Məhkəmə qərarları › İş №e-2(075)-1489/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1489/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1489/2024 26.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00162 Samsung Galaxy A21S markalı telefon, Mİ Airdots qulaqlıq, Zefit qol saatı, Powerbank Canyon üçün 112.6 (yüz on iki manat altmış qəpik) manat əsas, 11.4 (on bir manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 124 (bir yüz iyirmi dörd) manat borcun və 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh "xxxx" MMC ilə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00162 Samsung Galaxy A21S markalı telefon, Mİ Airdots qulaqlıq, Zefit qol saatı, Powerbank Canyon almış və nəticədə 124 (yüz iyirmi dörd) manat borc yaranmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqavilənin şərtlərini pozmuş və nəticədə alqı-satqı qiyməti 899.4 (səkkiz yüz doxsan doqquz manat qırx qəpik) manat (12 ay x 66.7 manat + 99 manat ilkin ödəniş) olan İmei kod **********00162 İmei kod **********00162 Samsung Galaxy A21S markalı telefon, Mİ Airdots qulaqlıq, Zefit qol saatı, Powerbank Canyon üçün ümumilikdə 124 (yüz iyirmi dörd) manat olmaqla ondan, 112.6 (yüz on iki manat altmış qəpik) manat ödənilməmiş hissə, 11.4 (on bir manat qırx qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, xx.xx.2020-ci il tarixində İmei kod **********00162 samsung galaxy A21S markalı telefon və yeni qizil zemanet (rəqəmsal) 2 il xidmətindən imtina etmişdir 607.8 manat borcundan silinmişdir. Cavabdehin xx.xx.2020-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2021-ci il olmaqla cəmi ödədiyi məbləğ 179 manat, məhsul qaytarıldıqdan sonra qoyulan qiymət 607.8 manat, ümumilikdə, 786.8 manat təşkil edir. Həmçinin müqavilənin təminatı olaraq xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmış, Cavabdeh2 ilə "xxxx" MMC qarşısında alıcı Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və borcludur. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 567.1, 600.1, 600.4, 465, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00162 Samsung Galaxy A21S markalı telefon, Mİ Airdots qulaqlıq, Zefit qol saatı, Powerbank Canyon üçün 112.6 (yüz on iki manat altmış qəpik) manat əsas, 11.4 (on bir manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 124 (bir yüz iyirmi dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq "xxxx" MMCnə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00162 Samsung Galaxy A21S markalı telefon, Mİ Airdots qulaqlıq, Zefit qol saatı, Powerbank Canyon üçün 112.6 (yüz on iki manat altmış qəpik) manat əsas, 11.4 (on bir manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 124 (bir yüz iyirmi dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 26 iyul 2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 09:30-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 09:40-da qurtardı. Hakim: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-1489/2024 26 iyul 2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********00162 Samsung Galaxy A21S markalı telefon, Mİ Airdots qulaqlıq, Zefit qol saatı, Powerbank Canyon üçün 112.6 (yüz on iki manat altmış qəpik) manat əsas, 11.4 (on bir manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 124 (bir yüz iyirmi dörd) manat borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu müştərək qaydada alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar