Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1520/2024 18.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağlanmış HHA 18935 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 263,89 ABŞ dolları (ekvivalenti ödəniş gününə mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödəniş gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir) həcmində 66 ABŞ dolları (ekvivalenti ödəniş gününə mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 329,89 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulu "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Lakin İddiaçı MMC-nin nümayəndəsi xx.xx.2024-cü il tarixdə tarixdə məhkəməyə ərizə göndərərək, məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddianın təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə İddiaçı MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2023-ci il tarixdə bağlanmış HHA 18935 saylı nisyə alqı-satqı müqaviləsinə əsasən, iddiaçı cavabdehə satış qiyməti 501 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) olan (ümumi məbləğ 501 ABŞ dolları) «Aplle i phone 11 proMax 64 GB» markalı 1 (bir) ədəd mobil telefonu ödəniş qrafikinə əsasən nisyə satmışdır. Cavabdeh ilə iddiaçı arasında həmin müqavilə bağlandıqdan sonra cavabdeh ilkin olaraq 105 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla, xx.xx.2023-cu il tarixdə 33.47 ABŞ dolları, xx.xx.2023-cu il tarixdə 32.88 ABŞ dolları, xx.xx.2023-cu il tarixdə 32.88 ABŞ dolları, xx.xx.2024-cu il tarixdə 32.88 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla ödəmişdir. Odəmə qrafiki üzrə ödəməli olan pul məbləğini ödəməmiş və bununlada müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən alıcı ödəniş gecikdirildiyi məcmu borcun 1%-i həcmində «satıcı»nin xeyrinə faiz ödəyir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, HHA18935 nömrəli müqavilədən görünür ki, həmin müqavilə əsasında Cavabdeh dəyəri 501 ABŞ dolları olan 1 ədəd Aplle İphone 11 Pro Max 64 GB satılmışdır. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2023cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh İddiaçı MMC-yə 105 ABŞ dolları ilkin ödəniş etməklə 12 ay müddətinə hər ay 33 dollar olmaqla ödəniş etməli olmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş xx.xx.2023cü il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh ilə xx.xx.2023-cü il tarixdə bağlanmış HHA18935 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 263.89 ABŞ dolları əsas qalıq borcun və ödənişin gecikdirildiyi hər gün üçün məcmu borcun 1 % (bir)-i həcmində 66 ABŞ dolları cərimə cəmi 329,89 ABŞ dolları borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli xx/xx-18915 nömrəli son xəbərdarlığa əsasən müəyyən olunur ki, Cavabdeh İddiaçı MMC tərəfindən xəbərdarlıq edilmiş, 3 iş günü ərzində pulu qaytarmayacağı təqdirdə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. Təqdim edilmiş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, cavabdeh İddiaçı MMC ilə xx.xx.2023-cü il tarixli, HHA18935 nömrəli müqaviləsinə əsasən dəyəri 501 ABŞ dolları olan 1 ədəd Aplle İphone 11 Pro Max 64 GB almış və nəticədə 263,89 ABŞ dolları (ekvivalenti ödəniş gününə mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borc və ödəniş gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir) həcmində 66 ABŞ dolları (ekvivalenti ödəniş gününə mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə borcu olmaqla, cəmi 329,89 ABŞ dolları borcu yaranmışdır. Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə malın verilməsinə baxmayaraq, cavabdeh müqavilə öhdəliklərinə əməl etməmişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan, mümkün və mötəbər sübutlara hərtərəfli, tam, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, İddiaçı MMC tərəfindən Cavabdeh mal verilərək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, Cavabdeh müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də İddiaçı MMC qalıq qalmış borcunun ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 10-cu bəndinə əsasən qətnamədə alınması və yaxud ödənilməsi müəyyən edilən məbləğlər Azərbaycan Respublikasının milli pul vahidi ilə ifadə olunmalıdır. Əgər iddia tələbi xarici valyuta ilə göstərilərsə alınan və ya ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması göstərilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək cərimə pulunu azalda bilər. İddiaçı MMC-nin cavabdehə qarşı hazırkı iddia tələbinin 66 ABŞ dolları məbləğində cərimənin ödənilməsi hissəsində məhkəmə hesab edir ki, cərimə məbləği tənasübsüz dərəcədə yüksək hesablanmışdır. Beləliklə, Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 421.2, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia qismən təmin edilərək Cavabdeh xx.xx.2023-cü il tarixli, HHA18935 nömrəli müqaviləyə əsasən 263,89 ABŞ dolları əsas borc və 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 268,89 ABŞ dolları pul ödəniş (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli, HHA18935 nömrəli müqaviləyə əsasən 263,89 ABŞ dolları əsas borc və 5 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 268,89 ABŞ dolları pul ödəniş (ödəniş gününə ABŞ dollarının Azərbaycan manatına məzənnəsi nisbətində hesablanmaqla manatla) və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1520/2024
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1520/2024
18.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver