Məhkəmə qərarları › İş №e-2(075)-1583/2024

Şəki Rayon Məhkəməsi Qərardad — İş №e-2(075)-1583/2024

15.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şəki şəhəri İş № e-2(075)-1583/2024 15.07.2024 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Ceyhun Rasim oğlunun sədrliyi, Mahmudov Şirin İbrahimxəlil oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 ilə xx.xx.2024ci il tarixldə bağlanmış HHA 19720 saylı nisyə alqı-satqı müqaviləsi üzrə ödənilməmiş 404 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) əsas (qalıq) borcun və ödənişin gecikdirildiyi hər gün üçün, məcmu borcun 1% (bir)-i həcmində 101 ABŞ dolları (ekvivalenti ödəniş gününə Mərkəzi bankın kursuna müvafiq olaraq manatla) cərimə, cəmi 505 ABŞ dolları ödəniş gününə olan məzənnə üzrə manatla və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat pulun müştərək qaydada İddiaçı MMC xeyriııə tutunlması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi 29 may 2024-cü il tarixdə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında məhkəmənin icraatına daxil olmuş, tərəflərə rəsmi qaydada bildiriş göndərilmiş və cavabdehə qanunla müəyyən edilmiş müddət ərzində iddiaya qarşı etiraz göndərmək hüququ izah edilmişdir. Lakin 08 iyul 2024-cü il tarixdə İddiaçı MMC-nin direktoru Nümayəndə məhkəmə elektron qaydada ərizə göndərərək, iddia ərizəsinə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclası bu günə, yəni 15 iyul 2024-cü il tarixə, saat 09:30-a təyin edilmişdir. Cavabdeh məhkəməyə teleqram göndərərək iddia ərizəsinin geri qaytarılmasına etirazının olmadığını bildirmişdir. İddiaçı MMC-nin nümayəndəsinin ərizəsini müzakirə edib, mülki iş materiallarını nəzərdən keçirərək məhkəmə belə nəticəyə gəlir ki, ərizə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin (bundan sonra MPMnin) 170.1-ci maddəsinə görə iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Məhkəmə iş üzrə sənədləri nəzərdən keçirib iddiaçının ərizəsini nəzərə alaraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, həmin tələblə bağlı yenidən məhkəmədə iddia qaldırmaq hüququnun olması iddiaçıya izah edilməli, iddianın qaldırılması üçün İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1 və 170.3, 114.1.3cü maddələrinin tələblərini rəhbər tutub, məhkəmə Qərara aldı: İddiaçı MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddianın qaldırılması üçün İddiaçı MMC tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı MMC-yə yenidən məhkəmədə iddia qaldırmaq hüququ olması izah edilsin. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şəki Rayon Məhkəməsinə şikayət verilə bilər. Qərardad ondan şikayət vermək hüququna malik olan şəxslərin yanında elan edilmişdirsə, şikayət vermə müddəti qərardadın elan olunduğu vaxtdan hesablanır. Hakim: Ceyhun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar