Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-145/2023 06.04.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi iştirakı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi oğlu ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1983-cü il tarixdə anadan olmuş, ünvan 1 ünvanındaqeydiyyatda olan və mənim himayəsində yaşayan bacısı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs 13 mart 1983-cü il təvəllüdlü X4 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, atası X11 mərhum X2 ilə ailə qurduqdan sonra bacısı, X9 xx.xx.1983-cü il tarixdə Serebral iflic vəziyyətdə anadan olmuşdur. xx.xx.1983-cü il tarixdə anadan olmuş bacısına xəstəliyi səbəbli və daima kənar qulluğa ehtiyacı olduğu üçün 2 iyun 2006-cı il tarixdən 268087 nömrəli birinci qrup əlillik dərəcəsi verilmişdir. Analığı, X2 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda ata bir,ana ayrı bacısı Şəki şəhəri, S.Rəhman küçəsi,ev 3/8 ünvanında qeydiyyatda olmaqla onun himayəsində yaşayır. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair verilmiş məlumatdan da göründüyü kimi bacısı X6 uşaq serebral iflicinin qalığı diaqnozu ilə yanaşı Tetraparez diaqnozda qeyd edilmişdir. Diaqnozdan göründüyü kimi bacısının daima kənar şəxsin qulluğuna ehtiyacı var. Yataqdan öz iradəsi ilə qalxa bilməyən bacısının vəziyyəti olduqca ağır olduğu üçün hərəkətlərinin nəticəsinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, habelə öz hərəkətlərinə rəhbərlik edə, fikrini ifadə edə bilmir. Bütün bunlar ailənin gündəlik həyatında və idarə olunmasında ciddi maneələr yaradır. Bacısı hal-hazırda faktiki olaraq onun himayəsi və nəzarəti altında yaşayır. Xəstəliyi səbəbli yatağından qaldırmadıqda yerində sürünərək özünü idarə etmək iqtidarında deyil, ona deyilən söz və ifadələrişüurda dərk edə və adekvat reaksiya verə bilmir. Özfikrini və iradəsini başqasına çatdırmaq,ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. Bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də hazırki ərizə ilə aidiyyəti orqana müraciət etmişdir ki, bacısı fəaliyyət qabiliyyəti olmayan hesab edilsin və bundan sonra o onun qəyyum təyin edilsin. Maraqlı şəxsnə müraciət etsə də, müəyyən olunmuş qaydada məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Ona görə də bacısının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi oğlu izahat verərək göstərdi ki, X9 onun bacısıdır. Bacısı anadan gəlmə əlildir və özünü idarə edə bilmir. Anası vəfat etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət etmiş, lakin onu məhkəməyə yönəltmişlər. Göründüyü kimi X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanseri tərəfindən verilmiş 22 dekabr 2022-ci il tarixli, 781 nömrəli rəydən görünür ki, X5 Orta dərəcəli kəmağıllıq, davranış pozuntuları ilə, uşaq serebral iflicinin davamlı qalıq əlamətləri, tetraplegiya XBT-10 xəstəliyi keçirir. X1 uşaqlıqdan xəstə olmaqla ona xəstəliyə görə İ qrup müddətsiz əlillik təyin edilməsi, oxumaq və yazmaq vərdişlərinin olmaması, daim valideyinlərinin, hal-hazırda isə bacısının himayəsi və nəzarəti altında yaşaması, ətrafdakıların köməyinə ehtiyacı olması, hazırki ekspertiza zamanı onda davranış, yaddaş, emosiya, təfəkkür və intellekt pozuntularının (ekpsertiza zamanı yoxlanılan şəxsdə bələdliyin pozulması, verilən suallara anlaşılmaz cavablar verməsi, müayinə zamanı özünü bir qədər narahat və gərgin aparması, neçə yaşı olduğunu, hal-hazırda haraya gətirildiyini, hansı ünvanda yaşadığını və sairəni söyləyə bilməməsi, əhvalının davamsız olması, yaddaşının kobud pozulması, təfəkkürünün parçalanması, oxumaq və yazmaq vərdişlərinin olmaması, adi hesablama əməliyyatlarını belə apara bilməməsi,maraq dairəsinin daralması və fizioloji tələblərlə motivləşməsi,abstrakt və məntiqi təfəkkürünün olmaması,düşdüyü vəziyyətə tənqidinin olmaması,intellektinin xronolji yaşından geri qalması, İQ=38 %. və s.) aşkar edilməsi və davranışının mümkün nəticələrini anlaya bilməməsi sübut edir. Buna görə də X9 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi M.Hacıyev adına Şəki Mərkəzi Rayon X3 tərəfindən verilmiş 24 avqust 2012-ci il tarixli, 60 nömrəli arayışdan görünür ki, Şəki şəhər, S.Rəhman küçəsi, ev 3, mənzil 8 yaşayan 1983-cü il təvəllüdlü X9 həqiqətən “Beyin silkələnməsi ağır forma. Uşaq serebral iflicin qalığı, tetraparez, intellektin aşaığ olması” diaqnozu ilə xəstədir və İ qrup əlildir. Daimi kənar qulluğa ehtiyacı vardır. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin 15 saylı regional ərazi filialı tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli arayışdan görünür ki, X9 İ qrup əlilliyə görə 711180 nömrəli pensiya işi üzrə hər ayda 150 manat məbləğində sosial müavinət alır. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 10 saylı Sosial Ekspert Komisiyyası tərəfindən verilmiş 02 avqust 2021-ci il tarixli müayinə aktından görünür ki, X9 “uşaq serebral iflicin qalığı, tetraparez” diaqnozu ilə xəstədir. Uşaqlıqdan İ qrup əlildir. Daimi kənar qulluğa ehtiyacı vardır. İşdə olan vəsiqədən görünür ki, X7 Şəki rayon ƏSMV tərəfindən 02 iyun 2006-ci ildən 1-ci qrup əlillik təyin edilmiş və bu barədə 268087 nömrəli vəsiqə verilmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X4 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X4 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinində müvafiq rəyi vardır. Ərizəçi X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13 mart 1983-cü il tarixdə anadan olmuş, ünvan 3 ünvanında pasport qeydiyyatında olan və yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 13 mart 1983-cü il tarixdə anadan olmuş, ünvan 3 ünvanında pasport qeydiyyatında olan və yaşayan X9 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-145/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-145/2023
06.04.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver