Məhkəmə qərarları › İş №e-2(075)-1461/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1461/2024

19.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1461/2024 19.11.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Giriş hissə: Hakim Musayev Kamran İbrahim oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair, eyni zamanda iddiaçı Cavabdeh İddiaçınə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbinin dəlilləri: İddiaçı İtehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki rayonu Böyük Dəhnə kəndində yaşayan Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 111.14 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 777.60 manat, cəmi 888.74 (səkkiz yüz səksən səkkiz manat 74 qəpik) əsas borcun, əvvəlcədən ödənilmiş 30 (otuz) manat dövlət rüsumun və 0.40 (40 qəpik) manat bank xidmət haqqının, ümumilikdə isə 919.14 (doqquz yüz on doqquz qırx manat 14 qəpik) manat borcun (pulun) tutularaq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, SOCAR İddiaçı İB-nin Zaqatala Regional qaz istismarı idarəsinin ünvan 1i ünvanında Cavabdeh məxsus mənzilində alqı-satqı müqaviləsi əsasında təbii qazdan istifadə edilir. İstehlakçıya məxsus mənzildə uzun müddət təbii qazdan istifadə edilsədə qaz hesabında yaranmış borc tam şəkildə ödənilməmişdir. Cavabdeh **********00000 saylı qaz hesabında ödənilməmiş 888.74 manat borc vardır və hazırda məcburi qaydada ödənişinin təmin edilməsi üçün məhkəməyə müraciət edilir. Tələb olunan borcun 111.14 manat hissəsi sayğac göstəricisinə və 777.60 manat hissəsi isə təbii qazdan qeyri qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabata əsasən yaranmışdır. görə aparılmış hesabata əsasən yaranmışdır. İddia tələbində göstərilən sayğac göstəricisinə əsasən aparılmış hesabata görə yaranmış 111.14 manat həcmindəki borc Cavabdeh yaşadığı ünvanda hazırda istismarda olan G4T markalı **********7 nömrəli sayğacın 1685 m göstəricisi ilə müəyyən edilmişdir. İddiaçı tərəf borcun ödənilməsi ilə bağlı cavabdehə müraciətlər etsə də, cavabdeh borcun ödənilməsini təmin etmədiyindən hazırkı mübahisə yaranmış və iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbində göstərilən qeyri qanuni qazdan istifadəyə əsasən aparılmış hesabata görə 777.60 manat həcmindəki borc Cavabdeh yaşadığı Şəki rayonu Böyük Dəhnə kəndiünvanında yerləşən mənzilində istismarda olmuş qaz sayğacına müdaxilə edilərək qanunsuz təbii qazdan istifadə nəticəsində müəyyən edilmişdir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən Cavabdeh istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı sayğacda müdaxilə halısayğacın hesablama mexanizminin alt hissəsində dəlik aşkar olunduğundan qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2024-ci il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********7 saylı sayğac quraşdırılmışdır. Sayğaca vizual baxış zaman sayğacın plastmas qapağının alt hissəsində dəlik aşkar olunduğundan istehlakçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2024-cü il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 6 m orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 6480 m (və ya 777.60 manat) həcmində müəyyən edilmişdir. Aşkar edilmiş qazdan istifadə qaydalarının pozulması faktı ilə bağlı inzibati icraata başlanılması üçün Azərbaycan Respublikası Energetika Nazirliyinin X1 Agentliyinə təqdim edilmişdir. Bununla əlaqədar olaraq X1 Agentliyinin Şəki filialı tərəfindən Yusifov X2 Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinməkləxx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsi ilə təqsirli bilinərək xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarala 100 manat həcmində inzibati cərimə edilmişdir və hal hazırda sözügedən qərar qanuni qüvvəsindədir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 2(075)-1461/2024 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh İddiaçı İtehsalat Birliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı tərəfindən 31 yanvar 2024-cü il tarixli ******* nömrəli akt əsasında hesablanmış qaz sərfiyyatının və **********00000 abonent koduna vurulmuş 777.60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Böyük Dəhnə kəndində yaşayır. Həmişə istifadə etdiyi təbii qazın dəyərini vaxtı-vaxtında poçt şöbəsinə ödəmişdir. Həmişə sayğac üzrə ödənişlər aparmışdır. **********00000 olan abonetin saldosundan görünür ki, 2020, 2021, 2022, 2023 və 2024-cü ilin müvafiq ayları üzrə vaxtı-vaxtında ödənişlər etmişdir. X3 tərəfindən xx.xx.2024-ci tarixdə tərtib edilmiş qaz sayğacanın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli aktda sayğacın çıxarılma səbəbi sayğacın hesablama mexanizminin altında iki ədəd dəlik aşkar olunması olmuşdur. Bundan əlavə, X3 tərəfindən 31 yanvar 2024-cü il tarixdə tərtib edilmiş ******* nömrəli aktda göstərilmişdir ki, sayğacın plastmas qapağının alt hissəsində dəlik aşkar edilmişdir. Onun tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. X3 tərəfindən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, G4 markalı ******* nömrəli sayğacın maksimal qaz sərfi 6 m3/saat orta günlük iş rejimi 12 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi müəyyən edilmişdir. 4x12x90=6480 m3, cəmi 6480 m3. X3 tərəfindən tərtib edilmiş aktda qeyd olunanlar hamısı yalandır. Bundan sonra cavabdeh təşkilat onu əsassız və qanunsuz olaraq 777.60 manat məbləğində cərimə etmişdir. Hesab edir ki, cavabdeh təşkilatın nümayəndələri tərəfindən tərtib edilmiş həmin akt qanunsuz və əsassızdır. Qanunvericliyin tələblərinə əsasən akt tərtib edilərkən qaz təchizat idarəsinin nümayəndəsi və məişət abonenti ilə yanaşı iki nəfər halşahidi də iştirak etməli, həmin aktı onlar imzalamalıdırlar. Lakin həmin akt tərtib edilərkən bunlara riayət edilməmiş və akt tərtib edilərkən iki nəfər hal şahidi iştirak etməmişdir. Bu halda aktın doğru olmasına əsaslı şübhələr yaranır. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Bundan əlavə istifadəsində olan qaz sayğacı fərdi yaşayış evinə giriş qapısından çöldə quraşdırılmışdır. Qaydalarda göstərildiyi kimi sayğac müvafiq örtüklə örtülməli idi. Ancaq istifadəsində olan sayğac fərdi yaşayış evinə giriş qapısından çöldə qoyulsa da, qaz paylayıcısı tərəfindən qaydaların tələblərinə əməl edilməmiş və sayğac müvafiq ötrüklə örtülməmişdir. Cavabdeh təşkilat tərtib etdiyi aktda göstərmişdir ki, guya sayğacın plastmas qapağının alt hissəsində dəlik aşkar edilmişdir. Onun yaşayış sahəsinə aid qaz sayğacı çöldə quraşdırılmış, həmçinin sayğac kənar müdaxilədən qorunmaq üçün müvafiq örtüklə örtülməmişdir. Yaşayış sahəsinə qoyulmuş qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə o, cavabdehlik daşımır. Qanunvericiliyin tələbinə görə, qaz sayğacının kənar müdaxilələrdən mühafizəsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısının hesabına həyata keçirilməlidir və sayğaclar qaz paylayıcısı tərəfindən kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməlidir. Lakin buna baxmayaraq itirilmiş qazın dəyəri ondan tələb edilir. Bütün bunlar cavabdeh tərəfindən mülki hüquqdan sui-istifadədir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş, 2(075)-1667/2024 nömrə ilə qeydiyyata alınmışdır. Şəki Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(075)-1667/2024 saylı qərardadı ilə Şəki Rayon Məhkəməsinin icraatında olan və 2(075)-1660/2024 nömrə ilə qeydiyyata alınmış iddiaçı Cavabdeh İddiaçı İslahat Birliyinə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki iş və Şəki Rayon Məhkəməsində 2(075)- 1461/2024 nömrə ilə qeydiyyata alınmış İddiaçı İslahat Birliyinin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda birləşdirilməsi və mülki işlər 2(075)-1461/2024 nömrə ilə qeydiyyata alınması qərara alınmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri: İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin mövqeyi: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq iddiaçının nümayəndəsi və cavabdeh məhkəmə iclasına gəlməmişlər. İddiaçının nümayəndəsi məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi, İddiaçı İB-nin iddia tələbinin təmin edilməsi və Cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Eyni zamanda bildirmişdir ki, hazırkı mübahisə ilə bağlı zərərin hesabat müddəti 90 gün götürülmüş və Azəriqaz İB-nin müddətlə bağlı mövqeyi Apellyasiya instansiya məhkəməsinin kabinetə əlavə etdiyimiz sonuncu qətnaməsində göstərilən 90 günlük müddət ilə üst üstə düşməkdədir. Ona görə də Azəriqaz İB-nin 90 gün hesabat müddəti götürülməklə zərər hesablaması ədalətli olmuşdur. Sübutların tədqiqi: İş materiallarında olan: - “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” 23 sentyabr 2016-cı il tarixli müqavilədən görünür ki, İddiaçı İB istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq təqdim edilən hesaba əsasən ödəyir. - İddiaçı İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 31 yanvar 2024-cü il tarixli, ******* nömrəli aktdan görünür ki, sayğacın plastmas qapağının alt hissəsində dəlik aşkar olunub. İtirilmiş qazın dəyəri hesablanaraq ödənilsin. - 31 yanvar 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, Cavabdeh istifadəsində olan G4 markalı qaz sayğacının maksimal qaz sərfi 6 m3/saat, orta günlük iş rejimi 12 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması və hesablanmış məbləğin ödənilməsi qeyd edilmişdir. İtirilmiş qazın miqdarı cəmi 6480 m3 müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, Cavabdeh adına olan **********00000 nömrəli abonent kodunda 2024-cü ilin mar ayına ümumilikdə 888.74 manat borc vardır. - xx.xx.2024-cü il tarixli MN ******* saylı “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 282.1-ci maddəsinə əsasən 100 manat məbləğində inzibati cərimə edimişdir. - xx.xx.2024-cü il tarixli ********** saylı qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia qaldırılması üçün 30.40 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 3.1.10-cu bəndinə əsasən bu Qaydaların 2.11-1-ci və 2.11-2-ci bəndlərinin tələbləri nəzərə alınmaqla istehlakçıların qaz sayğaclarının işlək və toxunulmaz vəziyyətdə olmasını müəyyən etmək məqsədilə yaşayış sahələrinin daxili ndə quraşdırılmış qaz sayğaclarına 6 (altı) ayda 1 (bir) dəfə, digər qaz sayğaclarına isə 3 (üç) ayda 1 (bir) dəfə onlara baxış keçirməli, nəticəsini aktla rəsmiləşdirməli və aktın 1 (bir) nüsxəsini istehlakçıya təqdim etməlidir; 4.2-ci bəndinə əsasən məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin qaydaların 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin qaydaların 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilməli, iddiaçı Cavabdeh İddiaçınə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi əsaslı olmadığından təmin edilməməlidir. Məhkəmə İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia tələbinin 777.60 manat təbii qazdan qeyri-qanuni istifadə edilməsi ilə bağlı aparılmış hesabat” hissəsinə münasibətdə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən halları ilə Cavabdeh 2024-cü ilin mart təbii qazdan istifadə qaydalarının pozması nəticəsində 777.60 manat dəymiş ziyanın hesablanması əsaslıdır. Belə ki, Cavabdeh 2024-cü ilin mart ayında qanunsuz olaraq qazdan istifadə etmiş, İddiaçı İB isə Cavabdeh qaz sayğacının nominal saatlıq qaz sərfi 6 m³/saat, günlük iş rejimi 12 saat, hesabat müddəti 90 gün təbii qazdan qanunsuz istifadə etdiyini iddia edərək 777.60 manat hesablamışdır. Məhkəmə hesab edir ki, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə etməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi “Qazdan istifadə qaydaları”na uyğun olaraq qaz sayğaçı mənzildən kənarda quraşdırıldığından, Cavabdeh qanunsuz olaraq təbii qazdan 3 ay istifadə etməyi əsas götürülməli, dəymiş ziyan 3 ay müddətinə hesablanılaraq 777.60 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 yanvar 2006-cı il tarixli qərarında qeyd etmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Məhkəmə iddiaçı Cavabdeh İddiaçınə qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsi ilə bağlı qeyd edir ki, göründüyü kimi itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə hesablanmış cərimə məbləği 3 ay müddətini nəzərdə tutur. Eyni zamanda Cavabdeh xx.xx.2024-cü il tarixdə fərdi yaşayış evində qaz paylayıcısına qanunsuz qoşulmaqla təbii qazın talanması nəticəsində az miqdarda ziyan vurduğuna görə xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən İXM-nin 282.1-ci maddəsi ilə 100 manat məbləğdə inzibati cərimə olunmuşdur. İş materialları ilə Cavabdeh əməlləri nəticəsində itirilmiş qaza görə 777.60 manat məbləğdə maddi ziyan vurulması öz təsdiqini tapdığından məhkəmə iddiaçı Cavabdeh İddiaçınə qarşı “akt əsasında hesablanmış borcun silinməsi tələbi”nə dair iddia ərizəsini əsaslı hesab etmir. İddia tələbinin qaz sərfinə görə hesablanmış 111.14 manat borcun tutulması hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən qanunvericilik normalarına, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə və sayğac göstəricilərinə əsasən cavabdehin təbii qazdan istifadəyə görə sayğac göstəricilərinə əsasən 111.14 manat borcu yarandığı müəyyən edilir. Odur ki, İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilərək Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 111.14 manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 777.60 manat borc tutularaq İddiaçı xeyrinə ödənilməli, iddia tələbi təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 30 (otuz) manat hissəsi və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pul Cavabdeh tutularaq İddiaçı İB-nin xeyrinə ödənilməlidir. İddiaçı Cavabdeh İddiaçınə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair iddia tələbi əsaslı olmadığından təmin edilməməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 216-220, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı “pul tələbi”nə dair iddia ərizəsi təmin edilsin. Cavabdeh sayğac göstəricisinə əsasən aparılmış hesabata görə 111.14 (bir yüz on bir manat, on dörd qəpik) manat və itirilmiş qazın bərpası üçün aparılmış hesabata görə 777.60 (yeddi yüz yetmiş yeddi manat, altmış qəpik) manat olmaqla, cəmi 888.74 (səkkiz yüz səksən səkkiz manat yetmiş dörd qəpik) manat borc, ödənilmiş dövlət rüsumunun əvəzi 30 (otuz) manat və bank xidmət haqqının əvəzi kimi 0.40 (qırx qəpik) manat pul tutularaq İddiaçınə (bank hesabları: ABB, Kod 8051700,M/H: AZ03NABZ********************, VÖEN **********, S.W.İ.F.T. İBAZAZ2X, AZ95İBAZ********************) ödənilsin. İddiaçı Cavabdeh İddiaçınə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbi”nə dair iddia tələbi təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar