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, MAŞA PHİLİPS, FEN ÜTÜ PHİLİP üçün 200.5 (iki yüz manat əlli qəpik) manat əsas borc, 20.5 (iyirmi manat əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 991 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən, İmei kod **********78457 SAMSUNG GALAXY A32 markalı telefon, HOFFMANN SİAC kondisioner, İmei kod **********52638 REALME C21 markalı telefon, MAŞAPHİLİPS, FEN ÜTÜ PHİLİaPlmSış və nəticədə 991 (doqquz yüz doxsan bir) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 727.2 (yeddi yüz iyirmi yeddi manat iyirmi qəpik) manat (18 ay x 40.4 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********78457 SAMSUNG GALAXY A32 markalı telefonüçün 222 (iki yüz iyirmi iki) manat olmaqla ondan, 201.4 (iki yüz bir manat qırx qəpik) manat ödənilməmiş hissə, 20.6 (iyirmi manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 660.6 (altı yüz altmış manat altmış qəpik) manat (18 ay x 36.7 manat + 0 manat ilkin ödəniş) olan HOFFMANN SİAC kondisioneürçün 400 (dörd yüz) manat olmaqla ondan, 363.7 (üç yüz altmış üç manat yetmiş qəpik) manat ödənilməmiş hissə, 36.3 (otuz altı manat otuz qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 492.48 (dörd yüz doxsan iki manat qırx səkkiz qəpik) manat (18 ay x 27.36 manat + 0 manat ilkin ödəniş) olan İmei kod **********52638 REALME C21 markalı telefonüçün 148 (yüz qırx səkkiz) manat olmaqla ondan 134.68 (yüz otuz dörd manat altmış səkkiz qəpik) manat ödənilməmiş hissə, 13.32 (on üç manat otuz iki qəpik) manat cərimə pulu; xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 285 (iki yüz səksən beş) manat (12 ay x 23.75 manat + 0 manat ilkin ödəniş) olan MAŞAPHİLİPS, FEN ÜTÜ PHİLİPüçSün 221 (iki yüz iyirmi bir) manat olmaqla ondan 200.5 (iki yüz manat əlli qəpik) manat ödənilməmiş hissə, 20.5 (iyirmi manat əlli qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1265 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********78457 SAMSUNG GALAXY A32 markalı telefonüçün, 201.4 (iki yüz bir manat qırx qəpik) manat əsas borc, 20.6 (iyirmi manat altmış qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN SİAC kondisioner üçün 363.7 (üç yüz altmış üç manat yetmiş qəpik) manat əsas borc, 36.3 (otuz altı manat otuz qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********52638 REALME C21 markalı telefon üçün 134.68 (yüz otuz dörd manat altmış səkkiz qəpik) manat əsas borc, 13.32 (on üç manat otuz iki qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, MAŞA PHİLİPS, FEN ÜTÜ PHİLİP üçün 200.5 (iki yüz manat əlli qəpik) manat əsas borc, 20.5 (iyirmi manat əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 991 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********78457 SAMSUNG GALAXY A32 markalı telefonüçün, 201.4 (iki yüz bir manat qırx qəpik) manat əsas borc, 20.6 (iyirmi manat altmış qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, HOFFMANN SİAC kondisioner üçün 363.7 (üç yüz altmış üç manat yetmiş qəpik) manat əsas borc, 36.3 (otuz altı manat otuz qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********52638 REALME C21 markalı telefon üçün 134.68 (yüz otuz dörd manat altmış səkkiz qəpik) manat əsas borc, 13.32 (on üç manat otuz iki qəpik) manat cərimə borcu, xx.xx.2021-ci il tarixli müqaviləsinə əsasən, MAŞA PHİLİPS, FEN ÜTÜ PHİLİP üçün 200.5 (iki yüz manat əlli qəpik) manat əsas borc, 20.5 (iyirmi manat əlli qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 991 manat borc və 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar