Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1444/2024 04.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi İddiaçı MMC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı «borcun ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı «ASK AQRO” MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçi ilə cavabdeh arasında imzalanmış 06 dekabr 2023-cü alqı-satqı müqaviləsi üzrə yaranmış 9035 (doqquz min otuz beş) manat borc və 110.35 (yüz on manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Cavabdeh məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 06 dekabr 2023-cü il tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı 1 kiloqramlarının qiyməti 0,6 manat olmaqla 16565 kiloqram arpa toxumluq məhsulunu və 3510 kiloqram buğda toxumluq məhsulunu cavabdehə satmasını və cavabdehin isə həmin məhsulu qəbul edərək onun dəyərini iddiaçıya ödəməyi öhdələrinə götürmüşlər. Lakin, cavabdeh tərəfindən müqavilə üzrə götürmüş olduğu öhdəlikləri tam yerinə yetirməmiş və nəticədə 9035 (doqquz min otuz beş) manat borc yaranmışdır. Tərəflər arasında imzalanmış 28 mart 2024-cü il tarixli üzləşmə aktına əsasən borclu tərəfindən müqavilə üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmədiyinə görə 9035 (doqquz min otuz beş) manat məbləğində ödənilməyən borc qalmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdehə 03 aprel 2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq, sonuncudan 9035 (doqquz min otuz beş) manat borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən müqavilə öhdəlikləri üzrə ödənilməmiş 9035 (doqquz min otuz beş) manat məbləğində pulun ödənilməsi tələb olunur. Məhkəmə iclasında İddiaçı MMC -nin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunmasını xahiş etdi. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 17 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, həmin müqavilə əsasında satıcı alıcıya 1 kq-nın qiyməti 0,6 manat olmaqla, cəmi 16565 kq arpa (toxumluq) məhsulunu, 3510 kq buğda (toxumluq) məhsulu satmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli təhvil-təslim aktından görünür ki, Cavabdeh ümumilikdə 12045 manat dəyərində arpa və buğda toxumluq təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırılması protokolundan görünür ki, tərəflər xx.xx.2023-cü il tarixli 17/2023 saylı müqavilədə nəzərdə tutulmuş malların qiymətinin müəyyənləşdirilməsi haqqında razılığa gəlmişlər. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş 28 mart 2024-cü il tarixli üzləşmə aktından görünür ki, Cavabdeh «ASK AQRO” MMC-nə 9035 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubuna əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmiş, 5 iş günü ərzində pulu qaytarmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, cavabdeh «ASK AQRO” MMC ilə xx.xx.2023-cü il tarixli, 17 nömrəli alqı-satqı müqaviləsin əsasən satıcı alıcıya 1 kq-nın qiyməti 0,6 manat olmaqla 16565 kq arpa (toxumluq) məhsulu, 3510 kq buğda (toxumluq) məhsulu satmış və nəticədə 9035 (doqquz min otuz beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə 9035 (doqquz min otuz beş) manat borcu yaranmışdır. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malın verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçı «ASK AQRO” MMC tərəfindən Cavabdeh mal verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də «ASK AQRO” MMC qalıq qalmış borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli, 17 nömrəli alqı-satqı müqaviləsi üzrə 9035 (doqquz min otuz beş) manat borc və 110.35 (yüz on manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh 06 dekabr 2023-cü alqı-satqı müqaviləsi üzrə yaranmış 9035 (doqquz min otuz beş) manat borc və 110.35 (bir yüz on manat otuz beş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1444/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1444/2024
04.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver