Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1544/2023 25.10.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi, İddia tələbinin dəlilləri; İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində "xxxx" ASC-nin əməkdaşlarının tərəfindən 12 may 2023-cü il tarixdə xüsusi mülkiyyətindəki Şəki rayonu Otra Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisinin verlişinin dayandırılması ilə bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi və onun **********01016 saylı hesabında əsassız qeydə alınan 1571,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şəki rayonu Orta Zəyzid kəndində xüsusi mülkiyyətində olan fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. Yaşadığı fərdi yaşayış evinin enerji təchizatı üçün "xxxx" ASC-nin X6 müraciət etdikdən sonra nəzarət ölçü cihazı quraşdırılmış və aylıq istehlak etdiyi enerjinin həcmi həmin sayğac vasitəsilə həyata keçirilir. Hər ay da aidiyyatı sahə nəzarətçisinin təqdim etdiyi hesab bildiriş üzrə tərəfindən ödənişlər edilir. 12 may 2023-cü il tarixdə o evdə olmadığı zaman "xxxx" ASC-nin X3 bir qrup əməkdaşı (aktdan məlum olur – Suat Məmmədov, Sərxan Salmanov, Xalid M.Kərimov) birtərəfli qaydada xx.xx.2023-cü il tarixli saat 11:40-da tərtib etdikləri aktı həyətyanı qapıya qoyub getmişlər. Həmin aktda qeyd olunmuşdur ki, EEİQ-na uyğun abonentin uçot dəstinə baxış keçirən zaman məlum oldu ki, abonentin sayğacı elektron tipli sayğacdır. Abonent metal konstruksiya vasitəsilə (maqnit) sayğacın mexanizminə müdaxilə edib, sayğacın mexanizmi elektrik enerjisini qeyd etmir və s. "xxxx" ASC-nin X7 birtərəfli qaydada tərtib etdiyi mübahisəli xx.xx.2023-cü il tarixli 291938 saylı aktından və həmkin aktda göstərilənlərdən hər hansı bir formada məlumatı yoxdur. Elektrik sayğacı mənzildən kənarda ictimai yolda quraşdırılmış və ona hər hansı formada kənar şəxslər tərəfindən müdaxilə edilməsi mümkündür. Lakin onun tərəfindən sayğac hər hansı formada normal işləmə prinsipinə fiziki təsir göstərməmişdir. Varsa əgər elə bir kənarlaşma, həmin sayğaca tərəfin texniki itiklərini azaltmaq məqsədilə öz əməkdaşları etmişdir. Çünki sayğac qeyd etdiyi kimi küçədə quraşdırılmış və istənilən şəxsin ona müdaxilə etməsi mümkündür. Bundan əlavə yaşadığı ünvan üzrə "xxxx" ASC-nin X3 nəzarətçisi hər ay iki ya üç dəfə sayğaca baxış keçirərək bildiriş təqdim etmiş və bildiriş əsasında müəssinin hesabına pul ödənilmişdir. "xxxx" ASC-nin X7 birtərəfli qaydada tərtib etdiyi mübahisəli xx.xx.2023-cü il tarixli 291938 saylı aktda eyni zamanda göstmişdirlər ki, hazırda istismarda olan sayğac smart tipli sayğacla əvəz ediləcəkdir, lakin heç bir halda bu əvəzləşmənin hüquqi əsası əsaslandırılmamışdır, belə olduğu halda onun mənzilinin enerji təchizatı dayandırılacaq və nəticədə mənzildə enerjinin olmaması səbəbindən təsərrüfatıma ziyan dəyəcəkdir. Bu səbəbdən onun mülkiyyətində olan Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinə elektrik enerji təchizatının dayandırılması və həmin fərdi yaşayış evində istismarda olan elektrik sayğacının (sayğac № **********) “Smart kart” tipli sayğacla əvəz edilməsi cavabdehə qadağan edilməsi barədə ərizə isə Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli e-16(006)-149/2023 saylı qərardadı ilə ərizə təmin edilmişdir. Lakin bununla belə cavabdeh "xxxx" ASC-nin əməkdaşları (mühəndis Məmmədov Suat) qanunsuz olaraq qeyri-iş günündə 13 may 2023-cü il tarixdə mənzilin enerji təchizatını dayandırmış və həmin günün ikinci yarısında mənzildə Smart kart tipli sayğac quraşdırılmış, lakin enerji verilişi bərpa edilməmişdir. Həmçinin onun Şəki rayonu Orta Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerji təchizatı bərpa edilməli, həçinin onun fərdi yaşayış evinin elektrik enerji təchizatının dayandırılması və fərdi yaşayış evində quraşdırılmış Smart kart tipli sayğac üzrə cərimə məbləğinə görə tutulmanın aparılması "xxxx" ASC-nin X3 əməkdaşlarına qadağan edilməsi barədə ərizə ilə Şəki Rayon Məhkəməsinə müraciət etmişdir. Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(075)- 20/2023 saylı qərardadı ilə ərizəm təmin edilmişdir. Nəticə etibarilə isə nə Şəki Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(075)-20/2023 saylı qərardadı, nə də Nəsimi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-16(006)-149/2023 saylı qərardadı cavabdeh "xxxx" ASC tərəfindən bilərəkdən və qərəzli olaraq icra edilmir və 13 may 2023-cü il tarixdən yaşadığım ünvanın enerji verlişi dayandırılıb və bunun səbəbləri barədə ona heç bir məlumat verilməmişdir. Nümayəndəsi vasitəsilə X6 müraciət etdiyi zaman ona yalnız sayğacın Smart karı və müqaviləsi verilmiş, ona hər hansı cərimə yazılması və kənarlaşma barədə məlumat verilməmişdir. Nəhayət xx.xx.2023-cü il tarixdə X8 vasitəsilə abonent kodu ilə sorğu etdiyi zaman onun **********01016 saylı hesabında 1571.20 manat borc yazıldığı məlum olmuşdur. Həmin borcun nəyin əsasında yazılması, bunun əsasında hansı sənədləşmənin aparılması ona qeyri müəyyəndir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddia tələbinə qarşı yazılı etirazın dəlilləri Cavabdeh "xxxx" ASC 12 iyul 2023-cü il tarixdə məhkəməyə elektron etiraz ərizəsi göndərərək göstərmişdir ki, iddiaçı X5 cavabdeh "xxxx" ASC-yə qarşı "fərdi yaşayış evine elektrik enerjisinin verilməsinin dayandrrrlması ile bağlı X3 əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilmesi ve akt esastnda hesablanmış 1571.20 manat borcun hesabından silinmesi"nə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Aşağıda göstərilənlərə əsasən hesab edirik ki, iddiaçının iddia tələbi esassızdır və buna gorə də rədd olunmalıdır. Belə ki, iddiaçının Şəki rayonu Orta Zəyzid kendində yaşadığı ferdi yaşayış evi "xxxx" ASC-nin enerji satşı bazasında X2 adına olmaqla **********01016 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. xx.xx.2023-cü il tarixində "xxxx" ASC-nin əməkdaşları S.Memmedov, S.Salmanov vo N.Memmedkerimov tərəfinden Şəki rayonu Orta Zayzid kəndində yerləşən İddiaçı məxsus fərdi yaşayış evinə quraşdırılmış elektrik hesablaşma sayğacına "X1 Qaydaları"na uyğun baxış keçirilmişdir. Baxış zamanı abonentin metal konstruksiya (maqnit) vasitəsiylə sayğacın mexanizminə müdaxilə etdiyi və sayğacın mexanizminin axan enerjini qeyd etmədiyi aşkar edilmişdir. Aşkar edilmiş pozuntu ile əlaqədar "Elektrik enerjisinden istifade Qaydalarr"nın 8.17.1-ci bəndinin tələbinə uygun olaraq yuxarıda adları qeyd olunan emekdaşlar tərəfindən xx.xx.2023-cü il tarixli, R291938 saylı akt tərtib olunmuşdur. Tərtib olunmuş akta əsasən xx.xx.2023-cü il tarixinde Şəki EŞ-nin əməkdaşları tərəfindən qüsur aşkar olunmuş sayğac yeni PAUD- MP106 smart tipli elektrik sayğacı ilə əvəz edilərək möhürlənmiş və bununla bağlı 442716 saylı protokol tərtib olunmuşdur. xx.xx.2023-cü il tarixli, R167274 saylı akta əsasən "xxxx" ASC-nin Şimal-Qerb RETSİ-nin Akt komissiyası tərəfindən itirilmiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yüke uygun 365 gün uyğun 0.08 manatla 2433 kvt.s (dəyəri 194.64 manat),0.09 manatla1217 kvt.s (dəyəri 109.53 manat) və 0.13 manatla 9741 kvt.s (dəyəri 1266.33 manat) toplamda 1570.50 manat dəyərinde itirilmiş enerji hesabatı aparılmışdır. Müəyyən edilmiş qüsurun xarakteri təsadüfi olmamış, iddiaçının faydalandırmaq niyyəti ilə məqsədli şəkildə edildiyi aşkardır və iddiaçıya hesablanmış məbləş istehlak etdiyi, lakin dəyərini ödəmədiyi elektrik enerjisinin əvəzi olmuşdur. Sayğac uçot dəstinə baxış ve nöqsanın aşkar edilmasi əməkdaşlar tərəfindən video çəkilişlə qeydə alınmış və aşkar edilmiş nöqsan video çəkilişdə aşkar öz əksini tapır. İddiaçı moxsus Şəki rayonu Orta Zayzid kendində yerləşən fərdi yaşayış evinə xx.xx.2023cü il tarixli R291938 saylr akt "EElQ"-nrn tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Buna gorə də həmin akta müvafiq olaraq itirilmiş enerjinin bərpası məqsədilə hesablanmış məbləğ enerji təchizatı müəssisəsinə ödanilməlidir. Beləliklə, yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmədən İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı "fərdi yaşayış evinə elektrik enerjisinin verilməsinin dayandırılması ilə bağlı X4 əməkdaşlarının hərəkətlərinin qanunsuz hesab edilməsi və akt asasında hesablanmış 1570, 50 manat borcun hesabından silinməsi" tələbinə dair iddiası əsassız olduğundan tamamilə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq İddiaçı məhkəməyə gəlməmişdir. Lakin İddiaçı 25 oktyabr 2023-cü il tarixdə məhkəməyə elektron ərizə göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. Məhkəmə İddiaçı iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Cavabdeh "xxxx" ASC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinin tələbinə uyğun olaraq məhkəmə işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları Elektron qaydada iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş: 12 may 2023-cü il tarixli, AKT R291938 nömrəli aktın təsdqi edilmiş surətindən görünür ki, EEİQ-na uyğun quraşdırılmış enerji uçot dəstinə baxış keçirilmiş, baxış zamanı abonentin metal konstruksiya (maqnit) vasitəsiylə sayğacın mexanizminə müdaxilə etdiyi və sayğacın mexanizminin axan enerjini qeyd etmədiyi aşkar edilmişdir. 12 may 2023-cü il tarixli, AKT R291938 nömrəli akta əsasən "xxxx" ASC-nin Akt komissiyası tərəfindən itiriimiş enerjinin bərpası məqsədilə abonentə sayğacdan keçən yükə uyğun 365 gün üçün 0.08 manatla 2433 kvt.s (dəyəri 194,64 manat), 0.09 manatla 1217 kvt.s (dəyəri 109,53 manat) və 0.13 manatla 9741 kvt.s (dəyəri 1266,33 manat) toplamda 1570,50 manat dəyərində itirilmiş enerji hesabatı aparılmışdır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı Şəki EŞ-nin enerji satış bazasında **********00545 saylı kod altında istehlakçı kimi qeydiyyatdadır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”-nın; 7.11-ci bəndinə əsasən yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerji təchizatı müəssisəsi cavabdehlik daşıyır. 7.6-cı bəndinə görə enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri-cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri ilə və sair qanunvericilikdə nəzərdə tutlmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerji təchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətdə plan üzrə dəyişdirilir və istismar edilir. 8.2-ci bəndinə əsasən Elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. 8.17-2. bəndinə əsasən İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerji təchizatı müəssisəsinin nümayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanunu 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilməlidir. Məhkəmənin mövqeyi; Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəki EŞ-nin enerji satış bazasında **********01016 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı sayğaca müdaxilə etməsi ilə bağlı cavabdeh "xxxx" ASC-nin nümayəndəsinin dedikləri əsaslı deyildir. Belə ki, cavabdeh təşkilatın əməkdaşları tərəfindən 12 may 2023-cü il tarixdə iddiaçıya məxsus Şəki rayonu, Orta Zəyzid kəndində yerləşən mənzildə X1 qaydalarına əməl edilməsinə riayət edilib-edilməməsini yoxlamaq üçün baxış keçirilmiş, baxış zamanı abonentin metal konstruksiya (maqnit) vasitəsiylə sayğacın mexanizminə müdaxilə etdiyi və sayğacın mexanizminin axan enerjini qeyd etmədiyi ilə əlaqədar “X1 qaydalarının” pozulması əsas götürülərək AKK R291938 nömrəli akt tərtib edilmişdir. Cavabdeh təşkilatın əməkdaşları aktda onun tərtib edilməsinə “EEİQ”-nın tələblərinin pozulmasının əsas olduğunu göstərsələr də, aşkar edilmiş pozuntunun məhz istehlakçı tərəfindən törədilməsi əsaslandırılmamış, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bundan başqa 12 may 2023-cü il tarixli, AKT R291938 saylı aktın tərtibində nəinki istehlakçının və ya onun ailə üzvlərinin iştirakı təmin edilməmişdir. Göründüyü kimi, İddiaçı elektrik sayğacının nasaz olması ilə bağlı ona əlavə olaraq yazılmış elektrik enerjisi borcu onun təqsiri ucbatından yaranmamışdır. Belə ki, qeyd edilən sayğacın yenisi ilə əvəzlənməsi günündə **********01016 saylı kod altında istehlakçı kimi qeydiyyatda olan İddiaçı 12 may 2022-ci il tarixə 2433 kvts=194,46 manat, 1217 kvts=109,53 manat, 9741 kvts=1266,33 manat, enerji istehlak etmiş və onun cəmi 1570,50 manat borcu olması müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı İddiaçı 12 may 2022-ci il tarixli, AKT R291938 nömrəli akt əsasında hesablanmış 1570,50 manat borcun deyil 1571,20 manat borcun hesabından silinməsini xahiş edir. Məhkəmə İddiaçı digər iddianın dəymiş ziyandan əlavə olaraq digər məbləğində silinməsinə dair qalıq borc üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hansı qaydada hesablanmasını ümumiyyətlə həmin borc məbləğinin mövcud olmasına dair heç bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Bu baxımdan məhkəmə iddianı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 12 may 2022-ci il tarixli, AKT R291938 nömrəli aktı əsasında hesablanmış 1570,50 manat hissəsində əsaslı hesab edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC-nin əməkdaşlarının tərəfindən 12 may 2023-cü il tarixdə xüsusi mülkiyyətindəki Şəki rayonu Otra Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisinin verlişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş məişət abonenti (əhali) istehlakçılar qrupuna dair 12 may 2022-ci il tarixli, AKT R291938 nömrəli akt əsasında **********01016 saylı abonent kod hesabında qeydə alınmış 1570,50 manat borc İddiaçı hesabından silinməli, iddianın 0,70 manat hissəsi əsasız olduğundan təmin edilməməlidir. Bundan əlavə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid olduğundan, iddia tələbi isə təmin edilməli olduğundan dövlət rüsumu da cavabdehdən tutulmalıdır. İddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən iddia ərizəsi verərkən dövlət rüsumu ödəməmişdir. Odur ki, 35,70 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət nəfinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" ASC-nin əməkdaşlarının tərəfindən 12 may 2023-cü il tarixdə xüsusi mülkiyyətindəki Şəki rayonu Otra Zəyzid kəndində yerləşən fərdi yaşayış evinin elektrik enerjisinin verlişinin dayandırılması ilə bağlı hərəkətləri qanunsuz hesab edilməklə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən tərtib edilmiş 12 may 2023-cü il tarixli, AKT R291938 nömrəli akt əsasında **********01016 saylı abonent kod hesabında qeydə alınmış 1570,50 manat borc İddiaçı hesabından silinsin. İddianın qalan hissəsi təmin edilməsin. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 35,70 manat məbləğində dövlət rüsumu tutularaq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1544/2023
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1544/2023
25.10.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver