Məhkəmə qərarları › İş №e-2(075)-1568/2024

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1568/2024

26.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1568/2024 26.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Musayev Kamran İbrahim oğlu, İddiaçı MMC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair işə məhkəmənin inzibati binasında, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ kodu **********22678 SAMSUNG GALAXY A52 markalı telefon üçün 480.4 manat (dörd yüz səksən manat qırx qəpik) ödənilməmiş hissə, 48.6 (qırx səkkiz manat altmış qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ Mİ 4A GİGA modem üçün ondan 33.6 manat ödənilməmiş hissə, 3.4 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MODEM TP-LİNK üçün 23.92 manat ödənilməmiş hissə, 2.08 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********63864 üçün ondan 150 manat ödənilməmiş hissə, 15 manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ KOD **********50246 HUAWEİ NOVA 9 markalı telefon, VİNİL ŞƏFFAF üçün ondan 31.21 manat ödənilməmiş hissə, 3.79 manat cərimə pulu, ümumilikdə, 627 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022cin il, xx.xx.2022-ci il, xx.xx.2021-ci il tarixlərindəki müqavilələrinə əsasən İMEİ kodu **********22678 SAMSUNG GALAXY A 52 markalı telefon, XİAOMİ Mİ 4A GİGA modem, modem TP-LİNK, İmei kod **********63864 HUAWEİ NOVA 9 markalı telefon, VİNİL ŞƏFFAF almış və nəticədə 627 (altı yüz iyirmi yeddi) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqısatqı qiyməti 753.2 (yeddi yüz əlli üç manat otuz qəpik) manat (18 ay x 39.1 manat + 49.4 manat ilkin ödəniş) olan İMEİ **********22678 SAMSUNG GALAXY A 52 markalı telefon üçün ümumilikdə, 529 (beş yüz iyirmi doqquz) manat olmaqla ondan 480.4(dörd yüz səksən manat qırx qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 48.6 (qırx səkkiz manat altmış qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 90.2 (doxsan manat iyirmi qəpik) manat (12 ay x 7.2 manat + 3.8 manat ilkin ödəniş) olan XİAOMİ Mİ 4A GİGA modem üçün ümumilikdə, 37 (otuz yeddi) manat olmaqla ondan 33.6 (otuz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 3.4 (üç manat qırx qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 60.1 (altmış manat on qəpik) manat (12 ay x 4.8 manat + 2.5 manat ilkin ödəniş) olan MODEM TP-LİNK üçün ümumilikdə, 26 (iyirmi altı) manat olmaqla ondan 23.92 (iyirmi üç manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 2.08 (iki manat səkkiz qəpik) manat cərimə pulu; xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 150.07 (min beş yüz bir manat yeddi qəpik) manat (18 ay x 81.74 manat + 29.75 manat ilkin ödəniş) olan İmei kod **********63864 HUAWEİ NOVA 9 markalı telefon, VİNİL ŞƏFFAF üçün ümumilikdə, 35 (otuz beş) manat olmaqla ondan 31.21 (otuz bir manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, müştəriyə güzəşt edilərək, 3.79 (üç manat yetmiş doqquz qəpik) manat cərimə pulu hesablanmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 365.58 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödəniş cədvəli üzrə ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Tələbin əsaslığını və əmlakın dəyərini sübut edən sənədlər: Tərəflər arasında bağlanılmış Müqavilə, onun əlavəsi, bildirişi, əşyaların təhvil-təslim aktı və ödəniş cədvəlindən ibarətdir. Cavabdehlə bağlanılmış ilə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, tarixli Müqavilələrinin ayrılmaz tərkib hissəsi olan Əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə olan telefon danışığı, həmçinin göndərilən xx.xx.2023cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin Məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirilsə də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1, 284-5.1 və 284-5.3cü maddələrinə əsasən məhkəmə iddiaçının kiçik iddiaya dair işə sadələşdirilmiş qaydada baxılması barədə ərizə ilə məhkəmə müraciət etdiyini, eləcə də təqdim edilmiş sənədlərin iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyini nəzərə alaraq hazırkı işə MPM-in yuxarıda göstərilən maddələrinin tələblərinə əsasən təqdim edilmiş sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan sadələşdirilmiş qaydada baxılmasını mümkün hesab etmişdir. Cavabdehə qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarından müəyyən edilir ki, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********22678 SAMSUNG GALAXY A52 markalı telefonu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ Mİ 4A GİGA modem xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən MODEM TP-LİNK, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********63864 HUAWEİ NOVA 9 markalı telefon, VİNİL ŞƏFFAF cavabdehə verməyi, cavabdeh isə öz növbəsində həmin malların dəyərini hissəhissə ödəməyi öz öhdələrinə götürmüşlər. İddiaçı öz öhdəliyini yerinə yetirsə də cavabdeh öz öhdəliyini tam yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya xx.xx.2022-ci il tarixli müqavilə üzrə 480.4 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 48.6 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 33.6 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 3.4 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 23.92 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 2.08 manat cərimə borcu, xx.xx.2022-ci il tarixli müqavilə üzrə isə 31.21 manat əsas, müqavilənin 2.6-cı bəndinə əsasən 3.79 manat cərimə borcu yaranmışdır. İddiaçı tərəfindən müqavilələrin 4.1-ci bəndinə əsasən borcun ödənilməsi ilə bağlı xəbərdarlıq göndərilmişdir. Məhkəmə, Mülki Məcəllənin 385.1, 399.1, 442, 445.1, 445.2.1, 465, 567, 600.1, 600.4-cü maddələrinə əsasən və eləcə də iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, **********22678 SAMSUNG GALAXY A52 markalı telefon üçün 480.4 manat əsas, 48.6 manat cərimə borcu, XİAOMİ Mİ 4A GİGA MODEM üçün isə 33.6 manat əsas, 3.4 manat cərimə borcu, MODEM TP-LİNK üçün isə 23.92 manat əsas, 2.08 manat cərimə borcu, İmei kod **********63864 HUAWEİ NOVA 9 markalı telefon, VİNİL ŞƏFFAF üçün isə 31.21 manat əsas, 3.79 manat cərimə borcu olmaqla, cəmi 627 manat borc Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-580, 587, 588, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İMEİ **********22678 SAMSUNG GALAXY A 52 markalı telefon üçün 480.4 (dörd yüz səksən manat qırx qəpik) manat ödənilməmiş hissə, 48.6 (qırx səkkiz manat altmış qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, XİAOMİ Mİ 4A GİGA modem üçün ondan 33.6 (otuz üç manat altmış qəpik) manat ödənilməmiş hissə, 3.4 (üç manat qırx qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, MODEM TP-LİNK üçün 23.92 (iyirmi üç manat doxsan iki qəpik) manat ödənilməmiş hissə, 2.08 (iki manat səkkiz qəpik) manat cərimə pulu, xx.xx.2022-ci il tarixli müqaviləsinə əsasən, İmei kod **********63864 HUAWEİ NOVA 9 markalı telefon, VİNİL ŞƏFFAF üçün ondan 31.21 (otuz bir manat iyirmi bir qəpik) manat ödənilməmiş hissə, 3.79 (üç manat yetmiş doqquz qəpik) manat cərimə pulu, ümumilikdə, 627 (altı yüz iyirmi yeddi) manat borc, 30 (otuz) manat ödənilmiş dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Kamran Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar