Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1552/2025 30.06.2025 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN ELECTROLUX, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti 1070.46 (min yetmiş manat, 46 qəpik) manat ödənilməmiş hissə, 107.05 (yüz yeddi manat, 05 qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********97628 XİAOMİ REDMİ NOTE 12 PRO + markalı telefon PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün, 618.29 (altı yüz on səkkiz manat, 29 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, 61.83 (altmış bir manat, 83 qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1881.23 manat borcun, 38.82 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçınə ödənməsi barədə məhkəmə qətnaməsi qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehlə "xxxx" MMC arasında bağlanmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilələrə əsasən PALTARYUYAN ELECTROLUX, QİZİL ZƏMANƏT ULTRA3 il xidməti, İmei kod **********97628 XİAOMİ REDMİ NOTE 12 PRO +markalı telefon PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti almış və nəticədə 1881.23 (min səkkiz yüz səksən bir manat, 23 qəpik) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1274.88 (min iki yüz yetmiş dörd manat, 88 qəpik) manat (24 ay x 53.12 manat + 0 manat ilkin ödəniş) olan PALTARYUYAN ELECTROLUX, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti üçün ümumilikdə, 1177.51 (min yüz yetmiş yeddi manat, 51 qəpik) manat olmaqla ondan, 1070.46 (min yetmiş manat, 46 qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 107.05 (yüz yeddi manat, 05 qəpik) manat cərimə; xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 1422 (min dörd yüz iyirmi iki) manat (18 ay x 77 manat + 36 manat ilkin ödəniş) olan İmei kod **********97628 XİAOMİ REDMİ NOTE 12 PRO + markalı telefon PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA2 il xidməti üçün ümumilikdə, 703.72 (yeddi yüz üç manat, 72 qəpik) manat olmaqla ondan, 618.29 (altı yüz on səkkiz manat, 29 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, 60 qəpik) manat rüsum, güzəşt olunaraq 61.83 (altmış bir manat, 83 qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 1008.13 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2023-cü il, xx.xx.2023-cü il tarixli müqavilənin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2025-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN ELECTROLUX, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən İmei kod **********97628 XİAOMİ REDMİ NOTE 12 PRO + markalı telefon PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malın dəyərini hissə-hissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən, 1070.46 manat ödənilməmiş hissə, 107.05 manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləsinə əsasən 618.29 manat ödənilməmiş hissə yaranmışdır. İddiaçı tərəfindən müqavilənin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməli, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN ELECTROLUX, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti 1070.46 manat ödənilməmiş hissə və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********97628 XİAOMİ REDMİ NOTE 12 PRO + markalı telefon PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün, 618.29 (altı yüz on səkkiz manat, 29 qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 manat rüsum Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Məhkəmə, Mülki Məcəllənin 462.1 və 467-ci maddələrinə əsasən hesab edir ki, cavabdehdən xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən 50 manat cərimə borcu və xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, 30 manat cərimə borcu Cavabdeh alınaraq tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 38.24 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, PALTARYUYAN ELECTROLUX, QİZİL ZƏMANƏT ULTRA 3 il xidməti 1070.46 (min yetmiş manat, qırx altı qəpik) manat ödənilməmiş hissə, 107.05 (yüz yeddi manat, beş qəpik) manat cərimə, xx.xx.2023-cü il tarixli müqaviləyə əsasən, İmei kod **********97628 XİAOMİ REDMİ NOTE 12 PRO + markalı telefon PAKET XL xidməti, QİZİL ZƏMANƏT ULTRA 2 il xidməti üçün, 618.29 (altı yüz on səkkiz manat, iyirmi doqquz qəpik) manat ödənilməmiş hissə, İnnovativ Layihələr Mərkəzinə ödənilən 23.6 (iyirmi üç manat, altmış qəpik) manat rüsum, 61.83 (altmış bir manat, səksən üç qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 1824.18 (bir min səkkiz yüz iyirmi dörd manat, on səkkiz qəpik) manat borc, 38.82 (otuz səkkiz manat, səksən iki qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMCyə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev
Məhkəmə qərarları › İş №e-2(075)-1552/2025
Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1552/2025
30.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver