Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1499/2023 31.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Məsləhətçi (iclas katibi) Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh və X2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X1 aldığım ** LX *** dövlət qeydiyyat nömrəli Vaz 2106 markalı avtomobilin onun hesabına geri qaytarılması və həmin avtomobilin alınması üçün ödədiyi 3780 (üç min yeddi yüz səksən) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 58.20 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının cavabdehlər X3 və Cavabdeh müştərək qaydada alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, özü üçün avtomobil almaq istəyirdi. Şəki rayonu Aydınbulaq kənd sakini Orxan adlı ustaya bildirmişdir ki, o maşın almaq istəyir. Orxan da ona bildirdimişdir ki, Oğuz rayonu Kərimli kəndidə yaxşı maşın var. Ona görə də xx.xx.2023-cü ildə Orxan, o və tanışı Nadir adlı şəxslə Oğuz rayonu Kərimli kəndinə getmişlər. Orada Orxan ona qızılı rəngdə VAZ 2106 markalı avtomobil göstərmiş və bildirmişdir ki, “o maşına baxmış, maşın saz vəziyyətdədir”. Ona görə də o Orxanın usta olmasına inanaraq həmin ** LX *** dövlət qeydiyyat nömrəli Vaz 2106 markalı avtomobili Qəbələ rayonu Bayramçoxa kənd sakini X1 3780 manata almışdır. Bundan sonra onlar həmin avtomobili rəsmiləşdirmək üçün Şəki şəhərinə gəlmişlər. O həmin vaxt avtomobilin mülkiyyətçisindən avtomobilin hər hansı probleminin olub-olmadığını soruşmuş, o da abtomobilin heç bir problemi olmadığını bildirmişdir. O da onun sözünə etibar edərək həmin avtomobili almışdır. Lakin o avtomobili ustaya aparanda avtomobin çoxlu sayda probleminin olduğunu bildirdilər. Ona görə də o Mirsəmədə müraciət edərək onu saz avtomobil satdığını inandırsa da avtomobili alandan usta yolunda qaldığını bildirmişdir. Avtomobili alarkən ödədiyi 3780 manatı qaytarmaqla avtomobili geri qaytarmağı təklif etmişdir. Belə ki, Mirsəməd ona nasaz avtomobil satmısdır. Lakin Mirsəməd bunların heç biri ilə razılaşmamış, nə pulunu qaytarmayacağını, avtomobili də geri almayacağını bildirmişdir. Beləliklə Qəbələ rayonu Bayramçoxa kənd sakini X3 və Şəki rayonu Aydınbulaq kənd sakini Orxan adlı usta onu aldadaraq ona nasaz avtomobil satmaqla onu 3780 manat ziyan vurmuşlar. Buna görə də o şikayət ərizəsi ilə Şəki Şəhər- Rayon Polis Şöbəsinə müraciət etmişdir. Lakin 05 may 2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarla Şəki ŞRPŞ-də toplanmış HK-1/653 nömrəli material üzrə cinayət işi başlanılması rədd edilmiş və ona göstərilən xüsusatlar mülki xarakterli məsələ olduğundan məhkəmə orqanlarına müraciət etməli olmağı izah edilmişdir. Ona görə də o hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh X3 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlərin hərəkətləri nəticəsində ona maddi ziyan dəymişdir. Avtomobili sonradan digər avtomobil satıcılarına satmaq istədikdə ona hazırki qiyməti 3000 manat olduğu bildirilmişdir. Bu səbəbdən də avtomobili qaytarmaqla ödədiyi 3780 manat pulun cavabdehlərdən müştərək qaydada alınaraq ona verilməsi ilə bağlı məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, qeyd olunan avtomobilin alınmasında İddiaçı tanışı kimi iştirak etmişdir. Bir dəmirçi kimi avtomobildə olan problemləri ona bildirmişdir. Avtomobilin alınması ilə bağlı hər hansı təkidi olmamışdır. Öz avtomobili ilə Oğuz rayonuna gedib-gəlməklə bağlı İddiaçı ona 15 manat yanacaq pulu vermişdir. Bundan başqa İddiaçı hər hansı pul almamışdır. İddianın ona qarşı olan hissəsinin təmin edilməməsini məhkəmədən xahiş edir. İşin halları Cinayət işinin başlanmasının rədd edilməsi haqqında 05 may 223-cü il tarixli qərardan görünür ki, Şəki rayon sakini İddiaçı müraciəti əsasında Şəki şəhər-rayon Polis Şöbəsində toplanmış HK-1/653 nömrəli material üzrə cinayət işinin başlanması rəd edilmişdir. Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Vaz 2106 markalı” **-LX-*** dövlət qeydiyyat nömrəli avtomobil İddiaçı mülkiyyətindədir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 582.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur. 582.2-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur. 586.2-ci maddəsinə əsasən əgər bu Məcəllənin 586.1-ci maddəsinə uyğun olaraq əşyanın keyfiyyətinin yoxlanması qaydası müəyyənləşdirilməyibsə, əşyanın keyfiyyəti işgüzar dövriyyə adətlərinə və ya alğı-satqı müqaviləsi üzrə verilməli əşyanın yoxlanmasının adətən tətbiq edilən digər şərtlərinə müvafiq surətdə yoxlanılır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 778.1-ci maddəsinə əsasən vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin olunmamalıdır. Məhkəmə baxışında müəyyən edilmişdir ki, İddiaçı özü üçün avtomobil almaq istəmiş, bununla bağlı Cavabdeh bir neçə dəfə kömək istəmiş, Cavabdeh ona Oğuz rayonu Kərimli kəndidə maşın olduğunu bildirmiş, ona görə də xx.xx.2023-cü ildə İddiaçı tanışı Nadir adlı şəxslə Orxanın idarə etdiyi avtomobillə Oğuz rayonu Kərimli kəndinə getmişlər. Avtomobilin sahibi “VAZ 2106” markalı maşını göstərmiş və İddiaçı avtomobili bəyənərək almaq qərarına gəlmiş, ** LX *** dövlət qeydiyyat nömrəli “Vaz 2106” markalı avtomobili Qəbələ rayonu Bayramçoxa kənd sakini X1 3780 manata almışdır. Cavabdeh Mirsəməd Musayevlə birlikdə onu aldadaraq nasaz avtomobili satması iddiası məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa İddiaçı cavabdeh Mirsəməd Musayevin ona nasaz avtomobili satmaqla 3780 manat ziyan vurduğunu bildirsə də, özünün izahatında digər avtomobil satıcısının həmin avtomobilə 3000 manat verməsini bildirmişdir. İddiaçı ziyan vurulmasını iddia etdiyi avtomobilin 1999-cu il istehsal tarixli olmaqla təbii olaraq müvafiq aşınmaya məruz qala bilməsi ehtimalını inkar etməklə, cavabdehlər tərəfindən ona ziyan vurulmasını qeyd etsə də, iddiaçı tərəfindən belə bir ziyanın vurulmasına, həmçinin qeyd olunan avtomobilin alğı-satqısı zamanı cavabdehlər tərəfindən avtomobildə hər hansı nasazlığın yaranacağı halında qaytarılması imkanının olması ilə bağlı öhdəlik götürməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Beləliklə iddiaçı tərəfindən cavabdehlərin 3780 manat ziyan vurulduğu məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı X1 aldığı ** LX *** dövlət qeydiyyat nömrəli “Vaz 2106” markalı avtomobilin onun hesabına geri qaytarılması və həmin avtomobilin alınması üçün ödədiyi 3780 (üç min yeddi yüz səksən) manat pulun, dövlət rüsumu kimi ödənilmiş 58.20 manat və dövlət rüsumunun ödənilməsi ilə bağlı 0.40 manat xidmət haqqının cavabdehlər X3 və Cavabdeh müştərək qaydada alınaraq ona verilməsi tələbinə dair iddiası təmin edilməməlidir. İddia təmin edilmədiyindən iddiaçıların dövlət büdcəsinə ödədiyi 58.20 manat dövlət rüsumu özünə aid edilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 213, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilməsin. Ödənilmiş 58,20 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1499/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1499/2023
31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver