Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1440/2024 03.05.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı İB-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsini nəzərdən keçirib MÜƏYYƏNETDİM: İddiaçı İB iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki rayonu, Yeni Çələbixan qəsəbəsi 180-də yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə yaranmış 539.12 manat (beş yüz otuz doqquz manat on iki qəpik) və 30 (otuz) manat dövlət rüsumun, ümumilikdə isə 569.12 (beş yüz altmış doqquz manat on iki qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsi (bank hesabları:ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Lakin məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikasının MPM-nin 152-ci maddəsi rəhbər tutularaq geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini geri qaytarılmalıdır. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.5-ci maddəsinə əsasən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də borc haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İş materiallarına əlavə edilmiş portaldan çıxarışdan görünür ki, Cavabdeh qeydiyyat ünvanı Ağdam rayonu, Baş-Qərvənd kəndidir. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, təbii qazdan istifadəyə görə yaranmış 539.12 manat (beş yüz otuz doqquz manat on iki qəpik) və 30 (otuz) manat dövlət rüsumun, ümumilikdə isə 569.12 (beş yüz altmış doqquz manat on iki qəpik) manat borcun tutularaq İddiaçı xeyrinə ödənilməsini xahiş etsə də, Cavabdeh qeydiyyatda olduğu yerin Ağdam rayonu, Baş-Qərvənd kəndi olduğu müəyyən edilir. İddiaçıya hazırkı tələbi ilə bağlı Şəki Rayon Məhkəməsinə deyil, cavabdehin qeydiyyat ünvanı olaraq müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etməsi tövsiyə olunur. Ona görə də iddia ərizəsi Cavabdeh qeydiyyat ünvanı üzrə müvafiq rayon (şəhər) məhkəməsinə göndərilmək əvəzinə aidiyyət qaydaları pozularaq Şəki Rayon Məhkəməsinə göndərildiyindən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələri rəhbər tutularaq qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 263.1, 264, 266- 268-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİM: İddiaçı İB-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1440/2024
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1440/2024
03.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver