Məhkəmə qərarları › İş №e-2(075)-1508/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1508/2023

07.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1508/2023 07.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi İddiaçı iştirakı ilə Ərizəçi İddiaçı iştirakı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, 03 sentyabr 1971-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş, Zaqatala rayonu Əliabad qəsəbəsində yaşayan X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs 03 sentyabr 1971-ci il təvəllüdlü X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi İddiaçı ərizəsində tələbini belə əsaslandırmışdır ki, 03 sentyabr 1971-ci il tarixdə Zaqatala rayonu Əliabad qəsəbəsində doğulmuş X2 onun doğma bacısıdır. O, anadangəlmə xəstədir, Paranoid şizofreniya fasiləsiz gedişli ruhi sferasının dərin qüsurlu özünə qulluq qabiliyyətinin olmaması ilə F-20.0 dioqnozlu xəstədir, birinci qrup əlildir. X2 xəstəliyi ilə əlaqədar öz hərəkətlərinin mənasını başa düşmür və öz hərəkətləri üzərində rəhbərlik edə bilmir, iş qabiliyyəti yoxdur. O, qulluq və müalicə tələb edən ciddi davranış pozuntulu, çox ağır əqli geriliyi olan, müalicə, qulluq tələb edən, davranış pozuntulu özünə qulluq qabiliyyəti olmayan, kənar şəxslərin qulluğuna ehtiyaclı 1-ci dərəcə əlilliyi olan şəxsdir. Bacısına o baxır və onun himayəsindədir, onun hər bir qayğısını o çəkir. Buna görə də qərara gəlib ki, onun üzərində qəyyum təyin etdirsin. Bunun üçün əvvəlcə şəxs məhkəmə qərarı ilə fəaliyyət qabiliyyəti olmayan şəxs elan edilməlidir. Bacısı hal-hazırda Şəki rayon Psixiatriya xəstəxanasının dispanserində olduğu üçün Şəki Rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi İddiaçı izahat verərək göstərdi ki, X2 onun bacısıdır. Bacısı əvvəl sağlam olsa da sonradan özünə qapanmağa başlamış və psixi pozuntu yaşamışdır. Bacısının qayğısına özü qalmışdır. Hal-hazırda bacısı Şəki rayon Psixiatriya xəstəxanasının dispanserində olduğu üçün məhkəmə iclasına gəlməmişdir. Bacısı bu xəstəlikdən 30 ilə yaxındır ki əziyyət çəkir. Dəfələrlə müalicələr alsalar da heç bir nəticə verməmişdir və gələcəkdə də psixi pozuntusunun bərpasının mümkün deyildir. Göründüyü kimi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizəni müdafiə edir və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 28 sentyabr 2023-cü il tarixli, 552 nömrəli rəyindən görünür ki, 03 sentyabr 1971-ci il təvəllüdlü X2 psixi qüsurludur. Onda Şizofreniya, Paranoid forma, qüsur vəziyyəti XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F20.0 xəstəliyi aşkar olunmuşdur. O öz hərəkərlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətində deyildir. Buna görə də X2 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş 10 may 2023-cü il tarixli arayışdan görünür ki, X2 İ qrup əlilliyə görə hər ay 327.21 (üç yüz iyirmi yeddi manat iyirmi bir qəpik) manat məbləğində sosial müavinət alır. Azrəbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanasının xx.xx.2023-cü il tarixli, 367 saylı arayışından görünür ki, Zaqatala rayonu Əliabad kəndində yaşayan 03 sentyabr 1971-ci il təvəllüdlü X2 xx.xx.1998-ci il tarixindən Şəki Rayon Psixiatriya xəstəxanasının dispanser müşahidəsindədir. İşdə olan Zaqatala RİHB-nın Əliabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 03 may 2023-cü il tarixli arayışdan görünür ki, X1 nümayəndəlikdəki 24 saylı ev təsərrüfatlarının üçotu kitabının 10-cu səhifəsinə əsasən onun və X2 adlı ailə üzvü vardır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X1 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi İddiaçı X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 03 sentyabr 1971-ci il tarixdə anadan olmuş, Zaqatala rayonu, Əliabad qəsəbəsində qeydiyyatda olan və yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. İddiaçı dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 03 sentyabr 1971-ci il tarixdə anadan olmuş, Zaqatala rayonu, Əliabad qəsəbəsi ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar