Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1467/2025 24.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərova Şəfəq Natiq qızının sədrliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İddiaçı MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 borc müqaviləsinə əsasən 2597 (iki min beş yüz doxsan yeddi) manat əsas borc, 46 (qırx altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 2643 (iki min altı yüz qırx üç) manat məbləğində pul vəsaitinin alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iş üzrə Cavabdeh İddiaçı MMC-dən təfərrüatları aşağıdakı cədvəldə göstərilmiş borc müqaviləsi (müqavilələri) əsasında ümumi dəyəri 3409 (üç min dörd yüz doqquz) manat olan məişət avadanlığı (avadanlıqları) əldə edib. Cavabdehin müqavilə (müqavilələr) üzrə ödənişlər etdikdən sonra iddiaçıya 2597 (iki min beş yüz doxsan yeddi) manat əsas borcu qalıb. xx.xx.2023cü il tarixli EHK6379689-O nömrəli müqavilə üzrə 225 manat; xx.xx.2023-cü il tarixli EHK6380037 nömrəli müqavilə üzrə 189 manat; xx.xx.2023-cü il tarixli EHK6380039 nömrəli müqavilə üzrə 270 manat; xx.xx.2024-cü il tarixli EHK6757044 nömrəli müqavilə üzrə 1113 manat; xx.xx.2024-cü il tarixli EHK6757516 nömrəli müqavilə üzrə 800 manat. Yuxarıda göstərilənləri nəzərə alaraq, Cavabdeh müqavilə (müqavilələr) üzrə 2597 (iki min beş yüz doxsan yeddi) manat əsas borc, 46 (qırx altı) manat məbləğində ödənilmiş dövlət rüsumunun cəmi olan 2643 (iki min altı yüz qırx üç) manat pulun alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılması zəruridir. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş İş materiallarına əlavə edilmiş Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 29 oktyabr 2023-cü il EHK6379689-O nömrəli, 05 dekabr 2023-cü il EHK6380037 nömrəli, 05 dekabr 2023-cü il EHK6380039 nömrəli, 02 aprel 2024-cü il EHK6757044 nömrəli, 05 iyun 2024-cü il tarixli EHK6757516 nömrəli müqavilələrdən görünür ki, Cavabdeh İddiaçı MMC-dən 540 manat olan məişət avadanlığını ilkin olaraq 0 manat ödəyərək aldığını, qalan 540 manat məbləği 45 manat olmaqla 12 ay müddətində, qiyməti 344 manat olan məişət avadanlığını ilkin olaraq 20 manat ödəyərək aldığını, qalan 324 manat məbləği ayda 27 manat olmaqla 12 ay müddətində , qiyməti 435 manat olan məişət avadanlığını ilkin olaraq 30 manat ödəyərək aldığını, qalan 405 manat məbləği ayda 27 manat olmaqla 15 ay müddətində, qiyməti 1290 manat olan məişət avadanlığını ilkin olaraq 18 manat ödəyərək aldığını, qalan 1272 manat məbləği ayda 53 manat olmaqla, 24 ay müddətinə və qiyməti 800 manat olan məişət avadanlığını ilkin olaraq 0 manat ödəyərək aldığını, qalan 800 manat məbləği ayda 40 manat olmaqla, 20 ay müddətinə ödəməyi öhdəsinə götürdüyünü bildirmişdir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2025-cü il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh 29 oktyabr 2023-cü il tarixli müqavilə üzrə 225 manat, 05 dekabr 2023cü il tarixli EHK6380037 nömrəli müqavilə üzrə 189 manat, 05 dekabr 2023-cü il tarixli EHK6380039 nömrəli müqavilə 270 manat, 02 aprel 2023-cü il tarixli 1113 manat və 05 iyun 2024-cü il tarixli müqavilə üzrə İddiaçı MMC-yə 800 manat ödənilməmiş manat borcu vardır. İş materiallarına əlavə edilmiş xx.xx.20225-ci il tarixli Pretenziyadan görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh borcmüqavilələrindən irəli gələn öhdəliklərini vaxtında icra etmədiyinə görə həmin günə ümumilikdə 2597 manat qalıq borcunun olduğu bildirilmişdir. Azərbaycan Respublikasının MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5-ci maddəsinə uyğun olaraq cavabdehə bildiriş göndərməklə ona iddia tələbinə dair əsaslandırılmış etirazını, dəlillərini və sübutlarını təqdim etmək təklif olunsa da cavabdehdən iddiaya dair etiraz daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Beləliklə, təqdim edilmiş sənədlərlə təsdiq olunur ki, tərəflər arasında borcun etiraf edilməsinə dair müqavilə bağlanmış, cavabdeh iddiaçı qarşısında 29 oktyabr 2023-cü il EHK6379689-O nömrəli, 05 dekabr 2023-cü il EHK6380037 nömrəli, 05 dekabr 2023-cü il EHK6380039 nömrəli, 02 aprel 2024-cü il EHK6757044 nömrəli, 05 iyun 2024-cü il tarixli EHK6757516 nömrəli müqavilələr üzrə ümumilikdə 2597 manat borc öhdəliyi olduğunu etiraf etmişdir. Lakin, cavabdeh müqavilə üzrə etiraf etdiyi pul öhdəliyini lazımınca yerinə yetirməmişdir, onun iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi qalmışdır. Odur ki, iddiaçı müqavilə şərtlərinə isnad edərək cavabdehdən əsas borcun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə baxışında tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, cavabdeh X1 borc müqavilələrinə əsasən 2597 manat əsas borc, 46 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 2643 manat məbləğində İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia tam təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 46 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 284-5, 284-6, 357-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia təmin edilsin. Cavabdeh 29 oktyabr 2023-cü il EHK6379689-O nömrəli, 05 dekabr 2023-cü il EHK6380037 nömrəli, 05 dekabr 2023-cü il EHK6380039 nömrəli, 02 aprel 2024-cü il EHK6757044 nömrəli, 05 iyun 2024-cü il tarixli EHK6757516 nömrəli müqavilələr üzrə ümumilikdə 2597 manat pul, 46 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi olan 2643 manat məbləğində pul vəsaiti alınaraq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-1467/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1467/2025
24.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver