Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1510/2025 01.07.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Şəki rayon məhkəməsinin hakimi Cəfərovaq Şəfəq Natiq qızının sədrliyi ilə İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müəssisə ilə Cavabdeh arasında bağlanmış BL881026 saylı xx.xx.2023 il tarixli Nisyə-satış müqəviləsinə əsasən 69,99 manat məbləğində əsas borcun, BL981603 saylı xx.xx.2023 tarixli Nisyə-satış müqaviləsinə 212,39 manat məbləğində əsas borcun, ümumilikdə 282,38 manat borcun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında BL881026 saylı 23 aprel 2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 23dən gec olmamaqla 36 manat, BL981603 saylı 24 oktyabr 2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinə əsasən, cavabdeh həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qaydada 12 ay müddətinə hər ayın 24-dən gec olmamaqla 46 manat ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh qeyd olunan müqavilələrin öhdəliklərini lazımınca icra etməyərək, aylıq ödənişləri ödəməmiş və bununla da müqavilə şərtlərini pozmuşdur. Cavabdehə xəbərdarlıq edilməsinə baxmayaraq, o, müqavilə üzrə götürdüyü öhdəlikləri könüllü yerinə yetirməmişdir. Belə ki, borca dair arayışlardan görünür ki, Cavabdeh İddiaçı MMC-yə BL881026 saylımüqaviləyə əsasən 69,99 manat əsas borcu, BL981603 saylı müqaviləyə əsasən 212,39 manat əsas borcu, ümumilikdə 282,38 manat borcu qalmışdır. İşdə olan İddiaçı ilə Cavabdeh arasında BL881026 saylı 23 aprel 2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı qiyməti 525,99 manat olan avadanlığı alıcıya verməyi, alıcı onu qəbul edib, qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış BL881026 saylı 23 aprel 2023-cü il tarixli müqaviləyə 1 Saylı Əlavədən görünür ki, avadanlğın alınması üçün alıcı tərəfindən əvvəlcədən 102 manat ödəniş edilmiş, qalan 423,99 manat məbləğ 12 ay müddətində aylıq 36 manat olmaqla alıcı tərəfindən ödənilməlidir. İşdə olan 2 fevral 2025-ci il tarixli Xəbərdarlıqdan görünür ki, həmin tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 69,99 manat təşkil edir. İşdə olan İddiaçı ilə Cavabdeh arasında BL981603 saylı 24 oktyabr 2023-cü il tarixdə bağlanmış Nisyə-satış müqaviləsinin 1.1-ci bəndinə əsasən satıcı qiyməti 578,39 manat olan avadanlığı alıcıya verməyi, alıcı onu qəbul edib, qiymətini satıcıya ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan tərəflər arasında bağlanmış BL981603 saylı 24 oktyabr 2023-cü il tarixli müqaviləyə 1 Saylı Əlavədən görünür ki, avadanlğın alınması üçün alıcı tərəfindən əvvəlcədən 48 manat ödəniş edilmiş, qalan 530,39 manat məbləğ 12 ay müddətində aylıq 46 manat olmaqla alıcı tərəfindən ödənilməlidir. İşdə olan 2 fevral 2025-ci il tarixli Xəbərdarlıqdan görünür ki, həmin tarixə Cavabdeh İddiaçı MMC-yə olan borcu 212,39 manat təşkil edir. Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədlərini məhkəməyə təqdim etməmişdir. Məhkəmə bilavasitə təqdim edilmiş sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 427-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə görə borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək iş üzrə tərəflər arasında bağlanmış BL881026 saylı 23 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 69,99 manat əsas borc, BL981603 saylı 24 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 212,39 manat əsas borc, ümumilikdə 282,38 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 284-1, 284- 5 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. iş üzrə tərəflər arasında bağlanmış BL881026 saylı 23 aprel 2023-cü il tarixli müqaviləyə əsasən 69,99 manat əsas borc, BL981603 saylı 24 oktyabr 2023-cü il tarixli müqaviləyə əsasən 212,39 manat əsas borc, ümumilikdə 282,38 manat məbləğində borc və dövlət rüsumu olaraq ödənilmiş 30 manat Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Cəfərova MƏHKƏMƏ İCLASİNDAN KƏNAR AYRİCA PROSESSUAL HƏRƏKƏT BARƏDƏ PROTOKOL Şəki Rayon Məhkəməsi xx.xx.2025-ci il Şəki şəhəri Mən, Şəki Rayon Məhkəməsinin hakimi Cəfərova Şəfəq Natiq qızı, İddiaçı MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Şəki Rayon Məhkəməsinin inzibati binasında baxaraq, məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdim. Prosessual hərəkət saat 12:40-da başlandı. İddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib iddianın təmin edilməsi haqqında qətnamə qəbul etdim. Prosessual hərəkət saat 12:50-də qurtardı. Hakim: Şəfəq Cəfərova
Məhkəmə qərarları › İş №e-2(075)-1510/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1510/2025
01.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver