Məhkəmə qərarları › İş №e-2(075)-1497/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1497/2024

29.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1497/2024 29.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********81543 X1 12 markalı telefon üçün, 520.34 (beş yüz iyirmi manat, otuz dörd qəpik) manat əsas, 52.66 (əlli iki manat, altmış altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********05603 X1 12 markalı telefon üçün 409.15 (dörd yüz doqquz manat on beş qəpik) manat əsas, 40.85 (qırx manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1023 (min iyirmi üç) manat borcun və 30,23 (otuz manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2023-ci il, xx.xx.2023-ci il tarixli müqavilələrinə əsasən, İmei kod **********81543 X1 12 markalı telefon, İmei kod **********05603 X1 12 markalı teleaflomnış və nəticədə 1023 (bir min iyirmi üç) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 694.92 (altı yüz doxsan dörd manat, doxsan iki qəpik) manat (12 ay x 57.91 manat + 0 manat ilkin ödəniş) İmei kod **********81543 X1 12 markalı telefon üçün ümumilikdə 573 (beş yüz yetmiş üç) manat olmaqla ondan, 520.34 (beş yüz iyirmi manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 52.66 (əlli iki manat, altmış altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 534.96 (beş yüz otuz dörd manat, doxsan altı qəpik) manat (12 ay x 44.58 manat + 0 manat ilkin ödəniş) İmei kod **********05603 X1 12 markalı telefon üçün ümumilikdə, 450 (dörd yüz əlli) manat olmaqla ondan, 409.15 (dörd yüz doqquz manat, on beş qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 40.85 (qırx manat, səksən beş qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 300.39 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 567.1, 600.1, 600.4, 465, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********81543 X1 12 markalı telefon üçün, 520.34 (beş yüz iyirmi manat, otuz dörd qəpik) manat əsas, 52.66 (əlli iki manat, altmış altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********05603 X1 12 markalı telefon üçün 409.15 (dörd yüz doqquz manat on beş qəpik) manat əsas, 40.85 (qırx manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1023 (min iyirmi üç) manat borc və 30,23 (otuz manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən İmei kod **********81543 X1 12 markalı telefon üçün, 520.34 (beş yüz iyirmi manat, otuz dörd qəpik) manat əsas, 52.66 (əlli iki manat, altmış altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********05603 X1 12 markalı telefon üçün 409.15 (dörd yüz doqquz manat on beş qəpik) manat əsas, 40.85 (qırx manat, səksən beş qəpik) manat cərimə borcu olmaqla, cəmi 1023 (min iyirmi üç) manat borc və 30,23 (otuz manat iyirmi üç qəpik) manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi 29 iyul 2024-cü il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Vəliyev Elşən Yaşar oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 11:00-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 11:10-da qurtardı. Hakim: Elşən Vəliyev Azərbaycan Respublikası adından QƏTNAMƏDƏN ÇİXARİŞ Şəki Rayon Məhkəməsi Şəki şəhər İş № 2(075)-1497/2024 29 iyul 2024-cü il Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borcun ödənilməsi tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********81543 X1 12 markalı telefon üçün, 520.34 (beş yüz iyirmi manat, otuz dörd qəpik) manat ödənilməmiş hissə, 52.66 (əlli iki manat, altmış altı qəpik) manat cərimə; xx.xx.2023-ci il tarixli müqaviləyə əsasən, İmei kod **********05603 X1 12 markalı telefon üçün , 409.15 (dörd yüz doqquz manat, on beş qəpik) manat ödənilməmiş hissə, 40.85 (qırx manat, səksən beş qəpik) manat cərimə olmaqla ümumilikdə 1023 manat borc, 30,23 manat ödənilmiş dövlət rüsumu alınaraq "xxxx" MMC-nə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar