Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1570/2023 20.09.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Elşən Yaşar oğlunun sədrliyi, Zəkəryəyev İlkin Fikrət oğlunun katibliyi ilə, İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış Vip 18526 saylı nisyə alqı-satqı müqaviləsi və Cavabdeh1 ilə xx.xx.2022-ci il tarixdə bağlanmış Vip 18526 saylı zaminlik müqaviləsi üzrə ödənilməmiş 268.92 ABŞ dolları əsas borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 67 ABŞ dolları cərimə, cəmi 335.92 ABŞ dolları və 35 manat dövlət rüsumu pulun İddiaçı MMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 19 iyun 2023-cü il tarixdə məhkəməyə daxil olmuş, mülki işin məhkəmə hazırlıq iclası bugünə, yəni 20 sentyabr 2023-cü il tarixə, 10:20-ə təyin edilmişdir. Lakin 18 iyul 2023-cü il tarixdə İddiaçı MMC məhkəməyə elektron ərizə göndərərək hazırki iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə iclasına gəlməməklə işə mahiyyəti üzrə baxılmasını tələb etmirlər. İddiaçı-nin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli, 12 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.” İddiaçı MMC-nin iddia ərizəsi ilə bağlı ödəmiş olduğu 30 manat rüsum onun özünə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3-cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı MMC-nə yenidən məhkəmədə iddia qaldırmaq hüquqlarının olması izah edilsin. İddiaçı MMC-nin ərizəsi ilə bağlı ödəmiş olduğu 30 manat rüsumü dövlət büdcəsindən onun özünə qaytarılsın Qərardaddan surəti alındığı (təqdim edildiyi) gündən 10 gün müddətində Şəki rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elşən Vəliyev
Məhkəmə qərarları › İş №e-2(075)-1570/2023
Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1570/2023
20.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver