Məhkəmə qərarları › İş №e-2(075)-1597/2023

Şəki Rayon Məhkəməsi Qətnamə — İş №e-2(075)-1597/2023

14.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəki şəhəri İş № e-2(075)-1597/2023 14.08.2023 ŞƏKİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Vaqif oğlunun sədrliyi ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizəsinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC, Cavabdeh qarşı “borc” tələbinə dair iddia ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU HOFFMANN üçün 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə borcu və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********27382 SAMSUNG GALAXY A6 markalı telefon üçün 154.9 (yüz əlli dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 15.1 (on beş manat on qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 775 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh qanunvericiliyə uyğun rəsmi qaydada bildiriş göndərilmiş, qanunvericiliklə müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaya qarşı etiraz daxil olmamışdır. Məhkəmə iş materiallarını tədqiq edərək və iş üzrə sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, tədqiq edilmiş iddia ərizəsi və ona əlavə edilmiş sübutlarla müəyyən edildi ki, cavabdeh, "xxxx" MMC ilə xx.xx.2018-ci il, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU HOFFMANN, İmei kodu **********27382 SAMSUNG GALAXY A6 markalı telefon almış və nəticədə 775 (yeddi yüz yetmiş beş) manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı 2148 (iki min yüz qırx səkkiz) manat (24 ay x 89 manat + 12 manat ilkin ödəniş) SOYUDUCU HOFFMANN üçün ümumilikdə, 605 (altı yüz beş) manat olmaqla ondan, 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, güzəşt olunaraq 55 (əlli beş) manat cərimə və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, alqı-satqı qiyməti 792 (yeddi yüz doxsan iki) manat (12 ay x 66 manat + 0 manat ilkin ödəniş) İmei kodu **********27382 SAMSUNG GALAXY A6 markalı telefon üçün ümumilikdə, 170 (yüz yetmiş) manat olmaqla ondan, 154.9 (yüz əlli dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, güzəşt olunaraq 15.1 (on beş manat on qəpik) manat cərimə miqdarında borc yaranmışdır. Cavabdehin xx.xx.2018 ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2023-cü il, xx.xx.2018-ci il tarixli müqavilə üzrə son ödəniş tarixi xx.xx.2023-cü il olmaqla cəmi ödədiyi məbləğ 2235.1 manat təşkil edir. Ödəniş cədvəlinin 2-ci bəndinə əsasən, ödənişlərdə gecikmələr aşkarlanıbsa, müddəti keçmiş məbləğin hər növbəti təqvim gününə hesablanmış 1%-i həcmində mübahisəsiz olaraq penya ödəyir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2018-ci il,xx.xx.2018-ci il tarixli Müqavilənin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə aralarında olan telefon danışığı, həmçinin göndərdikləri xx.xx.2023–cü il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələr də, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir. Azərbaycan Respublikası MPM-nin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Beləliklə Azərbaycan Respublikasının MM-nin 739.1, 739.2, 386, 385.1, 442, 445.1, 445.2.1-ci maddələrinə əsasən və eləcədə iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU HOFFMANN üçün 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə borcu və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********27382 SAMSUNG GALAXY A6 markalı telefon üçün 154.9 (yüz əlli dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 15.1 (on beş manat on qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 775 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, SOYUDUCU HOFFMANN üçün 550 (beş yüz əlli) manat ödənilməmiş hissə, 55 (əlli beş) manat cərimə borcu və xx.xx.2018-ci il tarixli müqaviləsinə əsasən, İmei kodu **********27382 SAMSUNG GALAXY A6 markalı telefon üçün 154.9 (yüz əlli dörd manat doxsan qəpik) manat ödənilməmiş hissə, 15.1 (on beş manat on qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 775 manat borc, 30 manat ödənilmiş dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəki Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar