Məhkəmə qərarları › İş №e-2(075)-1536/2022

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1536/2022

27.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1536/2022 27.10.2022 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi, Hüseynəliyeva Günay Asif qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, maraqlı şəxslər Maraqlı şəxs2 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X4 və X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və X9 Xidmət Mərkəzinin Notariat ofisinə qarşı “şəhadətnamələrin etibarsızlığı, müqavilənin və çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V621 nömrəli və 2V-622 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisində Cavabdeh1 ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1582 saylı bağışlanma müqaviləsinin ləğv edilməsi, xx.xx.2021ci il tarixli, 4Ə-1582 saylı bağışlanma müqaviləsi əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsində Maraqlı şəxs2 adına qeydə alınmış qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 2V621 nömrəli və 2V-622 nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin ləğv edilməsi, cavabdeh Şəki Regional “Asan xidmət” mərkəzində Notariat ofisində Cavabdeh1 ilə Maraqlı şəxs2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 4Ə-1582 saylı bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, xx.xx.2021-ci il tarixli, 4Ə-1582 saylı bağışlanma müqaviləsi əsasında ƏMDK yanında DƏDRX-nin 12 saylı Ərazi İdarəsində Maraqlı şəxs2 adına qeydə alınmış qeydiyyat nömrəsi ********** olan hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. İddia ərizəsi 30 iyun 2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuş, 28 iyul 2022-ci il, 05 sentyabr 2022-ci il, 28 sentyabr 2022-ci il, 12 oktyabr 2022-ci il tarixlərdə iş üzrə məhkəmə hazırlıq iclasları keçirilmiş, mülki işin məhkəmə baxış iclası bu günə, yəni 27 oktyabr 2022-ci il tarixə, saat 11:40-a təyin edilmişdir. 10 oktyabr 2022-ci il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə elektron qayada ərizə göndərərək, iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsini, ona əlavə edilmiş sənədləri ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçılar İddiaçı1 və İddiaçı2 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iddia ərizəsinin baxılmamış saxlanılmasını və iddia ərizəsini, ona əlavə edilmiş sənədləri ona qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq cavabdehlər Cavabdeh1 və Şəki Regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1 və Şəki Regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Məhkəmə iclasında maraqlı şəxslər Maraqlı şəxs2 və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinin etibarnamə üzrə nümayəndəsi Hacı-salmanov Toğrul Adışirin oğlu, həmçinin mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X6 və X5 işin baxılmamış saxlanılmasını etirazları olmadığını bildirdilər. Mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Göründüyü kimi İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsinin baxılmamış saxlanılması barədə elektron qaydada ərizə göndərmiş, cavabdehlər Cavabdeh1 və Şəki Regional “Asan xidmət” mərkəzinin Notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Belə olan halda ərizə baxılmamış saxlanılmalı, ümumi qaydada məhkəmədə iddia qaldırmaq hüququ İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilməli və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266-269-cu maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh1 və Şəki Regional “Asan xidmət” mərkəzinin Notariat ofisinə qarşı “şəhadətnamənin etibarsız hesab edilməsi, müqavilənin və çıxarışın ləğvi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsindən İddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. İddiaçılar İddiaçı1 və İddiaçı2 izah edilsin ki, o, ümumi qaydada yenidən məhkəmədə iddia qaldıra bilər. Qərardaddan, surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar