Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1483/2024 28.06.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KODU **********90650 SAMSUNG J2 markali telefon, LG LED TV üçün 238.4 (iki yüz otuz səkkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat altmış qəpik) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən SOYUDUCU SAMSUNG üçün 1618 (min altı yüz on səkkiz) ) manat ödənilməmiş hissə, 161(yüz altmış bir) manat cərimə pulu, ümumilikdə, 2041 manat borc və 40.41 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məhsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1876 (min səkkiz yüz yetmiş altı) manat (12 ay x 145 manat+136 manat ilkin ödəniş) İmein kodun **********90650 SAMSUNG J2 markalı telefon, LG LED TVüçün ümumilikdə, 262 (iki yüz altmış iki) manat olmaqla ondan, 238.4 (iki yüz otuz səkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 23.6 (iyirmi üç manat altmış qəpik) manat cərimə; xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 1728 (min yeddi yüz iyirmi səkkiz) manat (24 ay x 72 manat + 0 manat ilkin ödəniş) SOYUDUCU SAMSUNGüçün ümumilikdə, 1779 (min yeddi yüz yetmiş doqquz) manat olmaqla ondan, 1618 (min altı yüz on səkkiz) manat ödənilməmiş hissə, güzəşt olunaraq 161 (yüz altmış bir) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi 1747.6 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində “Müştəri” mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2018-ci il və xx.xx.2018 il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2024-cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********90650 SAMSUNG J2 markalı telefon, LG LED TV və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən SOYUDUCU SAMSUNGu cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, 238.4 (iki yüz otuz səkiz manat qırx qəpik) manat ödənilməmiş hissə, 23.6 (iyirmi üç manat altmış qəpik) manat cərimə, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən 1618 (min altı yüz on səkkiz) manat ödənilməmiş hissə, 161 (yüz altmış bir) manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İmein kodun **********90650 SAMSUNG J2 markalı telefon, LG LED TV üçün 238.4 (iki yüz otuz səkiz manat qırx qəpik) manat əsas borc, xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, SOYUDUCU SAMSUNG üçün 1618 (min altı yüz on səkkiz) manat əsas borc Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən 90 manat cərimə məbləği tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 39 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləyə əsasən, İMEİ KODU **********90650 SAMSUNG J2 MARKALİ TELEFON, LG LED TV və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən SOYUDUCU SAMSUNG üçün ümumilikdə 1856.4 (bir min səkkiz yüz əlli altı manat qırx qəpik) manat ödənilməmiş hissə, 90 (doxsan) manat cərimə, 39 (otuz doqquz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1483/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1483/2024
28.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver