Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1498/2022 28.09.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi iddiaçı X3 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Dəymiş ziyanın bərpasına dair 28 noyabr 2019 tarixli Tələbnamə” əsasında əsassız hesablanmış 4968m qaz sərfiyyatının və **********00000 abonent koduna vurulmuş 496,8 manat (dörd yüz doxsan altı manat səkkiz qəpik) cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Mən, ünvan 1 ünvanında yaşayır. 02 avqust 2019-cu il tarixində Cavabdeh Şəki sahəsi əməkdaşları yaşadığı ünvana gələrək, evə quraşdırılmış qaz sayğacına baxış zamanı sayğacda 200 manat borcu olduğunu aşkarlamışlar və sayğacı yeni smart sayğacla əvəzləmişlər və qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* No-li AKT tərtib etmişlər. Sayğacı çıxararkən isə o iştirak etməmişdir. Əməkdaşlar sayğacı açıb götürmə səbəbinin sayğacda 200 manat borcu olduğunu və yeni smart sayğacla bu məbləği 50/50 ödəməli olduğunu bildirmişlər. Sayğacı götürdükdən bir neçə ay sonra əraziyə nəzarət edən məsul şəxs evinə gələrək 22 oktyabr 2019 -cu il tarixində laboratoriyada sayğacın yoxlanılması zamanı sayğaca müdaxilə olunduğunun aşkar olunması barədə məlumat vermişdir. Bu səbədən də Cavabdeh tərəfindən dəymiş ziyanın bərpasına dair 28 noyabr 2019 tarixində Tələbnamə qəbul edilmişdir. Tələbnamədə Sayğaca müdaxiləyə görə ona 496,8 manat cərimə kəsilmiş və kəsilmiş cərimənin ödənilməsi üçün protokol tərtib etmişlər. Lakin o bu protokolu imzalamamışdır. Səbəb sayğac onun evindən 20-25 metr məsafədədir və yol kənarındadır və heç bir şəkildə sayğaca müdaxilə etməmişdir. Bir neçə gün sonra yenə həmin nəzarətçi evinə gəlimiş və razılaşdırma protokoluna imza atmadığı üçün imtina ərizəsinə imza atmalı olduğunu söyləmişdir. Səbəb olaraq da Cavabdeh kəsilmiş borcu ödəmədiyi üçün onu məhkəməyə verməli olduğunu söyləmiş və o imtina ərizəsini imzalamışdır. Bir neçə ay sonra smart kartda borcunun qalıb qalmadığını öyrənmək üçün Şəki şəhər Asan xidmətinə müraciət etmişdir. İmtina ərizəsini imzalamağına baxmayaraq Şəki Asan xidməti əməkdaşı tərəfindən ona razılaşma protokolu təqdim olunmuşdur. xx.xx.2021 tarixli protokol saxtadır. Cavabdeh Şəki sahəsi saxta protokol tərtib etmiş və onun imzasının təqlid etmişlər. Halbuki o elə bir sənəd görməmiş və imza atmamışdır. Tərtib etdikləri sənədi özlərinə təqdim etdikdə səhvən olub deyə sənədi götürmüşlər. Həmin sənədin şəkli əlindədir və maddi sübut olaraq təqdim edə bilər. Onun imza atdığı imtina ərizəsi də sözü gedən müəsisədə idi. Səhvən olub desələr də həmin sənəddən bir neçə ay sonra smart kartına pul köçürmə zamanı karta yüklədiyim məbləğlə sayğaca yüklənən məbləğ arasında fərqi görmüş və təkrar Şəki Asan xidmətinə müraciət etmişdir. Bu zaman sözü gedən müəssisənin onun xəbəri və icazəsi olmadan smart kartına müdaxilə etdiyini və dəfələrlə vurduğu məbləğin 30%-ni tutduqlarını öyrənmişdir. Müəssisəyə yaxınlaşıb nə səbəblə karta müdaxilə olunduğunu və vurduğu məbləğin niyə azaldığını öyrənmək istədiyində isə ona verdikləri cavab artıq sistemə oturub və avtomatikləşdirilib olmuşdur. O sözügedən məbləğin qaztəchizatı müəssisəsinə ödənilməsi tələbini əsassız hesab edir. Qaztəchizatı müəssisəsi ounu tərəfindən müdaxilə olunmayan qaz sayğacının dəyərini tələb edir. Qaztəchizatı müəssisəsi tələb etdiyi pulu heç bir şəkildə əsaslandırmamışdır. Məlumdur ki, qaztəchizatı müəssisəsinin işçiləri sayğacın göstəricilərini hər 15 gündən bir götürürlər. Onun sayğacında heç bir problem yoxdur. Sayğacı hər hansı bir müdaxiləyə görə dəyişməyiblər. Hər ay istehlak etdiyi qaz, ödədiyi qazın məbləğindən çox olduğu üçün sayğacda borcun artmasına səbəb olub. Sayğacı dəyişərkən verilən məlumat o olmuşdur ki, qazın istifadə olunan məbləği ödənildiyindən çox olduğu üçün smart sayğac quraşdırılır və 50/50 smart kartla ödəməli olduğunu bildirmişlər. Deyildiyi kimi borcunu tam şəkildə ödəmişdir. Sayğaca müdaxilə etmiş olsa 200 manat borc görsənməzdi və əməkdaşların dediyi kimi hər ay borcu artmazdı. Həmin aktda da guya saygacın hesablama mexanizminin qapağı yan tərəfdən əzilib və daxili qulaqcıqları kəsilib. Əgər tərəfindən saygacın hesablama mexanizminə hər hansisa bir müdaxilə edilibsə, onda tərəfindən saygacda olan plomba müdaxilə olunmalı idi. Onun hər hansı şəkildə sayğaca müdaxiləsi olmamışdır. Aktda qeyd olunanlar düzgün deyildir və ona hesabalnmış 496,8 manat cərimə əsassız və qanunsuzdur. Göründüyü kimi cavabdehin təşkilatın nümayəndələri qarşılarına qoyulmuş kvotanı doldurmaq üçün onu qanunsuz olaraq cərimə etmişlər. Akt tərtib edilən zaman akta o ümumiyyətlə imza etməmişdir. Cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir akt tərtib etməklə müvafiq tələbləri pozmuşlar və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Məcburiyyət qarşısında qalaraq aktın ləğv edilməsi və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında izahat verərək bildirdi ki, o Azəriqaz tərəfindən təqdim edilmiş razılaşma sənədinə imza atmamışdır. Kartına müdaxilə olunur və karta pul vurduqda həmin pulu tuturlar. Elə olub Asan xidmətə getmiş və ona həmin sənədi təqdim etmişlər. Qaz idarəsinə getdikdə isə pulun tutulmasının avtomatikləşdirildiyini və 446.80 manat borc silinənədək tutulacağını bildirmişdirlər. Məhkəmədən borcunun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Etiraz ərizəsində göstərilmişdir ki, İddiaçı cavabdeh “Azərıqaz” İstehsalat Birliyinə qarşı Cavabdeh İB-nın Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 496.80 manat borcun silinməsi tələbi barədə iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı cavabdeh “Azərıqaz” İstehsalat Birliyinə qarşı tələbi aşağıdakı əsaslara gora təmin edilməməlidir. Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı istifadəsində olan G4 markalı ******* nömrəli qaz sayğacına istehlakçının nümayəndəsinin iştirakı ilə qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmiş, əvəzində isə **********8 saylı sayğac quraşdırılmışdır. Dövlət yoxlamasından keçirilmiş qaz sayğacının texniki vəziyyəti ilə bağlı rəy verən Metrologiya Departamentinin xx.xx.2019-cu il tarixli 29/1710- 03011-1 saylı aktında göstərilmişdir ki, sayğacın daxili qulaqcıqlarda əzik cızıq izləri vardır (qaz itkisi, müdaxilə). Bununla əlaqədar iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz cihazlarının saatlıq sərfiyyatına uyğun itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2019-ci il tarixli 'dəymiş ziyanın bərpasına dair tələbnaməsinə" ilə 4968 m³ (və ya 496.80 manat) həcmində müəyyən edilmişdir. Mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları" nın 4.9-cu bəndinə əsasən, qaz sayğacının zədələnməsi dedikdə onun hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s. başa düşülür. Abonentin və ya onunla razılıq əsasında digər şəxsin müdaxiləsi olmadan sayğacda baş vermiş həmin zədələnmələrə görə abonent heç bır məsuliyyət daşımır və zədələnmiş sayğacın dəyişdirilməsi fiziki şəxs olan istehlakçılara münasibətdə qaz paylayıcısınııı hesabına həyata keçirilir. Lakin sayğacın zədələnməsi ona müdaxilə nəticəsində baş vermişsə, bu zaman təqsirli hərəkətin törədilməsi faktı mövcud olur. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Göstərilənlərə əsasən, məhkəmə iclasının iştirakları olmadan keçirilməsini, X1 Cavabdehnə qarşı “Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 496.80 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 10 avqust 2014-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Elestr” tipli G- 4 markalı ******* nömrəli sayğac, əvəzində yeni G-4 markalı **********5618 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Aktda qeyd edilmişdir ki, sayğacın və plombun toxunulmazlığına cavabdeh şəxs İddiaçıdır. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 noyabr 2019-cu il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, ARDNŞ Cavabdeh İB-nin 14 oktyabr 2019-cu il tarixli MSK 29/1710- 03011 saylı aktına əsasən sayğacın hesablama qapağı yan tərəfdən əzilməsi, daxili qulaqcıqların kəsilməsi aşkar olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq, iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 28 noyabr 2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı ünvan 3 ünvanında yerləşən ******* saylı akta əsasən qaz işlədicilərindən PQ 3-nin maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün, Dəmir sobanın maksimal saatlıq qaz sərfi 1.4 m3/saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 4968 m3 müəyyən edilmişdir. Göründüyü kimi, ******* nömrəli akta əsasən iddiaçıya məxsus ünvan 3 ünvanında yaşadığı evdə quraşdırılmış “Elestr” tipli G-4 markalı ******* nömrəli sayğac hesablama qapağı yan tərəfdən əzildiyindən, daxili qulaqcıqların kəsildiyindən çıxarılmış, əvəzində yeni G-4 markalı **********5618 saylı sayğac quraşdırılmışdır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın hesablama qapağı yan tərəfdən əzilməsi, daxili qulaqcıqların kəsilməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın hesablama qapağı yan tərəfdən əzilməsi, daxili qulaqcıqların kəsilməsi” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia 28 noyabr 2019-cu il tarixli, ******* nömrəli akt əsasında G-4 markalı, ******* nömrəli sayğac üzrə hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X7 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 28 noyabr 2019-cu il tarixli, ******* nömrəli akt üzrə itirilmiş qaz sərfiyyatı kimi 496.80 manat məbləğində hesablanmış borc İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən dəymiş ziyanın bərpasına dair 28 noyabr 2019-cu il tarixli ******* nömrəli akt əsasında hesablanmış 496.80 manat borc İddiaçı hesabından silinsin. Cavabdeh İB-dən 30 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev
Məhkəmə qərarları › İş №e-2(075)-1498/2022
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1498/2022
28.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver