Məhkəmə qərarları › İş №e-2(075)-1556/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1556/2023

06.12.2023 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1556/2023 06.12.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi, Ərizəçi Maraqlı şəxs yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X3 iştirakları ilə Ərizəçi iştirakı şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Şəki Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2003-ci il tarixdə anadan olmuş, Şəki şəhəri, Pakizə Manafova küçəsi, ev 63 ünvanında qeydiyyatda olan və yaşayan oğlu X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-nin 320.2-ci maddəsinə əsasən barəsində fəaliyyət qabiliyyəti məsələsi həll olunan şəxs xx.xx.2003-cü il təvəllüdlü X1 iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Ərizəçi ərizəsində tələbini belə əsaslandırmışdır ki, oğlu X5 xx.xx.2003-cü il tarixdə ağır dərəcəli əqli gerilik psixorata bənzər davranış pozuntusu vəziyyətdə anadan olmuş və hal-hazırda ünvan 1 ünvanında onun himayəsində olmaqla yaşayır. TSEK-ə göndərişə əsas verən müayinə vəsiqəsindən göründüyü kimi X5 ağır dərəcəli əqli gerilik psixoratabənzər davranış pozuntusu və özünə qulluq qabiliyyətinin olmaması ilə yanaşı kənar şəxslərin qulluğuna ehtiyacı olması qeyd edilmişdir. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan da görünür ki, xx.xx.2003-cü il tarixdə anadan olmuş X5 anadangəlmə xəstəliyi səbəbli müddətsiz olaraq birinci qrup əlillik dərəcəsi verilmiş və o əmək qabiliyyətsizdir. Diaqnozdan da göründüyü kimi oğlunun xəstəliyi səbəbli özünə qulluq qabiliyyətinin olmaması səbəbi ilə kənar şəxslərin qulluğuna daima ehtiyacı var. Özünə qulluq qabiliyyəti olmayan oğlunun vəziyyəti olduqca ağır olduğu üçün hərəkətlərinin nəticəsinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik edə bilmir. Kənar şəxsin qulluğuna və yardımına daima ehtiyacı var. Xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, habelə öz hərəkətlərinə rəhbərlik edə, fikrini ifadə edə bilmir. Bütün bunlar ailənin gündəlik həyatında və idarə olunmasında ciddi maneələr yaradır. Oğlu hal-hazırda faktiki olaraq onun himayəsi və nəzarəti altında yaşayır. Xəstəliyi səbəbli yatağından qaldırmadıqda yerində sürünərək özünü idarə etmək iqtidarında deyil, ona deyilən söz və ifadələri şüurda dərk edə və adekvat reaksiya verə bilmir. Öz fikrini və iradəsini başqasına çatdırmaq, ən xırda məişət işlərini həyata keçirmək iqtidarında deyildir. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Buna görə də hazırki ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl aidiyyəti üzrə oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və bundan sonra oğluna qəyyum təyin edilməsi üçün Maraqlı şəxsnə müraciət etsə də, müraciətindən imtina edilərək, müəyyən olunmuş qaydada məhkəməyə müraciət etməyi tövsiyyə olunmuşdur. Ona görə də oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında Ərizəçi izahat verərək göstərdi ki, X5 onun oğludur. Oğlu anadan gəlmə əlildir və özünü idarə edə bilmir. Oğlunun qayğısına özü qaldığı üçün faktiki olaraq işləyə bilmir. Göründüyü kimi X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi üçün zəruri şərtlər mövcuddur. Ərizəni müdafiə etdiyini bildirdi və ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X6 ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinin 23 sentyabr 2023-cü il tarixli, 559 nömrəli rəyindən görünür ki, xx.xx.2003-cü il təvəllüdlü X5 psixi qüsurludur. Onda ağır dərəcəli əqli gerililik, davranış pozuntuları ilə XBT-10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10cu baxış) F72.1 xəstəliyi aşkar olunmuşdur. O öz hərəkərlərinin mənasını başa düşmür və öz hərəkətlərinə rəhbərlik etmək qabiliyyətində deyildir. Buna görə də X5 faaliyyət qabiliyyati olmayan şəxs kimi hesab edilməlidir. İşdə olan Azərbaycan Respublikası Maraqlı şəxs Başçısının aparatı tərəfindən verilmiş 07 iyun 2023-cü il tarixli məktubdan görünür ki, xx.xx.2003-cü il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə məhkəmə qətnaməsi təqdim edildikdən sonra onun X5 üzərində qəyyum təyin edilməyi məsələsinə baxılacağı bildirilmiş, xx.xx.2003-cü il təvəllüdlü oğlu X1 fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi barədə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət edilməm tövsiyyə edilmişdir. Azrəbaycan Respublikası Səhiyyə Nazirliyi Şəki rayon Psixiatriya Xəstəxanasının 30 iyul 2021-ci il tarixli, 786 saylı məktubdan görünür ki, ünvan 2 ünvanında yaşayan 2003-cü il təvəllüdü X5 xx.xx.2021-ci il tarixdə Şəki RPX-da HPK tərəfindən müayinə olunmuşdur. İşdə olan Maraqlı şəxs “Nuxa” məhəllə nümayəndəliyi tərəfindən verilmiş 05 iyun 2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi Ceyhun oğlunun Ərizəçi və X4 adlı ailə üzvləri vardır. O 1-ci qrup əlildir, atası Ərizəçi himayəsindədir və o baxır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Göründüyü kimi X1 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil, xəstəliyi nəticəsində öz hərəkətlərinin mənasını başa düşmür, öz hərəkətlərinə rəhbərlik edə bilmir. X2 fəaliyyət qabiliyyətsiz şəxs hesab olunması ilə bağlı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsinində müvafiq rəyi vardır. Ərizəçi X1 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında hazırkı ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Bu əsaslarla məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 25 iyul 2003-cü il tarixdə anadan olmuş, Şəki şəhəri, Pakizə Manafova küçəsi, ev 63 ünvanında qeydiyyatda olan və yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə də ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərin əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Ərizəçi dövlət büdcəsinə ödədiyi rüsumu tələb etmədiyindən 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən, Azəbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 25 iyul 2003-cü il tarixdə anadan olmuş, ünvan 3 ünvanda yaşayan X5 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Qətnamədən, surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Elşən Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar