Məhkəmə qərarları › İş №e-2(075)-153/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-153/2024

22.01.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-153/2024 22.01.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Nəsirova Sayalı Elşad qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “akt əsasında hesablanmış borcun silinməsi” tələbinə dair mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız hesablanmış 1555,2 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, Şəki rayonu Qoxmux kəndində özünə məxsus evdə yaşayır. Həmin fərdi yaşayış evində qazdan istifadə edildiyinə görə küçədə Cavabdeh tərəfindən G-4 markalı **********7 nömrəli qaz sayğacı quraşdırılmışdır. 10 iyul 2023-cü il tarixdə onun istifadəsində olan G-4 markalı **********7 nömrəli qaz sayğacı Cavabdeh İB-nin nümayəndələrinin iştirakı ilə götürülmüş və bu barədə Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 10 iyul 2023-cü il tarixli ******* №-li akt tərtib edilmişdir. Həmin zaman istifadəsində olan G-4 markalı **********7 nömrəli qaz sayğacı tam saz vəziyyətdə olmuşdur. Həmin vaxt Cavabdeh İB-nin nümayəndələri bildirmişlər ki, qaz sayğacının istismar müddəti keçdiyindən yenisi ilə əvəz edilir. Sonradan növbəti hesab bildiriş gələrkən ona məlum olmuşdur ki, Cavabdeh İB tərəfindən 1555,2 manat sərfiyyat borc hesablanmışdır. O, bunu dəqiqləşdirmək üçün Cavabdeh İB-nin Zaqatala RQİİ-nin Şəki şəhər şöbəsinə müraciət etdikdə ona bildirmişlər ki, istifadəsində olan G-4 markalı **********7 nömrəli qaz sayğacına vizual baxış nəticəsində sayğacın çıxış plastmas borusunda deşik aşkarlanmış, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmədiyinə görə xx.xx.2023-cü il tarixdə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Bundan sonra xx.xx.2023-cü il tarixli qərarla G-4 markalı **********7 nömrəli sayğacın maksimal qaz buraxma qabiliyyəti 6m günlük rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla cəmi 12969 m qaz sərfiyyat hesablanmışdır. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akta, onun əsasında verilmiş xx.xx.2023-cü il tarixli qərara nəzər saldıqda görürük ki, həm akt, həm də qərar saxtadır. Belə ki, onun istifadəsində olan sayğac xx.xx.2023-cü il tarixdə dəyişdirilmiş və bu zaman qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında 10 iyul 2023-cü il tarixli ******* №-li akt tərtib edilmişdir. Necə olur ki, istifadəsində olan sayğac 10 iyul 2023-cü il tarixdə cavabdehin əməkdaşları tərəfindən götürülürsə bundan 15 gün qabaq təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* nömrəli akt tərtib edilir və həmin akt əsasında qərar qəbul edilir. Bundan əlavə qaz sayğacını götürərkən iki hal şahidi dəvət etməli idilər. Lakin qeyd edilən aktdan görünür ki, sayğacın götürülməsindən 15 gün qabaq yəni təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib edilmişdir. xx.xx.2023-cü il tarixli ******* saylı aktda qeyd edilmişdir ki, guya xx.xx.2023-cü il tarixdə saat 10:00-da istehlakçıya məxsus yaşayış sahəsində təbbi qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılmış və qüsur aşkar edilmişdir. Halbu ki, xx.xx.2023-cü il tarixi həftənin bazar gününə düşür ki, həmin günü qeyri-iş günüdür. Necə olur ki, qeyri iş günü olan bazar günündə sayğaca baxış keçirilir və qeyri iş günündə Cavabdeh Zaqatala X3 idarəsinin rəisi Sübhi Bayramov, istehlakçılara satılan qaza nəzarət şöbəsinin şöbə rəisi Tural Şabanov, mühəndislər Gündüz Əliyev və Anar Lələyev dəymiş ziyanın hesablanması barədə qərar qəbul edirlər. Bunun özü də bir daha təsdiq edir ki, xx.xx.2023-cü il tarixli ******* saylı akt və onun əsasında qəbul edilmiş eyni tarixli qərar formal tərtib edilməklə saxtadır. Həmçinin əgər xx.xx.2023-cü il tarixdə Cavabdeh Zaqatala X3 idarəsinin əməkdaşları sayğacda qüsur aşkar edirdilərsə nəyə görə həmin günü deyil, sayğac 15 gün sonra yenisi ilə əvəz edilir? Həmçinin xx.xx.2023-cü il tarixli qərardan görünür ki, istifadəsində olan sayğaca Metrologiya Departamenti, Sayğacın müayinəsi labaratoriyasına göndərilməmiş və sadəcə olaraq Cavabdeh Zaqatala X3 idarəsinin rəisi Sübhi Bayramov, istehlakçılara satılan qaza nəzarət şöbəsinin şöbə rəisi Tural Şabanov, mühəndislər Gündüz Əliyev və Anar Lələyev tərəfindən sayğaca vizual baxış keçirmişlər. Hər üç sənəddə qeyd eidilmişdir ki, “sayğacın çıxış plastmas borusunda deşik açkarlandı. Sayğacın hesablanma mexanizmi keçən qazın həcmini qeyd etmir.” Halbu ki, cavabdehin əməkdaşlarının qeyd etdiyi kimi deşik sayğacın çıxış borusunda mövcud olmuşdursa onun sayğacın mexanizminə heç bir təsiri ola bilməz. Belə ki, sayğacın giriş borusunda deşik aşkarlansaydı burada qaz itkisi ola bilərdi. Lakin çıxış borusunda deşiliyin olmasının saycağa heç bir aidiyyatı yoxdur belə ki, həmin boruda olan qaz artıq saygacdan keçən qazdır. Yəni sayğacın mexanizminin hansı səbəbdən işləməməsi ancaq labaratoriya şəraitində müəyyən edilməli idi ki, bunu da qəsdən Cavabdeh əməkdaşları etməmişlər. Belə qeyd aparmaq isə məqsəd istehlakçını günahkar çıxarmaq üçün atılmış addımdır. Lakin o, həmin sayğaca baxış keçirilməsində iştirak etməmiş və həmin akta imza etməmişdir. Ümumiyyətlə onun həmin aktın mövcudluğundan xəbəri olmayıb və növbəti hesab bildirişi təqdim edildikdən sonra ona məlum olmuşdur ki, belə akt mövcuddur. Bundan əlavə qaz sayğacı Metrologiya Departamenti, Sayğacın müayinəsi labaratoriyasına yoxlamasına göndərilməmişdir. Sayğacın zavod blombu və digər blombları saz vəziyyətdə olmuşdir. Əgər belə olmasaydı qeyd edilən aktlarda bu barədə qeyd olardı. İstifadəsində olan sayğacın götürülməsinə qədər də Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi hər ay sayğaca baxış keçirmiş və onda heç bir zədələnmə izləri aşkar etməmişdir. O, hər ay nümunəvi vətəndaş kimi təbii qazdan istifadəyə görə sayğacda göstərilən və Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nəzarətçisi tərəfindən təqdim edilmiş bildirişdə göstərilən sərfiyyata uyğun məbləği cavabdehin hesabına ödəmişdir. Sayğac mülkiyyətində olan ərazidə yox küçədə və yüksəkdə quraşdırılmışdır və onun sayğaca müdaxilə etməyi və onu kənar müdaxilələrdən güdməyi qeyri-mümkündür. Hesab edir ki, mübahisəli akt və həmin akt əsasında qəbul edilmiş qərar tam qanunsuz və əsassızdır və həmin qərarda hesablanmış məbləğ əsassız hesablanmışdır, ona görə də əsassız hesablanmış məbləğ silinməlidir. Mübahisələndirdiyi Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktda göstərilmişdir ki, sayğacın çıxış plastmas borusunda deşik aşkarlandı, sayğacdan qaz keçir, hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Həmin akt yalnız cavabdehin əməkdaşları tərəfindən imzalandığı üçün onun hər hansı təqsirli hərəkətini təsdiq edən şübhədənkənar sübut hesab edilə bilməz, onun tərəfindən həqiqətən də sayğaca müdaxilə edilməsinə dair sübutlar mübahisəli aktda göstərilməmişdir, hal-şahidləri dəvət edilməmiş, eyni zamanda cavabdehlərin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* saylı aktda heç bir qanun normasına istinad edilməmişdir. Mübahisəli aktda istehlakçının aktı imza etməsi görünməsinə baxmayaraq, o, həmin aktı imzalamamışdır. Ona 1555,2 manat ziyan məbləğini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin 02 iyun 2016-cı il tarixli qərarı əsasında hesablanmışdır. xx.xx.2023-cü il tarixli qərarda qeyd edilmişdir ki, G-4 markalı **********7 nömrəli sayğacın maksimal qaz buraxma qabiliyyəti 6m günlük rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. 6*24*90=12960 Cəmi:12960 m Halbu ki, cavabdeh həmin qərarda nəyə görə itirilmiş qazın bərpasının sayğacın maksimal qaz buraxma qabiliyyəti ilə hesablanmasını əsaslandırmamışdır. Belə ki, qərarın qəbul edildiyi mövsüm yay mövsümü olmaqla qazın ən az istifadə edildiyi mövsümdür və həmin mövsümdə sadəcə olaraq qaz plitəsi işlədilir. Bu da ay ərzində maksimum 2-3 manatlıq qaz sərfiyyatı deməkdir. Lakin cavabdehin əməkdaşları tərəfindən ona bir aya 518,4 manat qaz sərfiyyatı hesablamışlar ki, belə məbləğ sadəcə böyük villalarda ola bilər. O, isə fağır kəndçi olmaqla iki otaqlı fərdi yaşayış evi var. Bunun özü də bir daha göstərir ki, cavabdehin əməkşdaşlarının hərəkətləri qərəzlidir və onların tərtib etdikləri sənədlərin hamısı saxtadır. Onun evində yerləşən, qazdan istifadə edilməklə işlədilən, qızdırılan və.s məişət əşyalarının qızdırılması üçün sərf edilməli olan qaz həcmi ilə bağlı qeyd edilənlər də, subyektiv fikirlərdir. Belə ki, həmin əşyaların hamısının qış vaxtı və.s vaxtlarda mütəmadi olaraq işləməsi, yaxud hərdən bir işlədilməsi, həmin əşyaların hansı intensivlikdə istifadə olunması barədə sübutlar cavandeh tərəfindən təqdim edilməmişdir. Bundan əlavə sayğacın götürülməsi zamanı zədəli olmasını təsdiq edən, real olaraq həmin sayğaca müdaxilə edilməsini təsdiq edən fotoşəkillər və ya videogörüntü akta və qərara əlavə edilməmişdir. Yuxarıda sadalananlardan da bəlli olur ki, onun tərəfindən istifadəsində olan sayğaca müdaxilə edilməmiş, cavabdehin əməkdaşları tərəfindən tərtib olunmuş akt ehtimallara əsasən tərtib edilmiş, real fakta əsaslanmamış, bununla da onun hüquqları pozulmuş, cavabdeh tərəfindən ona heç bir real əsas olmadan əlavə sərfiyyat hesablanmışdır. Mübahisələndirdiyi akt onun iştirakı olmadan, formal tərtib edilmişdir. Göstərdikləri ilə bağlı məcburiyyət qarşısında qalaraq aktın ləğv sayılması və akt əsasında hesablanmış borcun hesabından silinməsi tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, İddiaçı məhkəmə iclasına gəlməmiş, cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Lakin İddiaçı məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxıb iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh nümayəndəsi X2 17 yanvar 2024-cü il tarixdə məhkəməyə elektron qaydada ərizə ünvanlayaraq məhkəmə iclasının iştirakları olmadan keçirilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin Cavabdeh 18 oktyabr 2023-cü il tarixdə məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı Məjnun oğlu Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsi ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı Məjnun oğlunun Cavabdehnə qarşı tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İddiaçı Məjnun oğlunun adına rəsmiləşdirilmiş **********00000 saylı qaz hesabında 1498.36 manat borc vardır. Həmin borcun tam hissəsi isə itirilmiş qaz sərfiyyatı kimi hesablanmış borc məbləğidir və iddiaçı akta əsasən hesablanmış borcu mübahisələndirməkdədir. Belə ki, Zaqatala RQİİ-nin mütəxəssisləri tərəfindən İddiaçı Məjnun oğlunun istifadəsində olan G4 markalı **********7 nömrəli qaz sayğacına istehlakçının iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı sayğacın çıxış plasmas borusunun deşici alətlə deşildiyi və uçotsuz qazdan istifadə edilməsi faktı aşkar edilmişdir. Bununla əlaqədar olaraq qaz sayğaclarının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktla çıxarılaraq dövlət yoxlamasına göndərilmişdir. Bundan əlavə iddiaçının iştirakı ilə qaz cihazlarının inventarizasiyası aparılmaqla istehlakçının iştirakı ilə təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-ci il tarixli ******* saylı akt tərtib etmişdir. Qaz sayğacın nominal qaz buraxma qabiliyyəti 6m3 orta günlük iş rejimi 24 saat hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmaqla itirilmiş qazın miqdarı Zaqatala RQİİ-nin xx.xx.2023-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnaməsinə” ilə 12960 m3 (və ya 1555.20 manat) həcmində müəyyən edilmişdir. Bundan əlavə mübahisəli qaz sayğacı ünvanından açıldığı tarixdən əvvəlki və sonrakı dövrlərdəki qaz sərfiyyatlarını müqaisə etdikləri təqdirdə qaz sərfinin qüsur aradan qaldırıldıqdan sonra nəzərə çarpaçaq dərəcədə artdığı görülməkdədir. Belə ki, mübahisəli qaz sayğacına yerində baxış keçirilərkən və yoxlanışdan keçirilərkən onun sadəcə zədələndiyi deyil, ona qəsdi olaraq müdaxilə olunduğu müəyyən edilmişdir. İstehlakçıya məxsus qaz sayğacına qəsd edilərək onun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuz istifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsiri yoxdur və bu hal qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmiş qəsddən irəli gəlir. Əlavə olaraq müdaxilə faktı aşkar edilmiş sayğacın çıxarılma aktını və ondan olan qeydlərin mübahisələndirməməsi belə qənaətə gəlməyə əsas verir ki, o, sayğaca müdaxilə edilməsi ilə razılaşmışdır. Digər tərəfdən, qaz sayğacı küçədə olduğuna görə onun qorunmasının mümkün olmaması barədə izahatlar istehlakçını məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Belə ki, istehlakçıya məxsus qaz sayğacına qəsd edilərəkonun normal iş prinsipinin pozulması və bunun nəticəsində qazdan qanunsuz, yəni pulsuzistifadə olunmasının istehlakçıdan başqa, heç kimə müsbət təsirinin olmaması nəzərə alındıqda, bu dəlilin ağlabatan olmadığını bildirən Kollegiya belə qənaətə gəlir ki, mübahisəli qaz sayğacına müdaxilə edilməsi qazdan istifadənin əsl dəyərinin gizlədilməsinə yönəlmişqəsddən irəli gəlir ki, bu “gəlirin” istehlakçıdan başqa hər hansı bir kənar şəxsə müsbət təsiriola bilməz. İddiaçı Məjnun oğlunun Cavabdehnə qarşı Cavabdeh İB-nin Zaqatala RQİİ tərəfindən tərtib edilmiş təbi qazdan istifadə qaydalarının pozulması haqqında akt əsasında hesablanmış 1555.20 manat borcun silinməsi tələbi barədə” iddia ərizəsinin təmin edilməmə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsini, cavabdehin etiraz ərizəsini təhlil edərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır və buna görə də iddia təmin edilməlidir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Qaz paylayıcısı ilə fiziki şəxs olan İddiaçı ilə istehlakçı arasında bağlanmış 20 fevral 2020-ci il tarixli müqavilədən məlum olur ki, Cavabdeh ilə İddiaçı arasında müqavilə bağlanaraq İddiaçı məxsus fərdi yaşayış evi qaz sayğacı ilə təmin edilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu” haqqında 10 iyul 2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, İddiaçı ünvanında istismarda olmuş “Zenner” tipli G-4 markalı **********7 nömrəli sayğacı işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” G-4 markalı **********1 saylı sayğac quraşdırılmış və plomblanaraq abonentə təhvil verilmişdir. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin nümayəndələrinin tərtib etdiyi “təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 25 iyun 2023-cü il tarixli, ******* nömrəli aktın təsdiq edilmiş surətindən görünür ki, sayğacın çıxış plastmas borusunda deşik olması, sayğacdan qaz keçməsi və hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən olunmuş, mövcud sayğacın saatlıq qaz sərfinə uyğun quraşdırılması və istehlakçıdan dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Elektron qaydada məhkəməyə daxil olaraq iş materiallarına əlavə edilmiş Cavabdeh İB-nin Zaqatala RQİİ-nin 25 iyun 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı yaşadığı Şəki rayonu Qoxmuq kəndində yerləşən evində qaz işlədicilərindən G4 markalı **********7 nömrəli sayğacın maksimal qaz buraxma qabiliyyəti 6m3 orta günlük iş rejimi 24 saat, hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır, itirilmiş qazın miqdarı 12960 m3 müəyyən edilərək onun dəyəri olan 216 manat məbləğdə ziyan (12960 m3 x 0.12 man = 1555,20 manat) əvəzinin ödənilməsi tələb edilmişdir. Göründüyü kimi, 10 iyul 2023-cü il tarixli ******* nömrəli akta əsasən iddiaçıya məxsus Şəki rayonu Qoxmuq kəndində yaşadığı evdə quraşdırılmış “Zenner” tipli G-4 markalı **********7 nömrəli sayğac işləmədiyindən qaz xəttindən çıxarılmış, əvəzində yeni “Zenner” G-4 markalı **********1 saylı sayğac quraşdırılmışdır. Bundan başqa sayğacın çıxış plastmas borusunda deşik olması, sayğacdan qaz keçməsi və hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi müəyyən olunan sayğac iddiaçının yaşadığı mənzilin həyətində deyil, həyətdən kənarda, yəni küçədə quraşdırılmışdır. Bundan başqa, sayğaclar çıxarılan zaman X4 əməkdaşları tərəfindən ona müdaxilə olunması aşkar edilməmiş, sayğaca müdaxilə olunması 15 gün əvvəl Cavabdeh İB-nin Zaqatala X3 İdarəsinin rəisinin aktı ilə müəyyən edilmiş və həmin akt əsasında da ziyan hesablanmışdır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. istehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qaydaların Qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq ötrüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Qaydaların 4.9-cu bəndinə əsasən zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Həmin Qaydaların; 6.1.1-ci bəndinə əsasən istehlakçının müvafiq yazılı müraciəti (qaz təchizatının dayandırılmasının səbəbi və müddəti göstərilməklə) olduqda; 6.1.2-ci bəndinə görə təmir-profilaktika və qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındıqda; 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; 6.1.6-cı bəndinə əsasən məhkəmənin qərarı ilə qaz paylayıcısı qazın verilməsini dayandıra bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Qeyd edilən Məcəllənin 560.2-ci maddəsinə əsasən, hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”ın 5.1-ci bəndinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Bundan əlavə, məhkəmə həmin aktın “baxış keçirilən zaman aşkar olunmuş nöqsanlar barədə Qeyd” qrafasında nöqsan kimi göstərilən “sayğacın çıxış plastmas borusunda deşik olması, sayğacdan qaz keçməsi və hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi” qeydinin iddiaçının hüquq pozuntusu törətməsini təsdiq etməkdə kifayət etmədiyi qənaətindədir. Məhkəmə hesab edir ki, “sayğacın çıxış plastmas borusunda deşik olması, sayğacdan qaz keçməsi və hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi” özü özlüyündə hüquq pozuntusu hesab edilə bilməz. Bu nöqsan hər iki tərəfin təqsirindən yarana bilər. Sözügedən sayğacın iddiaçının mülkiyyətində olan ərazisində yox, yolda quraşdırmış olmasının iddiaçının onu güdməsini çətinləşdirməsi hüquq pozuntusunun iddiaçının və onun ailə üzvlərinin tərəfindən törədilməsi ilə bağlı İddiaçı təqsirli olmasını şübhə altına alır. Məhkəmə qeyd edilən aktlar və qərarlarda iddiaçı tərəfindən hansı mülki hüquq pozuntusunun (deliktin) törədilməsini göstərmədən cavabdehə ziyan vurulmasının hesablanmasını qanuni hesab etmir. Beləliklə, saygac çıxarılan zaman müdaxilə X4 əməkdaşları tərəfindən aşkar olunmadığından və həmin müdaxilə təhvil təslim aktında öz əksini tapmadığından, ümumiyyətlə bundan sonra saygacın hansı şəraitdə saxlanılması müəyyən olunmadığından, habelə Cavabdeh İB-nin Zaqatala X3 İdarəsinin rəisinin aktı “sayğacın çıxış plastmas borusunda deşik olması, sayğacdan qaz keçməsi və hesablama mexanizminin keçən qazın həcmini qeyd etməməsi” sonradan aşkar olunduğundan və həmin rəy əsasında da ziyan hesablandığından, ancaq sayğaca iddiaçı və ya onun ailə üzvləri tərəfindən müdaxilə olunub-olunmaması müəyyən edilmədiyindən və bu hal qeyd edilən aktdan da görünmədiyindən, məhkəmə hesab edir ki, iddia 25 iyun 2023-cü il tarixli, ******* nömrəli akt əsasında G-4 markalı, **********7 nömrəli sayğac üzrə hesablanmış borcun silinməsi hissəsində əsaslıdır. Odur ki, iddia təmin edilərək Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X3 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 25 iyun 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış itirilmiş qaz sərfiyyatı kimi 1555,20 manat məbləğində hesablanmış cərimə məbləği İddiaçı hesabından silinməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Odur ki, 35,55 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh Zaqatala X3 İdarəsinin İddiaçı barəsində tərtib etdiyi 25 iyun 2023-cü il tarixli, ******* nömrəli akt üzrə hesablanmış 1555,20 manat İddiaçı hesabından silinsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən 35,55 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar