Məhkəmə qərarları › İş №e-2(075)-1487/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1487/2025

24.11.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1487/2025 24.11.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Hüryanova Şəbnəm Fərhad qızının katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi Vəkil, Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X9 iştirakları ilə Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 13 may 2009-cu il tarixdə Şəki rayonunda anadan olmuş, Şəki rayonu, Oxud kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan oğlu X3 fəaliyyət qabiliyyəti olmayan hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 320.2-ci maddəsinə əsasən fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs X3 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, əri X7 5 mart 1975-ci ildə, o isə, 23 avqust 1983-cü ildə, Şəki rayonu Oxud kəndində anadan olmuşlar. Onlar, 24 avqust 2003-cü ildə rəsmi qaydada ailə qurmuşlar. Birgə nikahlarından 13 may 2009-cu ildə uşaqları X10 anadan olmuşdur. Oğlu - X10 F73.1 qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu xəstəliyindən əziyyət çəkmiş və hərəkətlərinin mənasını dərk edə bilməmişdir. Doğulduğu vaxtdan Eminə o, zəruri qulluq göstərmişdir. Uzun illərdir ki, X10 xəstəliyinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarına malik deyildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair arayışda qeyd edilmişdir ki, 13 may 2009-cu il tarixdə doğulmuş X10 əmək qabliyyətsiz olmaqla əlillik səbəbi ümumi xəstəlik olmuş və birinci dərəcəli əlillik təyin edilmişdir. Bu səbəbdən müraciət edərək, X6 qəyyum təyin edilməsini Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasından xahiş etmişdir. Həmin Komissiya 2 aprel 2025-ci il tarixli məktubla bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34.2-ci-maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra X10 üzərində qəyyum təyin edilməsi məsələsinə baxılacaqdır. Odur ki, qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Məhkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi iddia ərizəsinin məzmununa uyğun izahat verərək, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının etibarnamə üzrə nümayəndəsi X16 məhkəmə iclasında izahat verərək, ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. İş materiallarında olan; 17 mart 1975-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 5 mart 1975-ci ildə Şəki rayonu Oxud kəndində anadan olmuşdur. Anası qrafasında X1, atası qrafasında isə X8 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 17 mart 1975-ci ildə 30 № ilə qeyd edilmişdir. 5 sentyabr 1983-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 5 sentyabr 1983-cü ildə Şəki rayonu Oxud kəndində anadan olmuşdur. Anası qrafasında X15, atası qrafasında X17 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 5 sentyabr 1983-cü ildə 90 № ilə qeyd edilmişdir. 13 may 2009-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 13 may 2009-cu ildə Şəki şəhərində anadan olmuşdur. Anası qrafasında Ərizəçi, atası qrafasında X7 qeyd edilmişdir. Bu barədə doğum haqqında akt qeydləri kitabında 13 may 2009-cu ildə 39 № ilə qeyd edilmişdir. Şəki regional “Asan Xidmət” X14 tərəfindən verilmiş 19 aprel 2025-ci il tarixli, AZ-lİ № 668604 saylı “nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, Ərizəçi ilə X7 9 mart 2002-ci ildə evlənmişlər. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında oğlu 19 aprel 2025-ci ildə 11 № ilə qeyd edilmişdir. Evləndikdən sonra ərə Məmmədeminov, arvada Məmmədeminova soyadı verilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəniyə dair məlumatın verilməsi haqqında 17 fevral 2025-ci il tarixli arayışdan görünür ki, 13 may 2009-cu il təvəllüdlü X10 birinci dərəcə əlildir, əmək qabiliyyətsizdir, ona qulluq və müalicə tələb edən ciddi davranış pozuntusu diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının Aparatı tərəfindən Ərizəçi ünvanlanmış 2 aprel 2025-ci il tarixli məktubdan görünür ki, ona 13 may 2009-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin xx.xx.2025-ci il tarixli, 2824 saylı rəyindən görünür ki, 13 may 2009-ci il təvəllüdlü X5 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F72.1) müəyyən edilir. X10 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir. X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə kifayət qədər əsaslar vardır. ********** saylı, xx.xx.2025-ci il tarixli ödəniş qəbzinin surətindən görünür ki, ərizəçi tərəfindən ərizənin verilməsi üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Məhkəmə, məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxaraq, müvafiq hüquq normalarını tətbiq etməklə hüquqi qiymət verib belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Göründüyü kimi X5 ağır dərəcəli əqli gerilik davranış pozuntuları ilə (F72.1) müəyyən edilir. X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin də müvafiq rəyi vardır. Ərizəçi X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 13 may 2009-cu il tarixdə Şəki rayonunda anadan olmuş, Şəki rayonu, Oxud kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Ərizəçi tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 13 may 2009-cu il tarixdə Şəki rayonunda anadan olmuş, Şəki rayonu, Oxud kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X10 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar