Məhkəmə qərarları › İş №e-2(075)-1554/2025

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1554/2025

11.02.2026 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1554/2025 11.02.2026 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Pərvanə Əziz qızının sədrliyi, İmamverdiyev Bəxtiyar Arif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Ərizənin tələbi, onunla bağlı izahat və etirazlar: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.2007-ci il təvəllüdlü X3 fəaliyyət qabliyyəti olmayan hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xаhiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, oğlu – xx.xx.2007-ci il təvəllüdlü X6 doğulduğu vaxtdan G80.0 Kvadroplegik spastik serebral iflic xəstəliyindən əziyyət çəkir və hərəkətlərinin mənasını dərk edə bilmir. Doğulduğu vaxtdan ona zəruri qulluq göstərilmişdir. Bu səbəbdən Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasına müraciət edərək xx.xx.2007-ci il təvəllüdlü oğlum X3 üzərində qəyyum təyin edilməsini xahiş edilmişdir. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasınını 02 aprel 2025-ci il tarixli 5-7-7/2-M-96-099 nömrəliməktubu ilə bildirilmişdir ki, xx.xx.2007-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi ilə bağlı müraciətə baxılmışdır. Belə ki, fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra X3 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacaqdır. Odur ki, xx.xx.2007-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. İş üzrə ərizəçi məhkəmə iclasında ərizəsinin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, buna baxmayaraq, maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə aşağıdakı sənədlərə istinad edir: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə anadan olmuş, atası X1, anası X2r. Nikah haqqında şəhadətnamənin suərtindən görünür ki, X1 ilə X5 xx.xx.2004-cü il tarixdə nikaha daxil olmuşlar. Arvada nikahdan sonra Mənəfova soyadı verilmişdir. Şəki ŞİH-nin xx.xx.2025-ci il tarixli məktubindan aydın olur ki, ərizəçi oğlu xx.xx.2007ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi üçün müraciət etmiş, ona şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Ambulator kitabçadan çıxarışda qeyd olunur ki, xx.xx.2007-ci il təvəllüdlü X3 diaqnozu “Uşaq serebral iflic. Spastik tetraparez. Dərin əqli gerilik”dir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” X9 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 910 nömrəli ekspert rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X4 dərin əqli gerilik davranış pozuntuları aşkar olunur. O, psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək qabiliyyətinə malik deyil. X6 öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən, qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Yetkinlik yaşına çatmayanlar üzərində qəyyumluq və himayəçilik, həmçinin onların tərbiyələndirilməsi məqsədilə təyin edilir. Qəyyumların və himayəçilərin buna uyğun hüquq və vəzifələri Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyənləşdirilir Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin: 305.1.3-cü maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır; 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. 320.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Məhkəmənin mövqeyi: Beləliklə məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X3 üzərində qəyyumluğun təyin edilməsi zəruri olmaqla hüquqi əsaslar vardır. O, öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Müvafiq ekspert rəyinə əsasən ərizənin təmin edilməsinə əsasların olması müəyyən edilir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, ərizə əsaslıdır, təmin edilməlidir. xx.xx.2007-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Qətnamə müvafiq qaydada qəyyum təyin edilmə üçün hüquqi əsas təşkil etməlidir. Məhkəməyə müraciət olunarkən ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Nəticə hissəsi: Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 305, 317-321, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qətetdi: Ərizə təmin edilsin. Ərizəçi oğlu xx.xx.2007-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə xərcləri ərizəçinin özünə aid edilsin Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərvanə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar